BÖLÜM 5

57 8 0
                                    

Üzümü arxaya çevirdim. Məni çağıran birlikdə iş görüşməsinə gəldiyim qız idi.

"Burda nə edirsən Elisa? Cavid bəylə qızı mübahisə edirdilər, səsləri mənim otağıma qədər gəlirdi. Nə danışdıqlarını eşitdin?"
-Yox, heç birşey eşitmədim. Məndə yeni gəlmişdim, sənədləri imzaladacaqdım.

Hələ də eşitdiklərimin təsirindən çıxa bilməmişdim. Oradan uzaqlaşaraq heyrət içində, ağır-ağır addımlarla otağıma geri döndüm. "Bu baş verənlər tam olaraq nə idi? Ayaz Ayla xanımla onun xəstəliyi olduğu üçünmü nişanlamışdı? Amma belə birşeyi nə üçün etsinki?"

Heçnəyə fikrimi toplaya bilmirdim, başımı itirmişdim. 3 saat sonra bütün işimi bitirdim və evə qayıdacaqdım. Amma düzünü desəm 2 gündür olanlardan sonra evə getməyə heç həvəsim qalmamışdı. Biraz tək qalmağa ehtiyacım var idi. Şirkətdən uzaqlaşaraq, sahil kənarındakı parka getdim.
16 yaşımdan bəri bir sıxıntım olduğu zaman, o parka gedirdim. Çox vaxt heçkəs olmadığı üçün səssiz bir yer idi. Kənardakı bir skamyada oturdum və dünən aldığım kitablardan birini oxumağa başladım. Ancaq kitabın içində bir not var idi, böyük ehtimal məndən öncə alıb oxuyan olmuşdu.
Notda "Bütün yolları əzbərlədim, sənə çıxan hər küçədən keçdim. Xəyallarımda, gerçəkdə nə varsa edilə biləcək, hər şeyi sınadım. Bir mahnı kimi notasını, sözlərini əzbərlədiyim bu eşqin altından yenədə qalxa bilmədim. Halbuki nə çox istədim səni sevməyi...
Atdığım hər addımda biraz daha uzaqlaşdın amma sən. Mən sənə qaçdıqca məsafəmiz böyüdü aramızda. Yoruldum, ümidimi itirmədim amma. Biraz güc toplayıb, biraz daha ümidlənib yenidən sınadım. Amma nə hikmətsə, heç cür sənə gələ bilmədim..." yazırdı.

Bu not sanki içimdən keçənlərin, sətirlərə tökülmüş halı idi. 3 il içim qan ağlasa belə, onu bir gün görəcəyimə ümid etmişdim. Bu gün elə bir yerdə idimki, bəlkə də Ayaz mənim bir addımlığımda idi. Hər an şirkətə gələ bilərdi. Ya da haradasa başqa bir yerdə qarşıma çıxa bilərdi. Ancaq mən onu görməyə hazır idimmi bilmirəm.
Onu görsəm nə dəyişəcəkdiki? Heç birşey... Ona qarşı nifrətim sevgimdən üstün idi. Məni gördüyündə üzümə baxacaqdımı? Ya da biraz olsun vicdan əzabı çəkib utanacaqdımı?! Xeyr...Vicdan əzabı çəkməyəcək, bəlkədə bir-birimizin qarşısına çıxsaq yolunu dəyişdirəcəkdi...

Artıq hava qaralmışdı, evə getməliydim. Ağır-ağır addımlarla evə doğru yönəldim. Beynimin içində o qədər cavabsız suallar var idiki, illərdir mənə əzab verən.
Əvvəllər Ayazın ailəsi bizdən 3 küçə irəlidə bir evdə yaşayırdılar. Ancaq biz ayrılmamışdan 1 il öncə başqa yerə köçmüşdülər. Onların yaşadığı köhnə binanın qarşısından keçib evə getmək istədim. Binada artıq heçkəs yaşamadığı üçün, o səmtdə insanlar yox idi. Binanın önündə bir daşın üstündə oturdum. Başımı dizlərimə qoyub əlimlə gözlərimi bağladım. Göz yaşlarım boğazımda düyünlənmişdi, bu binanın qarşısında Ayazla o qədər xatirələrimiz var idiki, yadıma düşdükcə gözlərimdən yaşlar axırdı. Mənə qarşı olan bu qədər haqsızlıqlara baxmayaraq hələ də içimi çəkə-çəkə Ayaz üçün ağlayırdım. Özümü toplayaraq ayağa qalxmağa çalışdım, amma bir anda qaranlığ bir boşluğun içərisinə düşdüm, gözlərim yumuldu, dünyam qaraldı sanki. Bir nəfər belimdən tutaraq "özünə gəl gözəlim" dedi...


Oxuyan və fikir bildirən hər kəsə təşəkkür edirəm.♥️

"SƏSSİZ YALAN"Hikayelerin yaşadığı yer. Şimdi keşfedin