Partlayış gecəsi.Kurt.
Jason-u bu gün morqa aparmalı idilər.Əgər ölməyibsə hələ də xəstəxanada idi və mən onun ölümündən əmin olmalı idim.Əhdi pozan ölümə məhkum idi.Kim olursa olsun.Əhd isə bu idi:Əgər Carteldən bir nəfər Carteldən olan digər bir adamı satqınlıq,paydan əlavə götürmə,fədailər tərəfindən hər hansı qorunan insanı öldürməyə,hədələməyə və əlavə gəlir əldə etməyi düşünərsə o zaman o adamı öldürə bilərdi.Və Jason mənim tərəfimdən qorunan birindən əlavə gəlir istəyib,onu hədələyərək əhdi pozmuşdu.Ölməli idi. Evimdə yapon tərxunu bitirirdim.Zəhərli bir bitkidir.Onu arsenlə qarışdırıb qoxusuz bir zəhər hazırlayaraq iynəyə doldurdum.Gecə yeni başlayırdı...
Xəstəxananın önü Deanın adamları ilə dolu idi,ancaq işimə mane ola bilməzdi.Jasonun ölümü onlara göz dağı verəcəkdi.Samantha-ya toxunmamalı idilər.Xəstəxananın qarajından lift ilə yuxarı qalxaraq içəri girməliydim.Ancaq hansı otaqda idi ? Lifti gözləyərkən həkim xalatlı biri maşınına doğru irəliləyirdi.Bağışla həkim.Həyatın yox xalatın lazımdır.Bir yumruğa huşu getmişdi.Təşəkkürlər həkim.Xalatın cibində isə cərrah maskası var idi.Gecə həmişə mənə uğur gətirmişdi.Artıq xəstəxanada idim.Cərrah Kurt.Gülməli idi.Xəstəxananın yardım masasından Jasonun otağını öyrəndim.Əgər xəstəxanada idisə,deməli,hələ də yaşayırdı.Bilirdim.Artıq son toxunuşları etmək vaxtı idi və bu toxunuşlardan sonra müharibə başlayacaqdı.Mən və onlar arasında.Otağın önündə 2 gözətçi var idi və talehsizlikdən biri məni tanıyırdı.Geriyə yol yox idi.Qapıya doğru gedirdim.Çatdıqda isə məni tanıyan gözətçi qolumdan tutaraq məni saxladı:
-Hara gedirsən həkim?!
-Xəstəni yoxlamalıyam.Hər 2 saatdan bir baxılmalıdı.Yanıqlar dərinləşməsin deyə.(Yaxşı yalan danışırdım.)
-Keç.Sadəcə 5 dəqiqəlik.
-5 dəqiqəyə onsuzda işimi bitirəcəm.
-Necə?!
-Xeyirli axşamlar.
Otaqda idim.Jasonun hər tərəfi sarıqda idi.Yalnız gözləri açıq idi.Oksigen balonundan nəfəs ala bilirdi.Yazıq balaca Jason.Kölgənin onu cəhənnəm atəşi ilə içinə alacağını bilmirdi.İynə hazır idi.Sistemə inyektə edən zaman Jason oyanaraq məni gördü.Bağırmaq istəsədə səsi çıxmırdı.Əlimi ağzına apararaq:
-Səhərə soyuq morq səni gözləyəcək.Yay fəslində biraz sərinləyərsən.Cəhənnəmdə görüşərik.
Otaqdan çıxaraq qaraja doğru getdim.Və Chicagonun qaranlığında yoxa çıxdım...
Səhərə gümrah oyanmışdım,ancaq görüləcək işlərim var idi.Bu günkü hədəf Bernard idi.Xəstəxana yaxınlığında tələyə özü öz əlləri ilə düşəcəkdi...
Partlayışın səhəri.Lenny.
Lenny səhər xəbərlərini izləyərkən Kurt-un qaldığı binada partlayış olduğunu öyrənmişdi.Jason-un ölüm xəbəri ona təsir etməmişdi,ancaq oradan 2 meyid tapılmışdısa,deməli,Kurt yaşayırdı.Telefon zəng çaldı.Danışan cartelin hospitalından bir həkim idi.Təhlükəsizlik şefi olaraq Lenny öz işinə artıq başlamışdı.Hospitala gəldikdə isə morqa yönləndirildi.Jasonun meyidi gözləri önündə idi.Kurt neçə illik dostunu gözünü qırpmadan öldürmüşdü.Dean içəri girdikdə isə gözyaşlarına hakim ola bilmirdi."Oğlum" deyə qışqıraraq fəryad edirdi:
-Əvvəlcədən səni bu işlərə qoşmamalı idim.Sənə söz verirəm oğlum,qatilinin başını məzarının üstünə öz əllərimlə gətirəcəm.Əhdi pozmağa hazıram oğlum.Bernard bütün qaynaqları səfərbər et.Tap o şərəfsizi mənə!
Lenny-in əlinə fürsət keçmişdi.Əgər Kurt-u tapsaydı onu Dean özü onun yanına gedəcəkdi və polis əməlliyatı ilə həm Dean,həm də Kurt tutulmuş olacaqdı.Geriyə isə Kurtu tapmaq qalırdı.
Hospitaldan çıxdıqda naməlum bir maşından onu seyr edən biri var idi.O,çox keçmədən bunu gördü və maşın ilə onu təqibə başlamışdı.Zənn etdiyi qədərilə bu Kurt ola bilərdi.Maşını izləyirdi.Maşın Chicagonun kasıb bir məhəlləsində dayandı.İçərisindən üzü görünməyən biri düşərək binaya daxil oldu.Lenny Kurt-a addım-addım yaxınlaşırdı.Lenny diqqətlə binaya yaxınlaşdı.Qapını açaraq içəri daxil oldu.Silahını çıxarmaq istədikdə isə soyuq lüləni boynunda hiss edirdi.Arxaya çöndükdə isə Kurt təəccüblü gözlərlə ona baxırdı.Sanki onu tok vurmuşdu.Silahı üzümdən aşağı endirdi.Onu nə isə tutub saxlayırdı.Lenny əlini silaha atdıqda isə üzünə ağır zərbə alaraq yerə uzanmışdı.Kurt heç vaxt qurbanını bağışlamazdı həmdə ovucunun içində idisə...

YOU ARE READING
Kölgə-bir qatilin manifesti.
RandomDİQQƏT ! BU ROMANDA ADLARI KEÇƏN ŞƏXSLƏR, VƏZİFƏLƏR VƏ BAŞ VERƏN HADİSƏLƏR TAMAMİLƏ MƏNİM TƏXƏYYÜLÜMÜN MƏHSULUDUR VƏ REALLIQLA HEÇ BİR ƏLAQƏSİ YOXDUR ! ...1995-ci ilin son günləri.New-york. "Bəlkə də bu il mənə uğur gətirəcəkdi,ancaq artıq əllərim...