BÖLÜM 9

47 7 4
                                    

Ayaqüstə durmağa taqətim qalmamışdı artıq, ürəyimi ağrıdan hərşeydən qurtulmaq istəyirdim...

Ayazın yanından xeyli uzaqlaşmışdım, çox qaranlıq idi, addımlarımı belə görməkdə çətinlik çəkirdim. Göz yaşlarım boğazıma düzülmüşdü, bir anda ayağım daşa ilişdi və yerə yıxıldım. Ayağım ağrıyırdı və göz yaşlarımın sonu gəlmirdi. Səsimi yüksəldərək: "Özümə nifrət edirəm, yaşadığım həyata, hərşeyə nifrət edirəm. Ağlamağa nifrət edirəm..."dedim.

Ətrafa boş gözlərlə baxırdım, bir nəfər belə yox idi. Güclə ayağa qalxdım, ayağımın üstünə basa bilmirdim. Axsaya-axsaya yavaş yavaş yoluma davam etdim. Bu qaranlıqda hara getdiyimi də görmürdüm. Arxadan sürətlə bir maşın gələrək düz yanımda saxladı. Ayaz maşından enərək mənə tərəf qaçdı.
"Elisa ayağına nolub? Bayaqdan səni axtarıram, bir kəlmə söz deyib çıxıb getdin. Bu qaranlıqda hara getməyi düşünürdün gözəlim?"

Ayazı itələdim və ağlamaqdan batmış səsimi yükəldərək:
-Mənə gözəlim demə.! Mən sənin heçnəyin deyiləm.! Məni axtarma, xaiş edirəm axtarma məni çıx get.! Görmək istəmirəm səni.! Sən yalançısan.! Duyğularımın qatilisən. Bütün pis şeylərin səbəbkarı sənsən.! Rahat burax məni, rahat burax.!!

Ağlamaqdan taqətdən düşərək yerə çökdüm.

"Elisa belə etmə, qalx ayağa evə gedək. Səni belə görmək içimi parçalayır. Bağışla məni, bağışla..."

Göz yaşlarımı saxlaya bilmirdim, hıçqıra-hıçqıra ağlayırdım. Heç gözləmədiyim anda Ayaz qollarını belimə doladı, məni bağrına basaraq qucaqladı.
"Sakitləş gözəlim mən yanındayam, bir daha yalan danışmayacam sənə. Bir daha tərk etməyəcəm səni, sən hər ağladığında qəlbimə pıçaq sancılır sanki."

Özümü onun qollarının arasından çıxarmaq üçün Ayazı itələdim, ancaq Ayaz elə möhkəm qucaqlamışdıki onun qarşısında gücsüz qalırdım. İllər öncə onu qucaqladığımda ciyərlərimə dolan qoxusu, indiki qoxu ilə eyni idi. Başım qəlbinin tam üstündə idi, tez-tez atan qəlb atışlarını eşidirdim. Ona o qədər nifrət yığılmışdıki içimdə onu qucaqlamaq istəmirdim.

Bu dəfə Ayazı daha sərt itələyərək ayağa durmağa çalışdım, Ayaz qolumdan tutaraq mənə kömək etdi.
-Məni niyə qucaqlayırsan? Uzaq dur məndən dedim axı sənə.!

Ayaz əsəbi-əsəbi üzümə baxdı, çevrilib maşına yumruq vurdu və səsini yüksəldərək qışqırdı:
"Səni hələ də sevirəm Elisa, niyə başa düşmürsən? Məcbur oldum mən, məcbur.!"

Göz yaşlarımı əlimlə silərək Ayaza tərəf yaxınlaşdım və nifrət dolu gözlərlə ona baxdım.
-Mənim üstümə qışqırma.! Sən məni sevsəydin, indi biz bu vəziyyətdə burada durub, sənin etdiyin səhvlərdən danışmazdıq. Sevgi kəliməsini ağzına alma, çox gülünc səslənir çünki.! İndi isə məni evə apar.!

Ayazın yanından keçərək maşına əyləşdim. Pəncərəyə başımı söykəyərək ətrafa baxırdım, göz yaşlarım dayanmırdı. 1-2 dəqiqə sonra Ayaz da maşına əyləşdi. Mənə tərəf çevrilərək, əlimi tutmağa çalışdı amma, mən əlimi çəkdim, ona tərəf çevrilmədim.
"Elisa, belə etməyinə dayana bilmirəm."

Ayazın sözlərini ciddiyə almadan:
-Evə gedək dedim!

Yol boyu bir kəlmə belə kəsmədən qayıtdıq. Evə çatmağımıza bir küçə qalmış: -Burada saxla maşını, özüm gedəcəm.!
dedim.

Ayaz sanki dediklərimə qulaq asmadan yola davam edirdi. Üzümü ona tərəf çevirərək: -Sənə maşını saxla dedim.!

Ayaz maşını saxlayaraq "Buyur, gedə bilərsən" dedi.

Maşından düşüb sürətli addımlarla evə tərəf yönəldim, ayağımın ağrısı unutmuşdum. Ağlımda sadəcə Ayazın mənə danışdıqları dolanırdı.
Bizdə alınmadı, bəli alınmadı...
Çünki sən bacarmadın sevməyi. Mən sənin hər zərrəni əzbər biləcək qədər çox sevmişdim. Adını gecələr sayıqlayacaq qədər, getdiyim hər yolda adını çizəcək qədər, gözümü qırpmadan belə canımı qurban verə biləcək qədər çox sevmişdim...
Toxunmağa qıyılmayacaq, baxmağa doyulmayacaq qədər, sənə gedən bütün yolları əzbərləyəcək qədər sevmişdim. Sənsə hər şeyi bir vidaya sığdıraraq məhv etdin, məni, hisslərmi, sənin üçün min bir əziyətlə tikdiyim evi, nəfəsimlə isitdiyim sobanı, əllərimlə əkib-becərdiyim göz yaşlarımla suladığım çiçəkləri məhv etdin Ayaz...

Səhər saat 06:30 idi və mən bütün gecə yata bilməmişdim. Səhərə qədər Ayazın dediklərini düşünmüşdüm. Amma bir qərar verməli idim, özüm üçün, xəşbəxtliyim üçün bir qərar verməli idim. Ayağa qalxıb paltarımı geyindim, hazırlaşıb evdən çıxdım. Və şirkətə doğru yönəldim. Yol boyu verdiyim qərarı düşünürdüm. Görəsən düzgün hərəkət edirdimmi?
Şirkətə çatdığım kimi katibəyə yaxınlaşaraq, ondan işdən ayrılmaq üçün sənəd istədim. Sənədi imzalayaraq müdirin otağına apardım. Bəli işdən ayrılırdım bu gün, Ayazdan nə qədər uzaq olsam o qədər yaxşı olacaqdı...






Oxuyan və fikir bildirən hərkəsə minnətdarlığımı bildirirəm.💕



"SƏSSİZ YALAN"Hikayelerin yaşadığı yer. Şimdi keşfedin