7.Dostluq qırılmaz zəncirdir!

153 20 1
                                    

Dərs bitmişdi. Uşaqlarla sözləşdiyimiz kimi dərsdən sonra yeməkxanada görüşdük. Yeməkləri alıb masamıza əyləşdik. Biraz yedikdən sonra Azad sözə başladı.
-Əgər yaxın dostlar olacağıqsa bir-birimizi yaxından tanımalıyıq.
Kamran:
-Hə, əlbəttdə. Elə birinci sən özün danış. Qoy qızlar səni tanısın))
-Nə sualınız varsa verə bilərsiniz, qızlar.
Sual vermək? Axı mənim Azada heç bir sualım yox idi. Görünür Hüsniyyənin də sualı yox idi. İkimiz də susmuş, Azadın üzünə baxırdıq. Sualımızın olmadığını anlayan Azad "Aa...O qədər sualları var ki, bilmirlər hansın versinlər))" dedi. Azadın pis olduğunu hiss edib ağlıma ilk gələn sualı verdim:
-Bacın, qardaşın var?
-Yox, evin tək uşağıyam.
-Hmm...
-Başqa sualı olan?
Hüsniyyə sevgi söhbəti açıb söhbəti istədiyi yerə gətirməyə çalışdı.
-Azad, sevgilin necə, var?
-Haha))) mən və sevgili? Yox bir. Aramızda ən qoçaq Kamrandı.
Hüsniyyə təəccüblənib Kamrana baxaraq dedi:
-Necə yəni?
Azad gülümsəyərək dedi:
-Hə, onun çox sevgililəri olub mənimkilərə baxmış.
Hüsniyyə biraz qısqanmış görünürdü. Daha bir söz deməyib susdu. Azad sözə başlayıb dedi:
-Aynur, sən də biraz özün haqqında danış.
-Hmm...yaxşı. Mən...mən...
-Həyəcanlanma, sadəcə nə danışmaq istəyirsənsə o barədə danış. Səni heç nəyə məcbur etmirik)
-Mən də sənin kimi evin tək uşağıyam. Atam mən kiçik olanda vəfat edib. Anam məni tək böyüdüb. Uşaqlıqdan tək rəfiqəm Hüsniyyədi. Başqa danışacaq heç bir şey yoxdu.
Kamran susmuş gözlərini məndən çəkmədən məni dinləyirdi. Mənim qaranlıq dünyam ona maraqlı gəlmişdi. O zamanlar nə bilə-bilərdim ki, qaranlıq dünyamla maraqlanan o adam bir gün gələcək qaranlıq dünyamın özü olacaq...
"Hüsniyyə sən də özün haqqında danış" dedi Azad.
"Mənim iki bacım var. Ən böyükləri mənəm. Atam və anam bir-birlərini universitetdə oxuyarkən görüb seviblər və 2-ci kursda oxuyanda ailə qurublar. Universiteti bitirdiklərində mən dünyaya gəlmişəm. Atam yaxşı mühəndisdi. Anamsa evdar qadındı. Ən yaxın rəfiqəm Aynurdu, amma ondan fərqli olaraq çox dostlarım var" deyərək Hüsniyyə Kamranın üzünə baxdı. Lakin Kamran həmin vaxt mənə baxırdı. Hüsniyyə bunu görüb hirsləndi. Lakin özünü cilovlayıb dedi:
-Kamran, sən danışmayacaqsan?
Kamran sanki qapılıb getdiyi fikirlərdən ayılaraq dedi:
-Məni bağışlayın, amma mənim gedəsi yerim var. Çıxmamışdan əvvəl nömrələrinizi deyin telefona qeyd edim.
Hüsniyyə Kamranın getməsinə pis olsa da nömrə adını eşidən kimi gözlərinə işıq gəldi. Kamrana nömrəsini verdi. Kamran da ona nömrəsini dedikdən sonra mənə baxdi. Telefonunu mənə uzadaraq dedi:
-Sən deməyəcəksən nömrəni?
-Ah...Mən.. Amma söz verin ki, nömrəmi heç kesə verməyəcəksiz.
-Aynur, bizə güvən. Güvənməyə çalış. Bu həyatda güvənəcəyin insanının olmaması yalnızsan deməkdir. Görünür ki, sən çox yalnızsan. Mənsə sənə güvənə biləcəyin bir əl uzadıram. Onu tutmaqdan çəkinmə...
Kamranın sözləri qəlbimi isitmişdi. Bilmirəm niyə amma qəribə cür, heç vaxt yaşamadığım bir istilik hiss etmişdim qəlbimdə. Bəlkə də qəlbimdə güvənəcəyim kimsənin olmadığı o yerə Kamran yavaş-yavaş, damla-damla dolmağa başlamışdı o sözləriylə. Azad və Hüsniyyə susmuşdular. Kamranın sözləri Hüsniyyənin xoşuna gəlməmişdi. O Kamranın bu sözləri niyə məhz mənə dediyini anlaya bilməmişdi. Kamranın əliylə mənə doğru uzatdığı telefonu əlimə alıb nömrəmi yazdım. Kamran gülümsünüb dedi:
-Axşam yazacam. Çox sağ ol
Bura qədər Kamranın söylədiyi sözlərdə tərs heç nə hiss etməmişdim, amma bu sözündən sonra Hüsniyyənin qısqanacağını düşünüb Hüsniyyənin üzünə baxdım. Hüsniyyə acıqlı görünürdü, amma mənə deyəcək heç bir sözü yox idi. Çünki mən günahkar deyildim, yalnış heç nə etməmişdim. Əlimlə Hüsniyyənin əlin sığallayıb dedim:
-Uşaqlar, biz gedək. Hüsniyyə ilə işimiz vardı.
Hüsniyyə və mən ordan uzaqlaşıb Universitetin bağçasına gəldik. Bir yerdə əyləşdik. Hüsniyyə tək kəlimə belə etməmişdi.
-Hüsniyyə, bilirsən mən yalnış heç nə etməmişəm. Əgər olanları yalnış anlamısansa...
Sözümü deməyimə imkan verməyib Hüsniyyə gülümsəyərək dedi:
-Yox, canım mənim, heç nəyi yalnış anlamışam. Kamran o sözləri dostcasına demişdi. Sən niyə mənə qarşı günahkar hiss etmisən ki? Burda yalnız dostluq var, başqa heç nə.
Bilmirəm niyə amma Hüsniyyənin gülüşü mənə saxta imiş kimi gəldi. Cümlələri arasında iynəli sözlər hiss etmişdim, amma öz içimdə "Yox, o mənim yaxın dostumdur. Heç vaxt elə şey etməz. Mənə elə gəlib yəqin" deyərək ürəyimdəki sualı yox etməyə çalışdım.
Hüsniyyə ayağa qalxıb dedi:
-Canım, dərsə gedək?
"hmm" deyərək başımı razılıq əlaməti olaraq yellədim. Hüsniyyə əlimdən tutub məni ayağa qaldırdı. Dərsə gedənə qədər əlimdən tutdu. Ürəyimdə öz-özümə "Ahh, görürsən, Aynur?! Rəfiqənin ürəyi təmizdir. O kin filan saxlamayıb sənə qarşı amma gör sən nələr düşünmüşdün. Həm də düz deyirdə sən də bilirsən ki, Kamran o sözləri dostcasına demişdi və sən də dostcasına qarşılamışdın. Onda niyə narahat hiss edirsən ki? Unut bu söhbəti. Axmaqlıq eləmə!☺" dedim.

Tərk edilmiş ürəkTahanan ng mga kuwento. Tumuklas ngayon