Rus ovu.

84 5 2
                                    

Cümə günü idi.Yorğun bir gündən sonra bizi intiqam dolu bir həftə gözləyəcəkdi.Tommy-in sağalması lazım idi,ona görədə onun intiqamınə öz əllərimlə alacaqdım.Cartelin aldığı məlumata görə bu həftə rusların tırlarla narkotik təslimatı olacaqdı.Ağlımda bir plan var idi."Qara Cümə".Amma bunun üçün Bishopdan və böyüklərdən icazə tələb olunurdu.Geyinərək yola çıxdım.Əvvəlcə Tommy-ə baş çəkməli idim.Mariada evdə olsaydı gözəl olardı.Evı çatmışdım.Qapını döydüm.Maria da evdə idi.Maria 1,70 boylarında,qırmızı saçlı və qara gözlü gözəl bir qız idi.Hər insanın belə bir həkimə ehtiyacı vardı:

-Xoş gəlmisiz cənab.Nədənsə keçən dəfə adınızı demədiz.Öyrənmək olar ?
-Thomas Kurt.Qısaca Kurt deyin.
-Maria Cruz.Qısaca Maria deyin.

İçəri addımlayaraq:
-Tommy-in vəziyyəti necədi Maria?
-Yaxşılaşmaqdadır amma 4 gün danışabilməyəcək və 1 həftə dincəlməyə ehtiyacı var.Mafia oyunlarından biraz uzaq durmalıdı.
-Mafia deməzdim sadəcə biznes.
-Can biznesi ? Can alırsız,biz isə qaytarmağa çalışırıq.
-Hər kəsin vəzifəsi var həkim.Əsəbləşməyə ehtiyac yoxdu.
-Bu da sizə Tommy.Heç yerə aparmayın.
-Dostum.Necəsən,özünü necə hiss edirsən ?

Başıyla təsdiqləyirdi.Qulağına əyilərək:
-Narahat olma Tommy.Bu axşam intiqamını alacam.Öz əllərimlə canını alacam o şərəfsizin.Sən rahat ol.

Tommy təşəkkür baxışlarıyla mənə baxaraq məni qucaqladı:

-İndi getməliyəm Tommy.Həkimin sözünnən çıxma.Yoxsa Tanrı qorusun "canını alar".

Maria qapıya qədər mənimlə gəldi:
-Dostuma yaxşı bax həkim,özüvədə həmçinin...
-Çox sağol Kurt.

Gözlərinə baxırdım.Amma getməli idim.Əlimdə olsaydı səhərə qədər baxardım.Qara gözlərində itmək istəyirdim və bu acımasız,gözlərindən belə qara olan həyatımdan uzaqlaşmaq.Getməli idim.Maşına əyləşərək Bishopun yanına yollandım.Əgər bu plana icazə verilsəydi,Yuri də aradan götürülsəydi New-york-da narkotraffikin ruslarda olan 10 faizi New-york qoluna keçəcəydi bu da illik 6 milyard dollar kar demək idi.Bishopun ofisinə qalxmışdım:

-Cənab Bishop olar ?
-Buyurun Cənab Kurt xoş gəlmisiz.Buyurun əyləşin.Siz deməmişdən evvəl istəyirsiniz mən deyim.İlxı işlərindən xəbərim var.
-Cənab Bishop bir planım var bu plan sayəsində Yuri-i çökdürə bilərik və həmçinim bu gün rusların yola çıxacaq bir tır konvoyu var.Borisdə orada olacaq.Əgər narkotaffiki bu qola keçirsək hər il 6 milyard kar əldə edərik.
-Əslinə qalsa Cənab Kurt mən hər şeyin öz leyhimizə işləməyinə çalışıram.Böyüklərdən icazə almışam.Sizə yaşıl işıqdı Cənab Kurt.Planınızı həyata keçirin.

-Təşəkkürlər Cənab Bishop.Bu yaxşılığınızı unutmayacam.

-Buyurun.

İndi isə biraz plan vaxtı idi.Mike,Jax və əlavə 4 nəfərlə bazaya yola düşdük.Lazım olanlar sadəcə polis forması,barrikada,iynələr və silahlar idi.Bazaya çatmışdıq.Otağa keçdik:

-Deməli,hər kəs yaxşı eşitsin.Heç bir səhv istəmirəm."Qara cümə" planı.Planımız budur:Gecə saat 1-də tırlar New-yorkdan,Bronx-a yola düşəcək.Tırlar çöl yoluna girdikdən sonra biz orada barrikada qurmuş olacağıq.Maşınları yoxlama adı ilə saxlayıb narkotikləri tapacayıq.Mən və Mike maşında olacağıq.Bizi tanıyırlar.Siz isə onları şöbə adı ilə maşına otuzduracaqsız.Borisi mənim maşınıma otuzduracaqsız.Jax bu işin başında sən olacaqsan.Tanrı sizi qorusun.

Polis forması və maşınlarında yola düşmüşdük.Heç vaxt ağlıma gəlməzdiki öz fikrimlə belə olsa polis forması geyinəcəm.Amma dostumun intiqamın almalı idim.Çöl yoluna çatdıqda barrikadanı qurduq və 10 metr irəlidə iynələri yerləşdirdik.Hər ehtimalı nəzərə almalı idik.Mike ilə mən maşında gözləyirdik və budur tırlar gəlir.Qulaqcıqdan Jax-ə xəbər verdim.Tırlar yaxınlaşırdı.Tırları saxladılar.Boris birinci tırda idi.Hər şey yolunda görünürdü.Jax çəlləklərin içinə baxırdı.Və birdən "polislər" siıahlarını onlara doğrultdular.Plan saat kimi işləyirdi.Hər kəsi qandallayaraq maşınlara mindirdilər.Borisi maşına gətirirdilər.Mike sükanda,mən isə sağ tərəfində oturmuşdum.Bizi tanımamışdı,amma tanıyacaqdı...3 maşın dalbadal yola düşdük.Ən arxadakı maşın işarə verdiyim yerdən yolunu dəyişərək onları başqa yerə apardı.Boris bunu görmədi.Və sonda edam yerinə çatmışdıq:

-Düşün maşından cəld!
-Что за...? (Başa düşmədim ?)

Sökük evi göstərərək:
-Buların hamısını ora aparın.

Jax,Mike və mən maşından avtomatları götürdük.İçəri gəldikdə hər kəs üzü divara idi.Əlimlə Boris-i işarə edərək çevirmələrini söylədim.

-Bura ilxıya oxşamır hə Boris ?
-Ах,ты подла! (Səni əclaf!) Yuri bundan xəbər tutsa hamınızı tək-tək yox edəcək!
-Əlbəttə,əlbəttə.Amma ilk öncə öz sadiq sağ qolunun meyidin tapmalıdı.Rus atalarının gözəl bir sözs var bilirsən nədi ? Ya da demiyim özün soruşarsan!

Üçümüzdə tətiyi çəkmişdik üzü divara olan hər kəsi və Borisi avtomatlarla qanlarına qəltan etdik.Leş yığını.Telefonumu çıxararaq Borisin şəklini çəkdim.Lazım olacaqdı.Burada işimiz bitmişdi.Qulaqcıqdan o biri qrupunda işi həll etdiyi xəbəri gəldi.Artıq getmək vaxtı idi.3-cü qrup isə maşında qalan narkotikləri italiyalılara təslim edəcəkdi.Bu isə Rus mafiasi və Cartel arasında çaxnaşmanın ilk qığılcımları idi."Qara cümə" baş tutmuşdu.Paltarları bazaya qoyaraq Mike ilə Tommy-in yanına yollandıq.Artıq səhər açılırdı.Açıq olan bir şirniyyatçıdan səhər yeməyi üçün donut və krosanlar aldıq.Evə çatmışdıq.Qapını döydükdə isə Maria açmışdı.Onu yenidən görmək günün bütün yorğunluğun almışdı.Qısaca onu görmək sevindirici idi:

-Xoş gəlmisiz,yəqin ki,əlinizdəki hansısa bir bossun başı deyil hə ?
-Yox səhər yeməklərinə adətən insan üzvü yemirik "xanım" Maria.Bəlkə içəri dəvət edəsiz.
-Keçin "Cənab" Kurt.

Bu qızın kinayəli danışığı məni məndən alırdı sanki.Amma əli qanlı bir nəfəri yəqin ki,heç kim qəbul etməzdi.Tommy oyaq idi.İntiqamını almışdım.Çəkdiyim şəkli ona göstərərək:

-Ödəşdik ?
Məni qucaqlayaraq:
-Ödəşdik,çavuş,ödəşdik...

Danışa bilməyi məni sevindirmişdi.Çənəsi düzəlmişdi artıq.Hər şey əla idi.Maria,Mike,Tommy və mən gözəl bir səhər yeməyi etdik.Sırada Yuri var idi...

Kölgə-bir qatilin manifesti.Where stories live. Discover now