BÖLÜM 10

46 6 2
                                    

Bəzən insan məcbur qalır, xəyallarından, sevdiyi şeylərdən, hətta bəzən işindən belə vazkeçməyə məcbur qalır. Çünki onun ətrafında canını yandıran insanlar vardır və qaçıb canını qurtarmalıdır. Bu gündə mən elə etmişdim, bu şirkətdən də Ayazdan da uzaqda olmalı idim, buna məcbur idim.

İstifamı edərək müdirin otağından çıxırdım ki, kolidorun başında Ayazı gördüm. Ayaz da məni görüb sürətli addımlarla mənə tərəf yönəldi. Mən onunla heçnə danışmaq istəmədiyim üçün pilləkənlərdən düşürdümki, Ayla ilə üz-üzə gəldim. Bir anda arxadan Ayaz səsləndi "Elisa hara gedirsən?"

İkimizdə Ayaza tərəf çevrildik. Ayla qolumu itələyərək yuxarı çıxdı "Sevgilim, nə baş verir burada? Sən bu qızı haradan tanıyırsan ?"

Ayaz üzünü mənə tərəf çevirdi.
"Ayaz? Sualıma cavab vermək istəmirsən deyəsən?"

"Elisaya bir sənədi imzalatmaq üçün vermişdim, onu soruşacaqdım. Sənin burda nə işin var Ayla? Bu gün işə gəlməyəcəm demişdin."

Onların söhbətinə daha çox qulaq asmamaq üçün sürətli şəkildə aşağı enib, şirkətin qapısından çıxdım. Gözlərim dolmuşdu, bəli yenə dolmuşdu. Axı bu ağlamaqlar nə zaman sona çatacaqdı ki?
"Ağlama Elisa, ağlama hərşeyin üstəsindən gələcəksən." Özüm özümü təsəlli edərək yol kənarı ilə yavaş-yavaş addımlamağa başladım. Taxi'yə minmək, insan görmək və evə getmək heç cür istəmirdim.
Bir anda telefonuma gələn mesajın səsi ilə səksəndim. Mesaj Ceyhundan idi. "Salam Elisa, bu gün vaxtın olsa kitabxanaya gələ bilərsən? Bir mövzuda köməyə ehtiyacım var."
Cavab olaraq heçnə yazmadım, biraz hava aldıqdan sonra məcbur bir taxi'yə əyləşərək kitabxanaya gəldim.
Kitabxananın qapısı açıq idi və içəridə hərşey dağılıb tökülmüşdü.
-Ceyhun? Buradasan?

Ceyhun içəri otaqdan çıxaraq:
"Elisa gəlmisən? Çox sevindim, həqiqətən köməyinə ehtiyacım var, buranın vəziyyətini görürsən yəqinki?"deyərək gülümsədi.

-Bura niyə bu vəziyyətdədir Ceyhun? Deyərək güldüm.

"Hər tərəfi toz basmışdı, kitabxananın biraz yığışdırılmağa ehtiyacı var idi sanki. Gəl, gəl çox danışdıq, içəridə əyninə geyinə biləcəyin paltarlar var, gözləyirəm səni."

Mən gülərək Ceyhuna baxırdım. -Yaxşı gəlirəm.

Birazdan əynimi dəyişərək otaqdan çıxdım, paltar biraz mənə böyük idi və gülməli göründüyümü deyə bilərdim.
Ceyhun mənə tərəf çevrilərək gülməyə başladı. "Elisa heç belə təsəvvür etməmişdim, paltar çox böyükdü yoxsa sənmi çox balacasan bilmədim sanki."

Gülərək Ceyhuna baxdım -Aha nə edim indi? Nə iş tapşırırsız mənə Ceyhun bəy?

"Sən kitab rəflərinin tozunu al, məndə kitabları sıralayacam."
-Yaxşı.

Kitabxanada səssizlik idi, nə Ceyhun, nə də mən heçnə danışmırdıq. Beynimdə ancaq Ayazla olan söhbətimiz var idi. Bəzi rəflərə əlim çatmadığı üçün stulun üzərinə çıxıb yuxarıdakı rəfləri silirdim. Ayaq üstə dura bilim deyə, əlimi bir rəfə dayamışdım.
Ceyhun səsləndi: "Hərşey yaxşıdır Elisa?"

Ceyhuna cavab vermək istəyəndə, qəflətən rəf ortadan ikiyə bölündü və əlim boşluğa düşər kimi oldu. Özümü saxlaya bilmədiyim üçün ayağım büdrədi və stuldan yıxılırdımki Ceyhunun qucağına düşdüm. Əlimi Ceyhunun boynuna dolamışdım, gözlərinin içinə baxırdım və çox utanırdım. Ceyhunla bir neçə saniyə göz-gözə idik, hiss edirdimki o da utanır.
Qapının açılma səsi ilə ikimizdə çevrilib qapıya baxdıq, gözlərimə inanasım gəlmirdi. Ayazın burada nə işi var idi axı, Ceyhun məni yerə qoydu. Və Ayaza doğru gedərək: "Buyurun, nə lazım idi? Bu gün kitabxana işləmir." dedi.

Ayaz bir mənə, birdə Ceyhuna baxırdı. Ceyhun yenə səsləndi:
"Tanışıq?"

Ayaz  sürətli addımlarla mənə yaxınlaşaraq qolumdan tutub çölə çıxarmaq istəyirdiki, Ceyhun Ayazın yaxasında tutaraq divara söykədi. "Sən kimsən dedim sənə.!"

Ayaz əsəbiləşərək: "Əsas sən kimsən? Elisanı niyə qucağına almışdın?" deyib Ceyhuna yumruq atdı.

Mən şok içində onları izləyirdim. Birdən qışqırdım: "Ayaz.! Sən dəlisən? Niyə yumruq atırsan, burada nə işin var sənin?!"

Ceyhun yenə Ayazın üstünə gəlmək istəyirdiki, mən icazə vermədim.
Ayaz qolumdan tutaraq: "Səninlə danışmalıyam Elisa.! Gəl çölə.!"

Qolumdan bərk yapışaraq zorla məni çölə çıxardı, Ceyhun arxamdan gəlmək istəyirdi.
-Lazım deyil Ceyhun, gəlirəm indi.

Ayaz üzümə baxaraq əsəbi əsəbi gülürdü.
-Nə var, nə istəyirsən məndən? Son sözlərimi dedim axı mən sənə.! Niyə uzadırsan hərşeyi.!

Ayaz yenə əsəbi gülüşünü göstərək üstümə qışqırdı:
"O içəridə gördüyüm nə idi?! O oğlan niyə səni qucağına almışdı?!"

-Sənə nə?

Ayaz biraz daha möhkəm qışqıraraq: "Nə demək sənə nə?! Cavab ver mənə?! Elisa dəli edirsən məni!!

Səbrim tükənmişdi və səsimi yüksəldərək: -Ceyhun mənim yaxın dostlarımdan biridir!! Sadəcə mənə kömək edirdi!! Üstümə bir daha qışqırmağa cəhd etməsən yaxşı olar! Sənin burada nə işin var?!

Ayaz üzümə baxaraq: "Səninlə danışmaq üçün gəlmişdim. Sən niyə işdən çıxmısan?!"

-Biz hərşeyi danışmışıq, heçnəyi uzatmağın mənası yoxdur. İşdən çıxmaq istədim çünki o şirkət mənə görə deyil və səni görmək istəmirəm. İndi çıx get və bir daha da qarşıma çıxma!. Sənə son sözlərim bunlardı.!!

Ayaz əlimdən tutaraq üzümə baxdı: "Elisa, mən açıqladım axı hərşeyi sənə heçnə göründüyü kimi deyil. Bizə bir şans verməlisən."

Ayazın əlindən əlimi çəkərək nifrətlə üzünə baxdım: -Əlvida Ayaz.





Oxuyan və fikir bildirən hərkəsə təşəkkürlər.💓

"SƏSSİZ YALAN"Hikayelerin yaşadığı yer. Şimdi keşfedin