BÖLÜM 4

64 11 0
                                    

"Necəyəm özümdə bilmirəm artıq, bəzən yaxşı hiss edirəm, bəzən bitmiş hiss edirəm. Sanki dünya dayanıb, heçnə hiss etmirəm, duyğusuz biri oluram. Heçnə sənə qorxu hissi yaşatmır. Nə kiminsə yoxluğu, nə kiminsə varlığı. Ölüm belə adi gəlir."

Ayaz illər öncə o məktubda, "mən yeni bir həyat qurmuşam" yazmışdı. İndi onun nişanlı olmasına niyə təəccüblənirdimki. O öz həyatından məmnun idi, bəlkə də 4 il bir yerdə olmağımızın onun üçün bir dəyəri yox idi. Hərşeyə böyük anlam yükləyən mən idim.
Onu unuda bilməmişdim, hətta dönəcəyinədə ümidim var idi bəlkə də. Amma bəzən istəməsəndə həqiqətlərlə üzləşməlisən, illər sonra onun haqqında bir xəbər alırsan və o nişanlıdır...

Mənim qəlbim onsuzda 3 il əvvəl qırılmışdı, insanlara qarşı güvənimi itirmişdim. İndi bu xəbəri almağım heçnəyi dəyişdirmirdi.
Həyatıma olduğu yerdən davam etməliydim. Amma nədənsə gözlərim dolmuşdu, ağlamamaq üçün özümü çətin saxlamışdım. Birşeyləri dağıdıb tökmək, bağırmaq, hönkür-hönkür ağlamaq gəlirdi içimdən, amma yerimdəcə donub qalmışdım.
"Bezmişəm hamınızın saxta sevgilərindən, özümü güclü kimi aparmaq istəmirəm. Ağlamaq, qışqırmaq istəyirəm. Gecə olduğunda normal insanlar kimi yuxuya getmək istəyirəm, qəlbim ağrıyır. Məni incidən o şeydən qurtulmaq istəyirəm, boğazımda düyümlənən göz yaşlarım əzab verir. Mən artıq dözə bilmirəm."
Artıq dayana bilmirdim hıçqıra-hıçqıra ağlamağa başladım. Ayağa qalxıb masanın üzərindəki hərşeyi əlimlə dağıtdım.
Anam səsləri eşidib otağıma gəldi.
"Qızım yaxşısan? Nə olub?"
Anamın sualından sonra daha da bərk ağlamağa başladım, dayana bilmirdim, nə olmuşdu axı mənə!? Ayaz üçün ağlamaq istəmirdim. Bunu özümə sığışdıra bilmirdim.

Anamın qollarına özümü atdım, onu möhkəm-möhkəm qucaqladım. Ancaq göz yaşlarımı saxlaya bilmirdim. Sanki illərdir içimdə saxladığım bütün kədərimi bu gün biruzə verirdim...

Səhər açılmışdı, saat 08:00 idi, birazdan işə getməliydim. Bütün gecəni sadəcə 2-3 saat yatmışdım. Axşam anamla biraz danışdıqdan sonra azda olsa rahatlamışdım.
İşə getmək üçün bütün həvəsim ölmüşdü əslində, onun haqqında kimdənsə nə isə eşitmək, onu bir saniyə belə görmək istəmirdim.
Hətta axşam işdən çıxmağı belə düşünmüşdüm, ancaq onun kimi bir insan üçün öz arzularımdan əl çəkməyəcəkdim.

Hazırlaşıb evdən çıxdım və 15-20 dəqiqə sonra şirkətə çatmışdım. Beynimdə məni narahat edən hərşeydən uzaqlaşıb sadəcə işimə fikrimi cəlb etmək istəyirdim.
Bəzi sənədləri imzalatmaq üçün müdirin otağına getməliydim, liftlə 2ci mərtəbəyə qalxdım. Kolidordan yüksək səslər gəlirdi. Biraz yaxınlaşdım. Cavid bəy və qızı mübahisə edirdilər. Məni görməsinlər deyə gizləndim.
" Necə yəni müalicəni gecikdirmisən? Ayla sən başını itirmisən? Xəstəliyin getdikcə ölümcül vəziyyət ala bilər. Sən mənim həyatdakı ən dəyərli varlığım qızımsan, səni itirsəm necə yaşayacağam. Xəstəliyinlə bağlı heçkəs heçbirşey öyrənməməlidir. Üstəlik Ayazla imzaladığın razılaşmanı kimsə eşitsə, şirkətin digər hissəsinidə itirəcəksən."

Eşitdiklərim qarşısında nitqim tutulmuş vəziyyətdə oradan uzaqlaşmağa çalışdım, amma arxadan bir nəfər "Elisa" məni çağırdı...


Oxuyan və fikir bildirən hərkəsə təşəkkür edirəm.♥️

"SƏSSİZ YALAN"Hikayelerin yaşadığı yer. Şimdi keşfedin