Thomas Kurt-cartelin acımasız qatili.12 yaşından bəri xüsusi ustalar tərəfindən fiziki və mənəvi cəhətdən öyrədilmiş bir cani.Qurbana qarşı mərhəmət yox.Onun üçün dünya 3 şeydən ibarət idi:Maşını,silahları və qurbanları.Kölgə ləqəbinin haqqını verən bir qatil idi.1.80 boylarında,iri-yarı,qonur gözləri ilə ovunu sezən,gecəni sehrli toxunuşları ilə qana boyayan bir insan düşünün...
2015-ci il.Chicago.Yay gecəsi.
Kurt:
-"Jason dediyin yerdəyəm.Adamlar çoxdu hədəfi görə bilmirəm.Əminsən ki burdadı ?"
Jason:
-"Tələsmə.Görüş məsafəsinə daxil olan kimi işini bitir.Unutma 1 güllə və 1 ölüm."
Yenə də bir sadə yay gecəsi.Mən,qulaqcıq və sevimli snayperim.Gözəlliklə dolu olan Chicagonun səs küyü,illərin təcrübəsi və səbrli olmağım işimi az da olsa asanlaşdırırdı.Ancaq silahım mənim kimi səbrli olmağı bacarmırdı.Bu dəfə ki hədəf carteldən olan biri idi.Öz payından artığını götürdüyü üçün və əhdi pozduğu üçün cəzalandırılmalı idi.Və cəzası ölümdən başqa bir şey deyildi.Chicagonu hündür mərtəbəli binaların mənə əlverişli şəraiti yaratdığı üçün sevirdim.Villa ilə üzbəüz olan binanın damından şəhər çox gözəl görünürdü. Hədəf evində verdiyi partidən içkili vəziyyətdə terasa çıxmış ətrafı seyr edirdi.Artıq vaxt idi.Atəş açıldıqda isə artıq geriyə yol yox idi.Onun cansız bədəni terasa sərildikdən sonra oradakılar dəli kimi qaçışmağa başlamışdılar.Mən isə artıq Chicagonun qaranlığına qarışmışdım.
Bir insanı öldürmək insanlığı öldürməkdir sözü tamamilə səhvdir.İnsanlığdan kənar şəxsləri aradan götürən zamankı olan rahatlığımin həddi-hüdudu ola bilməzdi.Çünki belə insanların dünyaya xeyrindən çox zərəri toxunur.Bu insanların əlinə qaçaq insan ticarətindən 250 milyon dollar,silah qaçaqçılığından 2 milyard dollar və narkotik ticarətindən isə 56 milyard dollar hər il gəlib keçməkdədir.Bunlar sadəcə işin bir hissəsidir.Qatil-bəzilərinin nəzərində günahsız insanlara sui-qəsd təşkil edərək və bunlardan gələn gəlir ilə öz yaşamını davam etdirən biri idi.Əslində sizin bildiyiniz "qatillər" bir aşağı səviyyədən idi.Pula görə öz ailələlərini belə öldürməyə hazır idilər.
Ay işığı gecəni bəzəyirdi.Artıq evimdə idim.Yay olmasına baxmayaraq hava küləkli idi.Chicago sözünün mənası "Küləklər şəhəri" idi.Bir kitabdan oxuduğuma görə Bakı adlı şəhərlə eyni mənanı verir.Sevdiyim qramofonumdan "Hit the road jack" səslənirdi.Mahnı sədaları altında duş qəbul etmək kimisi yox idi.Güzgünün önündə gəncliyimin və bacarıqsızlığımın miras qoyduğu yaralarımı görürdüm.Mənəvi yaralarla yaşamağa isə artıq öyrəşmişdim.Boş vaxtlarımda atəş təlimindən əlavə kitablarla vaxt keçirməyi sevirdim.Gecə isə beləcə sonlanırdı...
Polis departamenti.Gecə 04:30.
-"Bəli bəylər bu gecə yenə bir günü geridə qoymaqdayıq amma yenə də o şərəfsizi yaxalaya bilməmişik ! Adımızıda özəl hissə qoymuşuq amma bir qatili həbs edə bilmirik.Mən 2 ilimi onu axtarmaqla keçirirəm amma gördüyüm qədərilə burda işləyən təkcə mənəm.Amma bundan sonra belə olmayacaq"
İçəriyə tanınmayan bir şəxs daxil oldu.
Bu Lenny idi.Narkotiklə mübarizə şöbəsinin sadiq leytinantı.Varlı bir ailəsi olmasına və atasının fabriklər zəncirinin olmasına baxmayaraq oturaq işdən və ata pulu yeməkdən əl üzmüş sabiq işçi.1.75 boylarında atletik bədən quruluşlu biti idi.Yaşıl gözləri illəri orada həbs etmişdi.Diplomlar,fəxri fərmanlar,insanlar zəhərlənməsin deyə canını o narkotik laboratoriyalarında riskə atmaq.33 yaşı olmağına baxmayaraq bir çox hünərləri ilə tanınırdı.
-"Bu gördüyünüz şəxs artıq bizimlə çalışacaq.Adı Lenny-dir.Narkotiklə mübarizə şöbəsindən transfer olunub.Üstün taktiki bilikləri və müvəffəqiyyətli əməlliyatları ilə tanınır və mənim təşəbbüsümlə də bu şöbəyə transfer olunub.Bəli Lenny ürək sözlərini söylə və davam edək"
Lenny:
-"Təşəkkürlər Cənab Edvard.Məni bu şöbəyə layiq gördüyünüzə görə minnətdaram"
Edvard:
-"Qısa danışan insanları sevirəm.Nəysə keçək əsas məsələyə.Lenny üçün bir daha təkrar edirəm.Şəkildə gördüyünüz şəxs Thomas Kurt-dur cartelde Kölgə adı ilə tanınır.Bu adamı həbs etmək qeyri mümkün idi taki 2 il bundan öncəyə carteldə olan adamımızı öldürənə qədər.Amma oradan da qaçmağı bacarmışdı.Haqqında məlumat isə azdır.Günlük həyatda tanınmayan bir şəxsiyyət formasında həyatını davam etdirməkdədir.Cartele yenidən adam yollamaqla sizin və özümün işini təhlükəyə atmış olaram.Çünki bu adamda vicdan və mərhəmət deyilən bir şey yoxdur.Əfqanıstanda çoxları ilə qarşılaşmışdım ancaq bu başqa bir şeydir.Bu insanın qanından bir nəfər bəlkədə dünyada yoxdur.Yəni deyəcəyim odur ki cartelin bir əmri ilə bu insan bizi yer üzündən həmişəlik silə bilər..."
Lenny:
-Məncə çox böyütmürsüz Cənab Edvard ?
Edvard stolunun üstündəki şəkilləri Lenny-ə təqdim edərək:
-Lenny bu insanları yəqin ki tanıyırsan.Bunlar sadəcə son 5 ildəki qurbanlardır.İş adamları,loja üzvləri və bəzəndə işimizə yarayan narkotik və silah qaçaqçıları.Bu insanların bir çoxu hətta gizli şöbənin belə əli çatmadığı yerlərdədirlər.Onları bu dərəcədə asan tapan insan bizi burada bir siqaret çəkib qurtardığımız zaman anında belə tapa bilər.Önünüzdəki insanı asan loxma zənn etməyin Cenab Lenny.Amma sizə bir şey söyləmək istəyərdim...
Cənablar bu günlük bu qədər özünüzə diqqət yetirin.Gedə bilərsiz.
Otaqda təkcə Lenny ilə Edvard var idi.
Edvard:
-Lenny bu şöbəyə keçmisənsə bir çox şeyi gözə almalısan.Köhnə işindəki balaca bir evə girib özündə olmayan kriminalları öldürməyə oxşamır bu işdə vurmaqda var vurulmaqda və bunu demək istəyirdim ki bu işdə mənlə birgə çalışmağa hazırsan ? Şöbədən ayrıca olaraq tamamilə od alovun içində olmağa hazırsan ?
Lenny:
-Sizin kimi biri ilə işləmək mənimçün şərəf olardı Cənab Edvard və bu işə özümü tamamilə hazır hiss edirəm...

YOU ARE READING
Kölgə-bir qatilin manifesti.
RandomDİQQƏT ! BU ROMANDA ADLARI KEÇƏN ŞƏXSLƏR, VƏZİFƏLƏR VƏ BAŞ VERƏN HADİSƏLƏR TAMAMİLƏ MƏNİM TƏXƏYYÜLÜMÜN MƏHSULUDUR VƏ REALLIQLA HEÇ BİR ƏLAQƏSİ YOXDUR ! ...1995-ci ilin son günləri.New-york. "Bəlkə də bu il mənə uğur gətirəcəkdi,ancaq artıq əllərim...