BÖLÜM 11

44 6 9
                                    

...
Ayazın yanından sürətli addımlarla uzaqlaşıb içəri girdim. Pəncərədən Ayazın getdiyini görə bilirdim. Yanımdakı stula çökərək əlimi başıma qoydum.
Birdən Ceyhun səsləndi : "Elisa, o idi deyilmi?"
Ceyhunun sualı ilə ona tərəf çevrildim. Ağzı, burnu qan içində idi, ayağa qalxaraq ona tərəf yönəldim.

-Ceyhun üzr istəyirəm səndən, dəfələrlə üzr istəyirəm. Hamısı mənim günahımdır. Onun bura gələ biləcəyini düşünməmişdim.

"Elisa, sənin bir günahın yoxdur, sən olmasan ona nə edəcəyimi bilirdim mən, amma şükür etsin sənə görə heçnə etmədim."

-Sənin üzün qan içindədir nə isə etməliyik. İlk yardım çantan var?

"İçəridə olmalı idi, əziyyət çəkmə birazdan düzələr."

Ceyhunun üzünə sərt bir ifadə ilə baxaraq dedim:
-Dəlisən Ceyhun?! Onsuzda mənim üzümdən olub hər şey. Gedib gətirirəm indi.

İçəri otağa daxil olub çantanı axtarmağa başladım, burada o qədər əşya, kitab var idiki necə tapacağımı heç bilmirdim. Otağın baş hissəsində bir rəf var idi. Ona yaxınlaşdım ancaq rəfdə də yox idi. Başımı qaldırdığımda rəfin başında çantanı gördüm.
-Aha, tapdım səni.

Ayağımın altına stul qoyaraq yuxarı çıxdım, çantanı əlimə aldım, ancaq çantanın altında bir şəkil və bir kitab diqqətimi çəkdi. Əlimə aldığım şəkil 17-18 yaşlarında gənc bir qız şəkli idi. Kitabın isə üzərində bir not var idi, üstünü də toz basmışdı. Üzərini təmizləyərək adını və notu oxumağa çalışdım. Kitabın adı "Səssiz yalan" idi, not isə səhv etmirəmsə farsca yazılmışdı. Buna görə oxuya bilmədim. Birdən Ceyhunun səsini eşitdim. Qapını açaraq içəri daxil oldu.
"Elisa yaxşısan? İçəridən səsləndim amma eşitmədin."

Ceyhuna tərəf çevrilib stuldan aşağı düşdüm. Ceyhun mənə tərəf yaxınlaşdı.
-Mən, mən sadəcə çantanı alarkən bunları gördüm. Yerinə qoya bilərəm.

Ceyhun tükənmiş və sanki boynu bükük bir ifadə ilə üzümə baxdı.
" Elisa bir problem yoxdur, narahat olma. Yaxşı etmisən götürmüsən."

Ceyhun əlimdən şəkili və kitabı alaraq bir neçə saniyə onlara baxdı və stula əyləşdi. Başını qaldıraraq mənə tərəf çevrildi.
"Niyə bu qız kimdir deyə soruşmadın?"

Təəccüblü bir ifadə ilə Ceyhuna baxdım:
-Bilmirəm. Bəlkə danışmaq istəməzsən deyə düşündüm.

Ceyhun gülümsünərək üzümə baxırdı:
"Niyə bu qədər düşüncəlisən axı.? İstədiyin şeyi soruşa bilərsən. Səni həqiqətən yaxınım kimi hiss edirəm."

Ceyhunun sözlərini gülümsünərək cavabladım:
-Təşəkkür edirəm. Səndə həmçinin.

Ceyhun yenidən üzünü şəkilə çevirərək yavaş səslə nə isə dedi:
"Nazlı.."

Ceyhuna baxaraq soruşdum -Mənimləsən?

Ceyhun başını yelləyərək cavab verdi:
"Nazlı...
Bu şəkildə gördüyün qızın adı Nazlı'dır...
16-17 yaşımız olardı, birlikdə ailələrimizdən gizli hər axşam ulduzlara baxmaq üçün sahilə gələrdik. Onun ailəsi eşidəndə ona çox əsəbləşirdi, məni çox sevdiklərini deyə bilmərəm. Ancaq biz yenə də qaçıb sahildə ulduzların altında oturaraq xəyallar qurardıq. Tək arzumuz ikimizdə eyni universitetdə təhsil alıb, böyüdükdən sonra evlənməyimiz idi. Əslində arzumuza çatmadıq deyə bilmərəm, çatdıq amma hərşey yarımçıq qaldı. Eyni universitetə qəbul olduq bəli...
Hərşey qaydasında idi, bir gün ona yenə mesaj yazdım:
"Nazlı, sahilə gedək?"
İlk dəfə idiki mesajımı cavabsız buraxmışdı...
Təbiiki gözlədim, bəlkə işi var cavab verər. Ancaq günlər həftələri əvəz etməyə başlamışdı. Dəliyə dönmüşdüm, dəfələrlə zəng etmişdim, amma açmırdı...
2 ay ondan xəbər ala bilmədim. Evlərinin önünədə getmişdim amma onu tapa bilmirdim. Sanki buxar olub uçmuşdu. Dərslər başlamasına 10 gün qalmışdı. Evdə oturub Nazlının harada olduğunu düşünürdüm, axı bu qədər zaman məni yalnız qoymazdı o...
Taki telefonuma o zəng gələnə qədər... Gizli bir nömrədən gələn zəngi açdım: "Alo?"
-Danışan Ceyhundur?
"Bəli mənəm buyurun? Siz kimsiniz?"
-Danışan Nazlının anasıdır.

Anasının səsi boğuq və həyəcanlı gəlirdi, aylarla Nazlıdan xəbər almadığım üçün qorxmuşdum.
-Nazlını bu gün yol qəzasında itirdik, qızım yoxdur artıq, sırf səni görə bilsin deyə ukraynadan zorla bakıya qayıdırdı...

Telefon əlimdən yerə düşdü və dizlərimin üstünə çökdüm. Ailəsi onu məcbur ukraynaya aparmışdı, sırf məndən uzaq olsun deyəmi? Mənə görəmi öldü Nazlım, necə ola bilər axı?! Qışqıraraq ağlamağa başladım ancaq hərşey üçün gec idi. İnanmaq istəmirdim, sanki içimdə bir səs Nazlı ölmüyüb deyirdi. Telefonu əlimə alaraq o nömrəyə birdə yığdım, ancaq zəng çatmırdı...
Aylarla onun ailəsini axtardım lakin tapa bilmədim, 5 il sonra isə sadəcə təsadüfən birşeyin şahidi oldum. Mən təhsilimi davam etdirmək üçün fransaya getmişdim, oradan bakıya döndükdən sonra, Nazlının yaşadığı küçəyə baş çəkmək istədim. Gördüyüm mənzərə qarşısında şok keçirmişdim, evlərinin işıqları yanırdı. Bir ümidlə onların mənzilinə yaxınlaşdım və qapını döydüm. Bir xanım qapını açdı, ümidlənmişdim ancaq bu evə başqaları köçmüşdü deyəsən.
-Buyurun, kimi axtarırdız?

"Mən... mən... Burada əvvəl başqa bir ailə yaşayırdı, elə bilmişdim o ailədir..."

-Bizdən əvvəlki ailə qızlarının təhsil alması üçün ukraynaya köçmüşdülər. Keçən il bu evi satırdılar, və bizdə bu səmtdə ev axtarırdıq. Amma bu il bakıya qayıtmışdılar, bakıda qalırlar yəni. Yaxında qızlarının toyu olacaqdı səhv etmirəmsə.

Eşitdiklərim qarşısında nitqim tutuldu, əlim ayağım əsməyə başladı. Həyəcanlı bir ifadə ilə xanımdan soruşdum:
"Nə? Necə yəni evlənmək?! O qız ölüb! 5 il əvvəl yol qəzasında ölüb!"

-Səhv məlumatlandırılmısız yəqinki, ailənin tək qızı yaşıyır və yaxında evlənəcək.
Xanım qapını üzümə bağladı, bir daha qapını döymək istədim ancaq əlimi saxladım. Demək Nazlını məndən uzaq tutmaq üçün yalandan ölüm xəbəri vermişdilər...
O gün ağlamadığım qədər ağlamışdım. Bu xəbərdən aylar keçdi amma mən Nazlını axtarmadım çünki o xoşbəxt idi və evlənmişdi. Mən sadəcə onu qəlbimə həbs edə bilərdim...
Bu şeylərdən sonra isə "Səssiz yalan" adlı bu kitabı yazdım. Bu kitab mənim ilk və tək kitabım oldu ancaq tamamlamadım. Ondan sonra da yazarlığa davam etmədim. Bəlkə bir gün bu kitabı tamamlamaq üçün bir səbəbim olar..."

Bu cümlələrdən sonra Ceyhun dolmuş gözlərlə üzümə baxdı və davam etdi:

"Kitabın üzərindəki notun farsça yazılma səbəbi isə, mənim Nazlıya fars dilini öyrətməyim idi. O da "Məni nə qədər sevdiyini və hər zaman yanımda olacağını yazmışdı bu nota..."

Dolmuş gözlərlə Ceyhuna diqqətlə qulaq asırdım, yaşadığım hərşey bir daha gözümün önündən keçmişdi. Ceyhunda mənim kimi yalanlarla çərçəvəli bir həyat yaşayırmış...

-Mən nə deyəcəyimi bilmirəm Ceyhun. Yaşadığların çox ağırdır, səni incitdimsə bağışla... Mən sadəcə maraqlı gəldiyi üçün şəkili əlimə almışdım...

Ceyhun titrəyən səsi ilə cavab verdi:
"Sən heçnə etmədin, onsuzda mənim bu şeyləri unutmağım üçün ağlımı itirməyim lazımdır...
Bilirsən Elisa.? Mən artıq Nazlını düşünmürəm, sevgimidə ürəyimə həbs etmişəm... O bu qədər zamanda məni bir dəfə axtarmadı, soruşmadı, bilirəmki əlində dəfələrlə imkan olub məni axtarmaq üçün...
Mən bəzən sevgi deyilən bu axmaq hissə inanmaq istəmirəm, çünki hər sevginin sonu hicrandır..."

Ceyhun sözlərini tamamladıqdan sonra ayağa qalxaraq aramızdakı məsafəni bağladı, əli ilə göz yaşlarımı silərək qulağıma fısıldadı...
"Mənim üçün narahat olma, məndə hərşey yolundadır. Sən öz qəlbinə sahib çıx, çünki mənim üçün dəyərli olan o qəlbin qırılmasını istəmirəm..."





Oxuyan və fikir bildirən hərkəsə təşəkkür edirəm.❤

"SƏSSİZ YALAN"Hikayelerin yaşadığı yer. Şimdi keşfedin