Ofisdən evə qayıdanda isə Bernard haqda fikirləşirdim.Qəribədir hardansa xatırlayırdım.Jasonun beləcə tez yeni şef götürməsi təcrübəsizlik əlaməti idi.Təcrübəsizlik ucbatından bir çox şey hədər ola bilərdi.Necə ki 2 il bundan qabaq olmuşdu.
2013-cü il.
Bu il Cartelin ən çətin və qanlı ili idi.Qollar arasında anlaşılmazlıqlar baş verirdi.Əsasda Texas qolu ilə.Texas qolunun şefi Alfierinin silah yolunu bağlamışdı.İcazə verdikdə isə hər gələn konvoydan 20% təzminat haqqı alırdı ki bu da hər ay 1.200.000 dollar itki demək idi.Nə qədər araya adam saldılarsada Texas qolu bronu qaldırmadı.Son çarədə isə işi mənə tapşırdılar.
Texas-qumarxanalar şəhəri və məhşur mafiaların məskəni.Buraya gəlmişkən qumar oymamadan qayıtmaq olmazdı əsasda ortada kiminsə canı varsa...Texas şefinin şəxsi qumarxanasını var idi.Onun yaxınlığındakı zibil konteynerinə silahımı qoydum.Qumarxanaya daxil olduqda üstümü yoxladılar.Ehtiyatlı olmaqda fayda var idi.İçəridə şanfəşanlıq idi.Gözəl qızlar,içkilər,işıqlar,musiqi.İnsan burdan çıxmaq istəmirdi.Amma bir nəfər var idi ki heç çıxmayacaqdı.Qumarxanada elə bir masa var ki, ondan başqa bütün masalar ona qalxan pillələr kimidir.Qumar oyununda rəqibin paltarına deyil gözlərinə fikir verməlisən.Öz rəqibini necə udursa səndə onu elə udmalısan.2 saata yaxın idi ki, burada idim.300.000 dollar,artıq gəlirim var idi.Məni isə masadakının pulu deyil canı maraqlandırırdı.Artıq şefin masasında idim.Qızğın oyun gedirdi bütün masalar oyunu dayandırmış bizi seyr edirdi:
-Yerdəki məbləğ 600.000 dollar.Boss artıq qumarxana hesabınızdakı son puldur.Bankdakı hesabınızı aktivləşdirək ?
-Yox bu oyun artıq mənimdi.Eşidirsən naməlum adam bu oyun mənimdi !
Əlindəki kartları masaya çırpdı.Kartları Full House-u göstərirdi.Ən yüksək kart idi təbii ki mənim kartlarımdan sonra...Royal Flush.Hər kəs şokda idi.Boss təəcccüblü şəkildə:
-Sən.Sən bu işi bacarırsan.Mənimlə otağıma gəl.
(Otaqda)
-Sən məni bu hala salan 2-ci insansan.Son dəfə bu hadisə 1984-cü ildə qumar öyrənəndə olmuşdu.
(Gözüm divardakı qılınca sataşdı.O, əyləşmiş danışarkən mən özümü məşğul göstərirdim.)
-Qılıncı sevdim Cənab bu sizindi ?
-Əlbəttə.Mənə qalib gələnin adın öyrənə bilərəm ?
Stolun arxasına keçərək:
-ƏCƏL!
Son sözümü deyib boğazını üzmüşdüm.Kamera isə çəkirdi.Qapını arxadan kilidləyərək işə başladım.Vaxtım az idi.Qapını qırıb içəri daxil olduqda isə boss arxası onlara dönük onları qarşılayacaqdı amma başsız bir şəkildə.Səhəri gün isə polislər qumarxananın qarşısında dili kəsikərək başına sarılmış bir baş gördülər.Bu "Bossdan" başqası deyildi.Bu mesaj italyan mafiasında:"Acgöz insanlar bədəlini başı ilə ödəyir" demək idi.
Ancaq müharibə davam edirdi.Ofisə gəldikdə isə Dean satqının tapıldığını dedi.Təhlükəsizlik şefi adresi vermişdi özüdə orda olacaqdı.Maşınla dedikləri yerə getdik.Tərk edilmiş bir fabrik.Hər ehtimala qarşı məndən əlavədə maşında 2 nəfər var idi.Gəldiyimiz yer isə çox sakitlik idi.Fırtınadan əvvəlki səssizlik.Maşından düşməmələrini əmr etdim və bu vaxt arxamızda bir maşın peyda oldu.Fabrikin qapısı açıldıqda isə şef gözə görsəndi.Xüsusi təyinat dəstəsi ətrafımızı çevirmişdi.Maşın zirehli olduğu üçün şanslı idik.Maşını təhlükəsizlik şefinin üstünə sürməyi əmr etdim.Onu vuraraq polislərin arasına atdıq.U dönüşü edərək ordan qaçmağı planlayırdıq.Maşının üstünə atəş açılırdı.Məsafə çox olduqda bizdə atəş açmağa başladıq.M4 gilizləri şosseni bəzəyirdi.Burdan çıxış yolu yox kimi idi.Təpəmizdə helikopter və ardımızda bir neçə leş.Lənət gün idi.Dağ yolunda maşınımızı roket atanla vurduqdan sonra dərəyə aşdıq.Gözümü açdıqda isə cartelin gizli sığınacağında idim.Qolumda və bədənimdə yaralar var idi.
Sağalmağa başlamışdım.Alfierinin mənə təşəkkürü axtarışımı sildirməsi oldu.Satqının ailəsi isə...Cartelin komitəsindən onların bağışlanmağını istədim,çünki günahsız insana qəsd etmək təbiətimdə yox idi.
2015...
Olanlar barədə Cənab Dean-a azda olsa xəbər çatmışdı,ancaq oğlunu öldürməyi planlaşdırmırdım,necə deyərlər,iti vurma qorxut.Oğlu Cənab Dean kimi deyildi.Səbrsiz,gözünü pul və güc bürümüş biri idi.Bu isə onu bu dünyada çox saxlamazdı.2 gündən bir axşamlar silahlarımı təmizləməyi xoşlayırdım.Ən azından başımı qatırdı.Bu gün yuxum gəlmirdi.Sanki təhlükəni hiss edən bir canavar kimi oyaq qalmalı idim.Əminəm ki Jason ardımca adam yollamışdı.Bəlkədə adamlar.Bilmək olmazdı.Mən və silahım hazır idim.Ancaq bir bina evində yaşamaq əlverişsiz idi.3 mərtəbəli binada 2 qonşum var idi.Saat 23:55-i göstərdikdə qapı döyüldü.Evimdə işıqlar yanmırdı.Artıq vaxtı idi.Bəlkə də bu son gecəm olacaqdı.
Qapının gözlüyünə atəş açdım qapını açdıqda isə ispaniyalı Alvarezin adamı önümə sərilmişdi.Belimə sanki ağır daş ilə vurdular.Arxaya çöndükdə isə qarnıma 1 əl atəş açıldı.Yerə yıxılmağıma səbəb ola bilməzdi...Kəllə ilə Alvarezi yerə sərdikdən sonra isə darağı üzərinə boşaltdım.Ancaq arxadan açılan atəş məni yerə sərdi.Olanlara qulaq asırdım.Şəklimi çəkərək kiməsə zəng edirdi:
-Artıq ölüdü.Yox.Alvarezi öldürdü.Bəli Cənab Jason önümdədi.
Jason...Satqın şərəfsiz.Dünən ki uşaq məni öldürtmək istəyirdi,ancaq qanlı gülləkeçirməz jilet nömrəsini bilmirdilər.Üzərimdə güllə keçirməz jiley olmasına baxmayaraq Alvarezin gülləsi qarnımı deşmişdi.Alvarezin adamı getdikdən sonra isə yaramı təmizlədim.Jiletimi isə evimdə qoydum.Bura gələcəkdilər meyidi aparmaqçün,ancaq onları sürpriz gözləyəcəkdi.İndi isə gizli evimə getməyin vaxtı idi...
Səhərə yaxın evimdə idim.Bu evi 22 il boyunca çalışaraq qazandığım pul ilə Cartel-in gizli servisindən almışdım.Maşınlarım və silahlarım bu evdə idi.Məndən başqa heç kəs buranı tanımırdı.Hətta Dean belə.
Evi satan isə intihar etmişdi.Evimin altı kiçik bir ordunu dağıtmağa bəs idi.Vinçesterlər,pistoletlər,avtomatlar,snayperlər.
Maşınımı qaraja park etdim.Bir Harley Davidson və Mustang-ım var idi.Bütün həyatım və gəlirlərim burada idi.
Samantha-ya görə narahat idim,ancaq oraya qayıda bilməzdim.Onu incidəcəklərini bilirdim.Televizoru açdıqda isə xəbərlərdə sevindirici mənzərə ilə qarşılaşdım:
-Bu gün Bucktown küçəsində yerləşən 15 nömrəli binanın 2-ci mərtəbəsində partlayış baş vermişdir.Partlayışda iki nəfər həlak olmuşdur.Bunlardan biri George Baldvin biri isə Jason McDean-dır.Partlayış qazdan baş vermişdir...

YOU ARE READING
Kölgə-bir qatilin manifesti.
RandomDİQQƏT ! BU ROMANDA ADLARI KEÇƏN ŞƏXSLƏR, VƏZİFƏLƏR VƏ BAŞ VERƏN HADİSƏLƏR TAMAMİLƏ MƏNİM TƏXƏYYÜLÜMÜN MƏHSULUDUR VƏ REALLIQLA HEÇ BİR ƏLAQƏSİ YOXDUR ! ...1995-ci ilin son günləri.New-york. "Bəlkə də bu il mənə uğur gətirəcəkdi,ancaq artıq əllərim...