HƏQİQƏTLƏR- (BÖLÜM 8)

62 8 5
                                    

Ayazın bir kəlmə belə deməsinə icazə vermədən, otağıma doğru yönəldim. Ayaz mənə çataraq, mənimlə birlikdə otağıma daxil olub qolumdan tutdu.

-Sən nə etməyə çalışırsan axı?! Qolumu burax.

"Səninlə danışmalıyam, səni tərk etdiyim üçün özümü günahkar hiss edirəm. İcazə ver açıqlayım hərşeyi."

Üzümdə bir mimika belə tərpənmədi, çünki yalandan məsum rolu oynadığını bilirdim.
-Burax qolumu dedim sənə! Mənim səninlə danışacaq heçnəyim yoxdur.

"Amma mənim var. Sənə hərşeyi açıqlayacam."

-Əgər bu dəqiqə otağımdan rəddolub çıxıb getməsən, Aylaya hərşeyi danışacağam.! Məncə bunu istəməzsən.!
Bu sözlərim qarşısında, Ayaz qolumu buraxaraq 2 saniyə üzümə baxdı.

"İş çıxışı bir yerdə oturaq danışaq. Səninlə danışmalıyam Elisa başa düş."

Əslində nə deyəcəyi maraqlı idi, amma qürurum imkan vermirdi onun yalanlarını eşitməyə.
-Axşama qədər bir qərar verəcəm. İndi isə çıx otağımdan.!

Ayaz üzünü çevirib, başını aşağı əyərək otaqdan çıxdı.
Çökmüş vəziyyətdə stula əyləşdim. Olanlar qarşısında nə edəcəyimi heç özümdə bilmirdim. Ancaq qərar verdim, bu gün son dəfə Ayazla danışacaqdım. Ən azından bir açıqlama borcu var idi mənə.

Axşam işim bitdiyi üçün şirkətin qapısından çıxdım, və aşağıya endim. Ayaz maşınına söykənib dayanmışdı. Məni görüb yaxınlaşdı.
"Bir qərar verdin Elisa? Danışa bilərik?"

Ayaza nifrət dolu gözlərlə baxdım.
-Danışaq. Ancaq bu son olacaq. Bir daha mənim qarşıma çıxma.!

Ayazın maşınına əyləşdim. Və şirkətdən uzaqlaşdıq. Yol boyu sadəcə pəncərədən çölü izləyirdim, bir kəlmə belə kəsməmişdik.

Mən Ayaz'a tərəf çevrilmədən sual verdim.
-Hara gedirik?
Ayaz heçnə cavab vermədi.

-Sənə sual verdim, hara gedirik?

"Az qalıb çatırıq, görəcəksən."

Artıq çatmışdıq, gecə olduğu üçün hara getdiyimiz aydın görünmürdü. Ayaz maşından endi və mənə tərəf gələrək qapını açdı. Ayaza kobud bir ifadə ilə baxaraq.
-Lazım deyil. Özüm qapını aça bilərdim.

Maşından endiyimdə gəldiyimiz yeri görüb çaşıb qalmışdım. İllər öncə Ayazla gəldiyimiz, şəhərdən kənarda yerləşən, səssiz bir yer idi. Biz bura hər gəldiyimizdə ətraf rəngarəng güllərlə dolu olurdu, ancaq indi noyabr ayında olduğumuz üçün gül yox idi. Ayaza tərəf çevrildim.
-Məni niyə bura gətirmisən?

"Bu yerin bizim üçün xatirəsi olduğu üçün, düşündümki gəlmək istəyərsən."

Kinayəli bir şəkildə gülərək Ayaz'a tərəf çevrildim.
-Nə danışırsan sən?! Nə xatirəsi Ayaz? Nə xatirəsi.? Sən məni sevmədiyin üçün çıxdın getdin, başqasıyla yeni həyat qurdun. Bizim xatirəmiz, heçnəyimiz yoxdur!

"Elisa mən sənə sevmirəm deməmişəm heç zaman, sadəcə məcbur qaldım getməyə."

Gözlərim dolmuş şəkildə, səsimi yüksəldərək:
-Kaşki desəydin! Kaşki Elisa səni sevmirəm, çıx rəddol həyatımdan desəydin. Amma məni illərcə suallarımla, düşüncələrimlə tək başına qoyub getməsəydin.!

"Elisa nə desən haqlısan bilirəm. Amma açıqlayacam.'

Ayaz nə edəcəyini bilmirmiş kimi bir ifadə ilə üzümə baxırdı.
-Açıqla artıq, açıqla. Nə deyəcəksənsə de, bitsin artıq.!

"Biz ayrılmamışdan 11 ay əvvəl iş üçün çıxıb getdiyimdə, orada təsadüfən bir qəza keçirdim. O qəzada Aylada var idi. 2 ay Ayla mənim üzümdən komada yatdı. Üstəlik Ayla xərçəng xəstəliyindən əziyyət çəkir."

Ayaz üzünü çevirərək, kədərli ifadə ilə mənə baxdı və davam etdi:
"Məndən şikayətci olacaqdılar. Əgər belə birşey olsa idi, səni bir daha görmək şansım olmayacaqdı. Ayla özünə gəldikdən, sağaldıqdan sonra artıq onu xəstəxanadan çıxarırdıq. Məhkəmə olması üçün Ayla'nın ayılması lazım idi. Ancaq gözləmədiyim şeylər oldu. Ayla məndən şikayətci olmadı. Bunun qarşılığında "GGP Consult" holdinq'in sahibi Cavid bəy, yəni Aylanın atası mənim qarşıma razılaşma qoydu. Razılaşmanın şərtlərinə görə əgər Ayla ilə evlənsəm, Holdingin yarısı mənim olacaqdı və həbs olunmayacaqdım. Bundan başqa təhditlərdə olundu və mənə düşünməyim üçün bir ay vaxt verdilər Elisa. Mənim qayıtmağımı gözləyib boşuna ümid etməyəsən deyə, bu müddətdə sənə o məktubu yazdım. Olan bitən bu qədərdir Elisa."

Eşitdiklərim qarşısında nitqim tutulmuş vəziyyətdə Ayaz'ın üzünə baxırdım. Və bir anda gözlərimin önündə hərşey qaraldı sanki, nəfəs ala bilmirdim. Ayaz məni tutdu. "Elisa, özünə gəl. Xaiş edirəm sakitləş."
Belimdən tutaraq yavaş-yavaş məni kənardakı skamyaya doğru apardı.
-Ayaz...

"De Elisa, nə demək istəyirsənsə de."

-Bu qədər olanları mənə danışmaq yerinə niyə çıxıb getdin?! Olanları mənə danışsan səni başa düşməzdimmi səncə?! Mən bu qədərmi anlayışsız olacaqdım Ayaz.? Elə bilirsən belə hərşey yaxşı oldu? Gecə gündüz səni düşünüb ağlamaqdan, nə yata bilirdim, nə də normal yaşaya bilirdim. Yaşadıqlarım çox ağrı verir Ayaz. Mən səni sevirdim. Bu danışdıqların heçnəyi dəyişdirmir. Yalanlarla məhv etdin bizi, sənə olan güvənim, ümidlərim hamısı bir heç oldu.

Ayaz əllərini başına qoyaraq, dərindən nəfəs aldı.
"Nə desən haqlısan Elisa, hərşeyi məhv etdim."

Məndə dərindən nəfəs alaraq, əlimlə göz yaşlarımı sildim və Ayaz'a tərəf çevrildim.
-Sənin bir günahın yoxdur Ayaz, olan bitən hərşeyin günahkarı mənəm. Sənə bu qədər güvənməkdə səhv etmişdim. Kaş ki əvvəlcədən anlasa idim, sən məni öz çıxarların uğruna tərk edə bilərdin. Kaş ki anlasa idim...

Ayağa qalxıb olduğum yerdən uzaqlaşmağa çalışdım amma Ayaz əlimdən tutdu.
"Elisa, mən səni öz çıxarlarım uğruna tərk etməmişəm. Sadəcə olan bitəndən sənin zərər görməyini istəmirdim. Səni həqiqətən sevmişəm, ancaq bəzən məcbur qalırsan. Yalan danışmağa, sevdiyin halda tərk etməyə, çıxıb getməyə məcbur qalırsan. İcazə ver hərşeyi düzəldim Elisa. Zaman keçdikcə səndə mənə haqq verəcəksən əminəm."

Əlimi Ayazın əlindən çəkərək, 1 addım Ayazdan uzaqlaşdım. Nifrət dolu gözlərlə ona baxdım.
-Sevgi budur eləmi Ayaz? Sırf sevdiyin qız zərər görməsin deyə başqası ilə nişanlanmaq?! Ayaz sən nə danışırsan 2 saatdır. Mən nə zərər görəcəkdim hə?! Sən həbs olunsa idin, mənimlə hərşeyi əvvəlcədən paylaşsa idin. Əlimdən gələni edərdim, amma səni düşdüyün o bataqlıqdan çıxarardım.! Sən amma məni tərk etməyi seçdin. İndi seçdiyin həyatın ilə sənə xoşbəxtliklər arzu edirəm, sən istəsəndə artıq heçnəyi düzəldə bilməzsən.! Sən bizə gec qaldın Ayaz...

Üzümü çevirib, arxama baxmadan Ayazın yanından uzaqlaşdım.
"İnsan çarəsizliyi ən çox ürəyi 'hə' deyincə, ağlı isə 'yox' deyincə hiss edər. Qəlbi ona gözəl şeyləri hiss etdirib, gözəl xəyallar qurdurarkən, ağlı ona gerçəkləşməyəcəyini fısıldayar. Qəlbi onu acılarla dolu uçuruma sürükləyərkən, ağlı onu dərin yuxusundan ayıltmaq istər. Ancaq maraqlı olan birşey var. İlk dəfə ağlımla qəlbim mənə eyni şeyləri fısıldayırdı. İkisi də 'yox' deyirdi..."



Oxuyan və fikir bildirən hərkəsə təşəkkür edirəm.💕

"SƏSSİZ YALAN"Hikayelerin yaşadığı yer. Şimdi keşfedin