Qoca məsləhəti.

111 7 3
                                    

Gözləmək olmazdı.Mike-da evindən götürərək yola düşdük.İntiqam soyuq yeyilən bir yeməkdir amma isti "yemək" daha dadlı olur.Deyilənə görə,"qardaşım" Federal Təhlükəsizlik Bürosu (FBİ-FTB) tərəfindən şahid qoruma qanunu ilə gizli bir evdə qorunurdu.Ən azından dəlillər bunu göstərirdi.Amma onun harada qorunduğu məlum deyildi.Onu isə özümüz tapmalı idik.Bəzi böyük adamları araya saldıqsada heç cür FTB-ə əlləri çatmadı.Çünki FTB birbaşa dövlətə tabe idi.Ancaq bəzi məlumatlara əsasən bunu öyrənmək olardı.Keçmiş FTB agenti olan kapitan Lennon adlı biri var idi və "əli" bir çox yerə "uzanırdı".Onun sayəsində evi tapa bilərdik.Hələlik Tommy-in aldığı məlumatlar bundan ibarət idi.Lennon New-york-da bir bar işlədirdi və həmin barın ikinci mərtəbəsindəki evdə qalırdı.Bu onun bəzilərindən seçilməməsi üçün idi.Gerçək evini isə bilən yox idi.Gecə saat 03:36 idi.Bar qapalı olduğu üçün ikinci mərtəbəyə çıxmalı idik.Amma çox səs-küy ola bilərdi və diqqət çəkə bilərdik.Mike-ın uzun çiyninə qədər tökülən saçları var idi.Ağlıma bir fikir gəlmişdi.Mike üçün bir bandana tapdıq.Küçə qaranlıq idi amma işi riskə ata bilməzdik:

-Bu idi plan Kurt ?
-Mike daha yaxşısı varsa et bizdə görək.Məncə hal-hazırda sənin üçün ən yaxşısı budu.
Tommy gülərək:
-Çox gözəlsiz Mike xanım evə girdikdən sonra mənimlə içki içərsiz ? Hahaha.
-Nəisə Mike.Bu bir işdir.Gecikmədən həll edək.

Mike qapını döydü.İçəridə işıq yandı,biz isə qağının sağ və sol tərəflərində gizlənmişdik:

-Axşamınız xeyir cənab mənə kömək edə bilərsiz ?
-Gecənin bu yarısında necə bir kömək istəyirsiz xanım ?
Mike silahı onun qarnına sıxaraq:
-Belə bir kömək!
Deyərək onu içəri itələdi və bizdə arxasıyca daxil olduq.
Silahlarımızı sifətinə doğrultduq.Tommy:
-Eşitdiyimə görə sənin əlin bəzi yerlərə uzanır.Qoruma proqramına qədər uzana bilir ?
-Nə demək istədiyinizi anlamıram.

Mike silahın lüləsini onun ağzına soxaraq:
-Əlində bura uzanacaq ?! Hə?! Zəng et və qorunma adı olan Bernard adlı bir nəfərin harada qorunduğunu öyrən.Cəld!
Mike silahı ağzından çıxardı.Qoca yerindən qalxaraq Mike-ın "qoruması" altında telefona yaxınlaşdı:
-Alo,mənə mayor Pane-i qoşun.Hə.Alo,Pane necəsən dostum ? Məndə yaxşıyam çox sağol.Mənə qoruma adı Bernard olan bir adamın harada qorunduğunu öyrən.Hə, gerçək adı Lenny.Özümə lazımdı.Şübhə çəkir axır vaxtlar.Gözləyirəm...Avenue küçəsi,7-ci döngə,günbəzli villa.Çox sağol Pane,minnetdaram.

-Qeyd elədin Tommy ?
-Hazırdı çavuş.

Silahı boynuna doğrultaraq tətiyi çəkdim.Arxamızda dəlil buraxa bilməzdik.Mike yerdəki qanı təmizlədi,Tommy və mən isə meyidi zirzəmiyə atdıq.Yerdəki gilizidə götürərək oranı tərk etdik.Bu gecə çox qan axacaq...

Oraya səssiz girmək lazım idi.Ona görədə bazaya qayıdıb səs boğucuları və jiletləri götürməli idik.Hər şey hazır idi.Avenue-ə doğru yola çıxmışdıq.Günbəzli bir villa.Ətrafda çoxlu agentlər olacaqdı.Amma tanrı məni bağışlasın...Küçənin yaxınlığında idik.Maşınları işlək vəziyyətdən çıxardıq.İçəri səssiz girməli idik və həmçinin villanın ətrafında kameralar var idi.İşimiz çətin idi:

-Vaxtımız azdı,Tommy sən arxadan dolan darvazanın qabağına gəl.Mən sol tərəfdə olacam işarət verəndə eyni vaxtda öldürəcəyik.Meyidləri qırağa çəkib.Darvazanı açacayıq.Mike sən sərxoş təqlidi edib içəri girəcəysən.
-Yenə niyə mən ?
-Narahat olma Mike səni qoruyacağıq.Qışqıraraq içəri girəcəysən qorumalardan bir neçəsini çölə gətirməkçün.
-Ya plan alınmasa ?
-Alınacaq,alınmasa biraz səs-küy olacaq başqa heçnə.Onları Tommy həll edəcək.Mən isə darvazanı bağlamaq istəyəni aradan götürəcəm.Bunlar həll olduqdan sonra.İçəri girmək asan olacaq.Sadəcə işıq naqilin kəsib içəri daxil olacağıq.İsa bizi qorusun,gəlin.

Tommy arxadan dolaşaraq darvaza önünə gəlmişdi.İşarəmlə eyni vaxtda atəş açdıq.Mühavizəçilər yerə sərildilər və onları tez aradan qaldırdıq.Darvazanı açdıq və Mike qışqıraraq içəri daxil oldu.Plan saat kimi işləyirdi.Mühavizəçilər onu çölə çıxararkən ikisinıdə cəldliklə aradan götürdük.Darvazanı bağlamağa gələnin isə qanı çoxdan mərmərə dağılmışdı.Həyətə girmişdik.Evin arxasında yerləşən elektrik mərkəzindən cərəyanı kəsdim.Evin bütün işıqları sönmüşdü,kameralar da həmçinin.İçəri girmək vaxtı idi.Mühavizəçilərin işıqları var idi və yoxlamaq üçün elektrik mərkəzinə doğru 2 nəfər gəlirdi.2 güllə və 2 ölüm.Gözəl atış idi.İçəridə isə artıq 2 nəfər qalmışdı.Qapıdan içəri daxil olmuşduq.Hansı otaqda olacağını bilmirdim amma tapmalı idim:
-Tommy üst mərtəbəyə,Mike bu mərtəbə,mən isə aşağı düşürəm.Qulaqcıq ilə əlaqə saxlayarsız.Aşağıda göz-gözü görmürdü.Amma bir qapı digərlərindən fərqlənirdi çünki üzərində kod yazmaq üçün yer var idi və işiğıda yanırdı.Oranı açmaq biraz səs-küyə səbəb olacaqdı.Əl qumbarasını qapıya tərəf atdım amma qapı çox bərk idi.Sadəcə biraz əzilmişdi.Tommy və Mike aşağı gəldilər.Daha güclü təsir lazım idi...Bir əl bombasından güclü nə ola bilərdi ? 2 əl bombası.Qapını açmağa nail ola bilmişdik.Aşağı mərtəbə olduğu üçün yer daşdan idi və azca zərər görmüşdü.İçəri girmişdik.İçərisində yataq,soyuducu və televizor kimi şeylər var idi.Amma o yox idi.Soyuducunun arxasından çıxaraq atəş açdı.Cəldliklə divanın arxasında gizləndik.Həyəcandan bütün darağı boşaltmışdı.Yalnızca biri Mike-a dəymişdi ancaq jilet olduğu üçün çoxda təsir etməmişdi.Divanın arxasından çıxaraq 2 əl atəş açdım.Üzərində qoruyucu jilet vardı.Amma yerə sərilmişdi.Yanına gəldim.Gözlərimə baxırdı.Ürəyim partlayacaqmış kimi döyünürdü:

-Polislər gələcək,Kurt,həll et işini.

Tommy danışırdı amma onu eşitmirdim.Sanki qulaqlarım kar olmuşdu.Öz qanımdan birinə qəsd edə bilməzdim...Tommy yanıma yaxınlaşdı.Gözlərim dolmuşdu.Məni qucaqlayaraq çölə çıxardı.Mike-a isə işarəni vermişdi. O,mənim qardaşım ola bilməzdi.Mənim qardaşım olacaq insan mənə güvənər,məni tanıyardı.Ən azından işinə görə ona güvənən birini satmazdı.
Bu dünyada öz qanımdan olan artıq yeganə insan mən qalmışdım...

Kölgə-bir qatilin manifesti.Onde histórias criam vida. Descubra agora