BÖLÜM 7

64 10 0
                                    

Məni kənara çəkən kitabxanada gördüyüm oğlan idi.
"Yaxşısız? Az qalsın maşın sizi vuracaqdı, biraz ehtiyatlı olmalısınız."

Halsız bir şəkildə yerə çökdüm, gözümdən 2 damla yaş süzüldü.
Boğuq səslə: -Yaxşı deyiləm, heç yaxşı deyiləm mən. Deyərək ağlamağa başladım.

"Belə olmaz, burada oturmayın gəlin içəri kitabxanaya keçək."

Kitabxanaçı oğlan qolumdan tutub məni içəri apardı. İçəridəki stulda əyləşdim. Hissiyatımı itirmişdim sanki, yaşadığlarım çox ağır gəlirdi. Ağlamaqdan nəfəs alıb verə bilmirdim. Əlimlə saçlarımı yolmaq, hərşeyi dağıdıb tökmək istəyirdim.
"Bayaqdan elə ağlayırsız, probleminizi mənimlə paylaşa bilərsiz."

-Təşəkkür edirəm, ancaq lazımsız dərdlərimlə sizi də yormaq istəmirəm.

"Lazımsız dərd olduğunu düşünmürəm, yoxsa bu qədər kədərlənməzdiz."

Başımı qaldırıb dolu gözlərlə ona baxdım,
-İllər öncə sevgilim məndən, bəzi şeyləri bəhanə edərək ayrılmışdı. Bu gün isə gözümün önündə başqa biri ilə nişanlıdır. Amma göz yaşlarımın səbəbi mənə edilən haqsızlıqlardır, ondan ayrılmağım deyil.

"Sizcə də artıq unutmağın vaxtı deyilmi? Daha nə qədər boş bir insan üçün ağlayacaqsızki. Biraz əvvəl az qalsın canınızdan olurduz. Düşünürəmki sağlığınız daha önəmlidir."

Yanağımdan axan yaşları sildim, bəlkə də haqlı idi.

-Bu arada az öncə məni xilas etdiyinizə görə çox sağolun.

"Mənim yerimə kim olsa elə edərdi onsuzda. Bu arada sizə özümü tanıtmadım. Adım Ceyhun'dur."

-Tanış olduğumuza çox sevindim, mənimdə adım Elisa'dır.

Gülümsünərək: "Sizli, bizli danışmaq çox yorucu oldu sanki. Sadəcə Elisa desəm olmazmı?"

Azacıq olsa da gülümsündüm, səmimi bir insan idi.
-Bir problem olacağını düşünmürəm. Mən artıq getsəm yaxşı olacaq. Dəstək olduğun üçün təşəkkürlər. Biraz da olsa özümü yaxşı hiss edirəm.

"Nə demək, nə vaxt istəsən yaxın dostun kimi problərini mənimlə bölüşə bilərsən balaca.
Tez-tez kitabxanada səni görmək istəyərəm, görünüşə görə səndə mənim kimi kitab oxumağı sevən bir qızsan."

Bu dəfə həqiqətən gülümsündüm.

-Çox sağol Ceyhun. Çalışdığım qədər gəlib yeni kitablar alacam. Hələlik.

"Hələlik."

Kitabxanadan uzaqlaşaraq evə doğru yeriyirdim. Beynimdə məni incidən düşüncələrdən hələ də qurtula bilməmişdim, amma Ceyhunla söhbətdən sonra biraz olsun yaxşı hiss edirdim. Bəlkə də Ayazı düşünməyim düzgün deyildi, gözümün önündə yeni nişanlısını qucaqlayırdı. İllər öncə sevgilim olmuş ola bilərdi, ancaq məni səbəbsiz yerə tərk etmişdi. Normal şəkildə işə gedib gələcəm, o qarşıma çıxsa belə fikir verməyəcəm. Bu qədər hadisələrin üstəsindən gələ bildimsə, bununda üstəsindən gələrəm məncə. Özüm özümü təsəlli edərək evə çatdım.
Biraz istirahət etdikdən sonra, masama əyləşib sabah üçün çatdırmalı olduğum bir iki işimi tamamladım. Əslində saatlar öncə ağlamağıma baxmayaraq, indi özümü daha yaxşı hiss edirdim. Ayaz haqqında olan hərşeyi silib atacaqdım, artıq həyatıma mənfi təsir etməsinə icazə verməyəcəkdim. Özümdə anlam verə bilmirdim ki bu qədər vaxtdır içimdə sadəcə ona qarşı nifrət yığılmışdı, yoxsa sadəcə bağlandığım üçün hər şey bu qədər təsir edirdi...

Ayağa qalxdım və yatağımın altında illərdir saxladığım qutunu çıxardım. Qutunun içərisində Ayaza aid bir çox şey var idi. Mənə aldığı hədiyyələr, yazdığı məktublar və daha nələr nələr...
Qutunu əlimə alıb həyətə düşdüm. İçindəkiləri yerə atdım və 1 kibrit yandırıb qutunun içindəki hərşeyi yandırdım. Özümsə kənarda oturub Ayazla illərin xatirlərinin yanmasını izlədim...

"Gedənlər bizdən çox vaxt bir parça apararlar. O parçanın yerində də dərin izlər qalar. Hər kəsin bir yara izi vardır. İnsanlardan gizlətməyə çalışdığı, gizlətmək üçün çox çalışdığı yara izi. Bu izlərlə yaşamağa öyrəşərsən. Bir səhər bəlkə də, günəş doğanda yaşamağı yenə sevə bilərsən. Və bir gün əlbət biri o yara izlərinə toxunar. Yaraların az da olsa sağalmağa başlayar. O günə qədər isə hərşeyin üstəsindən özün gəlməlisən..."

Səhər hazırlaşıb evdən çıxdım. Yol kənarında Ceyhunu gördüm. Ceyhun məni görüb, yaxınlaşdı. "Sabahın xeyir Elisa. İşə gedirsən deyəsən."

-Hər vaxtın xeyir. Aha işə gedirəm.

"Çox gözəl məndə şəhərin mərkəzinə getməliyəm, bir-iki kitab alacam. İstəsən mənim maşınımla gedək, onsuzda yolumun üstüdür."

-Çox sağol, ancaq əziyyət vermək istəmirəm.

Gülümsünərək: "Əziyyət deyil, xoşdur mənim üçün."

Ceyhunun kefinə dəyməmək üçün onunla bir yerdə getdim. İşə çatdıq və Ceyhuna: "Bir daha təşəkkür edirəm gətirdiyin üçün." deyərək aşağı düşürdümki, qarşımda Ayazda öz maşınından aşağı düşdü və bizə tərəf baxırdı.
Mən onu vecimə almadan pilləkənlərlə şirkətə qalxdım. Və otağıma çıxmaq üçün liftə minirdimki, bir anda Ayaz mənə çataraq mənimlə birlikdə liftə mindi.
Mən əsəbi-əsəbi ona baxaraq:
-Niyə hər dəfə qarşıma çıxırsan? Səni görmək istəmədiyimi demişdim.
Ayaz mənə tərəf çevrilərək: "O maşınında gəldiyin kim idi?" dedi.

Mən kinayəli gülərək: - Sənə nə mənim kiminlə gəldiyimdən? Bu səni zərrə qədər maraqlandırmır. Sən nişanlınla maraqlan ən yaxşısı.

"Elisa heçnə bildiyin kimi deyil, hərşeyi sənə danışmağım üçün bir şans ver."

-Nə danışacaqsan?! Sənin yalanlarını eşitmək məcburiyyətində deyiləm mən. Hər nə səbəbdən getdiyini bilmirəm, amma illər öncə məni tək başına qoyub çıxdın getdin və bunu dəyişdirə bilməzsən.!
Gözlərim dolmuşdu, ancaq Ayazın qarşısında ağlamaq istəmirdim.
-Mən səni ailəm qədər sevirdim, səni hərkəsdən yaxın bilirdim özümə. Sən çıxıb getdikdən sonra hərşeyə küsdüm mən, heçnəyə həvəsim qalmadı. Aylar, illər ötdükcə sənə qarşı hisslərim öldü, sevgim öldü, məndə öldüm Ayaz. Sən artıq mənim üşün heçkəssən. Nə sən, nə də nişanlınla arandakı heç bir söhbəti eşitmək istəmirəm. Mən səni qəlbimdəndə, ağlımdanda silmişəm. Sənə qarşı içimdə sadəcə nifrət yığılıb...


Oxuyan və fikir bildirən hər kəsə təşəkkürlər.💕

"SƏSSİZ YALAN"Hikayelerin yaşadığı yer. Şimdi keşfedin