19 YAŞ-(BÖLÜM 2)

91 11 0
                                    

"Yarım qaldıq səninlə, yazılan kitabın bitməmiş sonluğu kimi. Bəlkə də gözəl olacaqdı sonluq, kim bilir, sən yarım qoymasaydın. İçimdə sənə qarşı hədsiz nifrət və kin yığılıb. Ancaq mənim nə nifrət, nə də sevgi dolu bir cümləmə layiq deyilsən. Peşman olacaqsan bir gün, qayıdıb gələcəksən, ancaq o gün nə mən əvvəlki Elisa olacam, nə də sən məni tapa biləcəksən. Həsrət dolu gözlərlə məni axtaracaqsan. Evimizin küçəsinə gəlib qarşına çıxan hər kəsdən yerimi soruşacaqsan. Məni tapa bilməsən ağlına, yazdığın o cümləni gətir. "Özün üçün yeni bir həyat qur, çünki artıq mən olmayacam".

3 il sonra...

Ana mən çıxıram, işə gecikəcəm. "Özünə diqqət et qızım, uğurlar."
Bu gün mənim ilk iş görüşməm var idi. Universiteti bitirdikdən sonra bir neçə şirkətə CV vermişdim ancaq, sadəcə bu şirkətdə iş görüşməsinə çağırılmışdım.
İlk iş günüm olduğu üçün çox həyəcanlı idim. İş yerinə çatar-çatmaz tələsik qapıdan içəri girdim. Qolumdakı saata baxdım, ola bilməz 10 dəqiqə gecikmişdim. Mühasibata yaxınlaşaraq gecikdiyimi bildirdim. Xanım isə "bir problem olmayacaq, iclas yeni başlayıb" dedi.
Tam 1 saat sonra artıq rəsmi olaraq işə qəbul olunmuşdum. Birşeyləri özüm bacarmaq və öz ayaqlarım üstündə dura bilmək məni çox sevindirirdi. Bundan 3 il əvvəl olduğu kimi...

3 il əvvəl...

Yazdığım məktubu qatlayıb masamın üzərinə qoydum və ruhsuz addımlarla yatağıma uzandım

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

Yazdığım məktubu qatlayıb masamın üzərinə qoydum və ruhsuz addımlarla yatağıma uzandım. Bir insan mənim həyatdan arzularımdan soyuma səbəbim ola bilməzdi.
Aramızda keçən 4 ili 1 gün içərisində unutmağım mümkün deyildi. Aylarımı alacaqdı, hətta bəlkə illərimi. Ancaq unutmayacaqdım, insan bir yerdən sonrasına öyrəşməlidir. Məndə öyrəşəcəkdim. İndi qəlbimin tam ortasında ağır bir yük daşıyırdım sanki, öz göz yaşlarımda boğulurdum.
Heçkəsə bir kəlmə danışmaq fikrim yox idi, həmişə olduğu kimi özüm özümü toplayıb ayağa qalxacaqdım.
Kənardan çox insan həmişə mənim soyuq və hissiyatsız biri olduğumu düşünürdü. Buna səbəb olan, heç kəslə heçnəyi paylaşmamağım idi. Uşaqlıqdan bütün problemlərimi özüm həll etməyi öyrənmişdim. Nə ailəmi, nə də sevdiklərimi öz dərdlərimlə yormaq istəmirdim.
Bu da keçəcəkdi, gözəl yerlərə gedib çıxacaqdım, heç kəsin sevgisinə ehtiyacım olmadan.
Göz yaşlarımı əlimin tərsi ilə sildim və ayağa qalxdım. Ad günüm üçün aldığım qırmızı rəngdə donumu geyindim. Gözlərim ağlamaqdan şişdiyi üçün, çox az sadə bir makyaj etdim və saçlarımı açaraq öz halında buraxdım.
Otağımdan çıxaraq pilləkənlərdən aşağı endim. Bu gün 19 yaşım tamam olurdu və heçkəsin bunu məhv etməsinə icazə verməyəcəkdim. Ağlayacam ya da güləcəm, ancaq heç vaxt Ayaza boyun əyməyəcəkdim...



Oxuyan və fikir bildirən hərkəsə təşəkkür edirəm.♥️


"SƏSSİZ YALAN"Hikayelerin yaşadığı yer. Şimdi keşfedin