BÖLÜM 1

189 20 12
                                    

Otağımda oturub qarşımda duran məktuba baxırdım, məktubu aldığımdan bəri neçə dəfə oxuduğumu bilmirəm. Hər oxuduğumda gözümdən iki damla yaş məktubun üzərinə düşürdü. Bütün gözəl hekayələrin bir sonu vardır deyirlər. Mən çox istəyərdim ki, o son heçkəsi incitmədən, qırmadan bitsin. Amma indi mənə qalan tək şey göz yaşlarım və qəbullana bilmədiyim səssiz yalanlar idi. Sətirlərə tökülmüş səssiz yalanlar...

Aşağıda hər kəs mənim gəlib tortu kəsməyimi gözləyirdi. Bəli bu gün mənim 19 yaşım tamam olurdu. Ancaq 23 saat əvvəl olanlardan sonra, şoka girmiş vəziyətdə gözümü qırpmadan eləcə oturub qalmışdım. Birdən anamın "qızım gəl tortu kəs, hamımız səni gözləyirik" sözləri ilə səksəndim.
Hissiyatımı itirmiş halda ayağa qalxıb qapıya yönəldim. Pilləkənləri yavaşca düşüb ailəmin yanına gəldim. Hamı sevincli və xoşbəxt şəkildə üzümə baxırdı. Pıçağı əlimə alıb tortu kəsdim və gözümdən 1 damla yaş yanağımdan aşağı süzüldü. Əlim əsdiyi üçün bilmədən pıçağı əlimdən yerə saldım, yerə düşən pıçağın səsi ilə bir daha səksəndim. Ancaq göz yaşlarımı heç kəsin görməsini istəmədiyim üçün qaçıb otağıma çıxdım və qapını arxadan açarla bağladım.
23 saat idiki (bəlkə də daha çox), şok içində donub qalmışdım, gözümdən yaş axmasına baxmayaraq, içimdən gəldiyi kimi ağlaya bilməmişdim.
Qapının önündə oturub dizlərimi içimə çəkərək, hıçqıra-hıçqıra ağlamağa başladım.
Bəli o məktubu yazan Ayaz idi. Ayaz 4 ildirki məni hərşeyimlə sevən sevgilim idi. Ancaq 11 ay öncə işləmək üçün başqa ölkəyə getmişdi.
Məktubda " Gözəlim, bu cümlələri yazarkən çox düşündüm. Səni hər şeydən çox sevdiyimi bilirsən, ancaq artıq aramızdakı münasibətə son verməliyik, ikimizdə bir-birimizdən uzaqdayıq, mən burada yeni bir həyat qurmuşam. Uzaq məsafə ilə sevgimizi davam etdirə bilməyəcəyik. Səni daha çox həsrətdə qoymamaq üçün, səndən ayrılıram. Sən məndən daha yaxşılarına layiqsən. Özün üçün mənsiz bir həyat qur, çünki artıq mən olmayacam" yazırdı.

Mən hər şeyə rəğmən, 11 ayda ondan sadəcə üç-dörd dəfə xəbər almağıma baxmayaraq, onun yoxluğundan istifadə edib heç bir yanlış addım atmamışdım. Ancaq o uzaq məsafəni bəhanə edərək məndən ayrılırdı.

Artıq ağlamaqdan içim parça parça olmuşdu, başımı qaldırıb nəfəs almaq üçün tavana tutdum üzümü. Əlimlə göz yaşlarımı silib ayağa qalxdım və masanın üzərindəki məktubu əlimə alıb, hirsli-hirsli parçalara ayırıb zibil qabına atdım. Masanın üzərindən bir vərəq götürüb içimdəki nifrətimi, əsəbimi və kədərimi cümlələrə tökdüm.


Oxuyan və fikir bildirən hərkəsə təşəkkür edirəm.♥️

"SƏSSİZ YALAN"Hikayelerin yaşadığı yer. Şimdi keşfedin