22. Bəzən ən gözəl vidalar bir-birinə deyilmədən, gizli edilən vidalardır...

82 16 0
                                    

Bəzən ən gözəl vidalar bir-birinə deyilmədən, gizli edilən vidalardır...
••• ••••• ••

Zaur ağlayırdı. Onu nə qədər sakitləşdirməyə çalışsam da alınmırdı. Məni möhkəm qucaqlayıb hıçqıraraq, göz yaşlarlarını durdurmağa çalışıb dedi:

-Aynur, özünə yaxşı bax. Bil ki, mən səni gerçəktən çox sevdim. Sevgililik oyunumuz çox qısa çəkdi, amma mənə hiss etdirdiyin xoşbəxtliyin qarşılığını sənə heç bir zaman ödəyə bilməyəcəm. Hər şey üçün çox sağ ol...

O zaman anlamadım Zaur mənə nə demək istəyir. Mən sadəcə onu dinlədim və üzünə gülümsəyib, ətrafımdakı insanlara baxdım. Bir zaman öncə mənə desəydilər ki bu onun son vidasıdır...bax o zaman ona sadəcə gülümsəməzdim, onu qucaqlayıb son sözlərimi ona söyləyə bilərdim...

Bir saat sonra onu yenidən xəstəxanaya apardım. Otağında yatağına uzandıqdan sonra mənə bir neçə dəqiqə sakitcə baxıb dedi:

-Aynur...

+Hm?

-....getməmişdən əvvəl şəkil çəkdirsək?..

+Hə, niyə də olmasın...

Şəkil çəkdirdikdən sonra qapını açıb çıxarkən ona baxdım və "Hələlik" dedim. Zaur gülümsəyərək əlini yelləyib "Sağ ol" dedi. Qapını örtüb iki addım getmişdim ki, ürəyimdə nə isə qəribə bir şeylər hiss etdim. İçimdə bir sıxıntı var idi. Amma anlamamışdım onun nə olduğunu....

Səhər açılmışdı, dərsə getməli idim. Hazırlaşıb evdən çıxdım. Yarım saat sonra artıq Universitetdə idim. Kamranla qarşılaşdıq. Hüsniyyə də onun yanında idi. Nə zamandır Hüsniyyə ilə doğru-düzgün söhbət etməmişdik. Onun üçün darıxmışdım. Anlamıram ən yaxın rəfiqəmlə nə zaman bu qədər uzaq olmuşduq.
Salam verib dedim:

-Necəsiz?

Kamran cavab verdi:

-Yaxşıyıq. Sən necəsən?

-Mən də yaxşı... Şey, Hüsniyyə biraz səninlə söhbət edə bilərik?

Hüsniyyə gözlərini yerə dikib dedi:

-Hmm...niyə də olmasın.

Hüsniyyənin qoluna girib Universitetin həyətinə gətirdim. Hüsniyyə saçını düzəltmək bəhanəsi ilə qolunu çəkib dedi:

-Hə, nə demək istəyirdin?

-Nə zamandır danışa bilmirik. Sənin üçün darıxmışam. Necəsən?

-Belə də normal. Sən?

-Mən də yaxşı.

-Zaurla aranız necədir? Sevgilinlə yaxşısan?

Gerçəyi ən yaxın rəfiqəmdən gizlətmək mənim üçün çətin idi. Hər zaman sirrlərimizi bölüşürdük. İndi ondan gizlin sirr saxlamaq mənə çox çətin idi. Amma demək istəsəydim belə deyə bilməzdim. Zaur xəstəliyini başqalarının öyrənməsini istəmirdi.

-Hə, biz yaxşıyıq. Sən necə, Kamranla aranız düzəldi? Əvvəlki kimi yaxın dost ola bildiz?

Hüsniyyə bərkdən gülüb dedi:

-Haha! Dost?

-Niyə ki? Yenə küsmüsünüz?

-Yox... Nə küsməyi?!.. Tam əksinə. Sənə bomba xəbərim var.

-Nədi o elə?

-Kamran və...mən sevgilik! Amma hələki uşaqların bunu öyrənməsini istəmirik.

Hm? Kamran və o... O və Kamran sevgilidilər? Hah... Mənə nə olur belə? Niyə gözlərim dolur? Allahım, onun önündə ağlaya bilmərəm... Axı niyə ağlayıram?!!! Heç nə anlamıram.

-Hə, təbrik edirəm. Amma, Hüsniyyə, telefonumu sinifdə unutmuşam, Zaur zəng vurmalı idi. Gedim mən.

-Hə, hə. Get sən.

(Hüsniyyənin dilindən)

Hahah! Guya bilmirəm niyə qaçırsan burdan. Ağlamaq istəyirdin, elə bilirsən göz yaşları ilə dolan gözlərini görmədim?! Qaç, qaç.
Hə! Yalan söyləmişdim yenə. Amma nə edə bilərəm. Əgər mən Kamrana sahib çıxmasam, o Zaurdan ayrılıb Kamranla sevgili olacaq. Çünki artıq o da Kamrana aşiq olmuşdu. Sadəcə bunu etiraf edə bilmirdi. Onların sevgili olmaqlarına göz yuma bilmərəm. Ona görə də onları ayıracam, bir-birlərindən uzaqlaşdıracam onları. Mümkün olduğu qədər çox uzağa...

(Aynurun dilindən)

Qaçaraq sinifə gəldim, çantamı götürüb çıxmaq istəyərkən Kamran məni görüb yanıma gəldi. Ağladığım üçün üzümü gizlətməyə çalışdım. Qolumdan tutub dedi:

-Sən...ağlayırsan?

-Yox..

-Yox,sən doğurdanda ağlayırsan.

-Yox dedim.

-Səsindən ağladığın bilinir. Məndən də gizlətməyə çalışma.

-Kamran, burax qolumu!

Kamran qolumu buraxan kimi qaçaraq otaqdan çıxdım. Kamran Hüsniyyə ilə sevgili imiş. Amma... Mən, mən Kamranı sevirdim... Hislərimin başlamamış bitməsinə ağlayırdım. Bunu özümə etiraf edə bilmək böyük güc tələb etmişdi.

Tərk edilmiş ürəkTahanan ng mga kuwento. Tumuklas ngayon