BÖLÜM 3

63 9 4
                                    

... İşdə ilk günüm olduğu üçün bu gün evə tez qayıdacaqdım. Mənimlə iş görüşməsinə gələn qız ilə birgə, şirkətin qapısına doğru yönəldik. Tam çıxacaqdıki içəriyə uzun boylu, sarışın bir qadın daxil oldu. Mən bir qadın olaraq xanımın duruşuna və əndamına heyran qalmışdım. Bütün işçilər xanımın gəldiyini görüb onu qarşıladılar. Yanımdakı qızdan o xanımın kim olduğunu soruşdum. O isə cavabında "Şirkətin müdiri Cavid bəyin qızı, Ayla xanımdır" dedi.
İşçilər Ayla xanımı nə isə səbəbdən təbrik edirdilər. Elə bu vaxt yanımdakı qız " Ayla xanım bu yaxınlarda böyük iş adamlarından biri ilə nişanlanıb, bu səbəbdən hər kəs onu təbrik edir" dedi.

Şirkətdən çıxıb artıq evə qayıdırdım, ailəmə işə qəbul olunduğumu demək üçün səbirsizlənirdim.

Bizim yaşadığımız küçədə yeni kitab mağazası açılmışdı. Uşaqlıqdan kitablara çox marağım olduğu üçün yeni kitablar kəşf etməyi sevirdim. Mağazaya daxil olub kitablara baxmağı qərara aldım.
Mağaza çox gözəl dizayn edilmişdi, antik naxışlarla işlənmiş rəflərin içərisinə düzülmüş kitablar, göz oxşayırdı. Ətrafa baxmaqdan, kitablara nəzər yetirə bilməmişdim. Bir neçə kitabın adı və müəllifi fikrimi cəlb etdi. Nəhayət iki kitab seçə bildim. Satın almaq üçün satıcıya boylandım, amma ətrafda heç kəs yox idi. Qəflətən arxadan bir nəfər "kitab almaqmı istəyirsiz?" deyərək səsləndi. Satıcı uzun boylu, əsmər, 24-25 yaşlarında bir oğlan idi. Dağınıq saçları, yorğun qəhvəyi gözlərinin üstünə düşürdü.
"Sizi qorxuzdumsa üzr istəyirəm".
-Xeyr qorxuzmadınız, sadəcə burda heçkəsin olmadığını düşünürdüm.
Əlimdə tutduğum iki kitaba baxaraq:
"Kitab seçiminiz çox gözəl imiş."
-Təşəkkür edirəm, bu kitabları almaq istəyirəm.
Kitabların pulunu ödədikdən sonra, oradan uzaqlaşdım.

Evə çatdım və ailəmə sevinərək işə qəbul olunduğumu danışdım. Onlarda mənim adıma çox sevinmişdilər.

Salonda biraz oturduqdan sonra, yuxarı otağıma çıxdım.
Bu gün yeni aldığım kitabları oxumaq üçün səbirsizlənirdim. Masama keçib kitabları qarşıma qoydum, ancaq hansından başlayacağıma qərar verə bilməmişdim. Masanın üstündən telefonumu götürdüm və işə qəbul olduğum şirkət haqqında araşdırma aparmaq qərarı aldım. Kitabları sonra oxusam heçnə olmazdı.
Biraz araşdırma aparandan sonra, qarşıma şirkət haqqında xəbərlər çıxdı. Xəbərin birində şirkətimizin müdiri Cavid bəyin qızının nişanlanma xəbəri yazılmışdı.
"Böyük şirkət sahibi Cavid Orucovun qızı, həmçinin şirkətin bir hissəsinin sahibi Ayla xanım, ötən günlərdə, "GGP CONSULT" holdinqin sahibi Ayaz Həsənov ilə nişanlanıb. Hər birini ayrı-ayrılıqda təbrik edirik."

Telefon əlimdən yerə düşdü. Bir anlıq dünya qaraldı sanki. "Ayaz Həsənov ilə nişanlanıb" düzgün oxumuşdum deyilmi... 3 il əvvəl məni bir məktubla tərk edən Ayaz, bu gün şirkət sahibinin qızı ilə nişanlı idi...



Oxuyan və fikir bildirən hərkəsə təşəkkür edirəm.♥️

"SƏSSİZ YALAN"Hikayelerin yaşadığı yer. Şimdi keşfedin