Qız və Şöbə.

215 10 0
                                    

1995.New-york.

Dediyim kimi bu il mənə uğur gətirəcəkdi.Ancaq silahım balaca qıza tuşlanmışdı.Geriyə yol yox idi.Tətiyi çəkdiyimdə qızın arxasındakı arxasındakı FBİ agenti yerə sərilmişdi.O atəş açmadan mən artıq onu yerə sərə bilmişdim.17 yaşım olmasına baxmayaraq pistolet tipli silahlardan sərras atəş aça bilirdim.Bəxtim onda gətirmişdi ki,qız qışqırmamışdı ancaq qulaqlarını tutaraq yerə oturmuşdu.Qıza yaxınlaşaraq saçlarını sığalladım.O,başını qaldırıb mənə baxmaq istədikdə isə artıq orada deyildim.

Arxaya baxdıqda isə evdə işıqlar yanlı idi.Cəsəd tapılmışdı.Bu iş ilk həmçinin də son işim ola bilərdi.Çünki carteldə əhv və mərhəmət yox idi.Məndə də olmamalı idi...
Cənab Deanın evinin önündə idim.Dean carteldə konsiqlyare idi.Və mənidə bataqlıqdan çıxaran insan.Cəzamın verilməsinin onun tərəfindən olmasını istəyirdim.Qapının zəngini basdıqda isə sanki ölüm marşımı oxuyurdu.Qapını qulluqçu açdı.Heç bir şey demədən içəri keçdim.Cənab Dean işığa və səsə görə artıq oyanmışdı.Pilləkanlardan aşağı enərək məni maraqlı baxışlarla süzdü.

Dean:
-Bacardın ?

Kurt səssiz idi.Deanın gözlərinə baxaraq:
-Arxamda iz buraxdım.

Dean:
-Axx Thomas səni neçə dəfə tənbeh etdim ki ehtiyatlı ol.Carteldə sənin seçilməyinçün əlimdən gələni edim sənsə məni onların yanında yanılt.
Geriyə yolun yoxdu Thomas.Bəs iz nədir ?

Kurt başını əyərək:
-Kiçik bir qız.Mənə orda əlavə və də günahsız insanın olacağını deməmişdiz ! Cəhənnəm olsun hər şey.Əgər balaca qızada rəhminiz gəlmirsə..(Silahı Deanın əlinə sıxaraq) Vurun!

Dean Kurt-un başını qımışaraq sıxalladı.Kurt ağlamamaq üçün özünü güclə saxlayırdı.Dean Kurt-u masada əyləşdirərək:

-16 yaşımdan bəri küçələrdəyəm.Həyatın hər üzünü görmüşəm.Narkotika üçün özünü,ailəsini,sevdiyini satanlar.Özünü mafia hiss edib günahsız insanları qətl edənlər.Məndə çox cana qıymışam.Əlimdə çox insanın qan ləkəsi var.Ancaq adam da insani xasiyyət yoxdursa nə qədər etsəndə onu yolundan döndərə bilmərsən.Sənin qurbanında belə biri idi.Gözünü pul örtmüş vicdansız,şəhərdə gördüyü hər qızı zorla əldə edən biri idi.Və cartel onun dalınca özü kimi birini göndərəcəkdi.Ancaq uşağın orada olduğunu bilərək səni oraya yollatdırdım.Çünki nə qədərdə cana qıysan içindəki vicdanın qatili ola bilməyən bir insansan sən.Səni ilk gördüyümdə anlamışdım.Afərin sənə övlad afərin...

Üstündən 20 il keçməsinə baxmayaraq bu hadisə dünənki kimi yadımda idi.Qızın orada olması Dean tərəfindən ört-basdır edilmişdi.Çətində olsa bəzi böyük tanışların araya girməsilə qız FBİ tərəfindən ekspertiza gəlməmiş meşə evində gizlədildi və bir ailəyə övladlıq verildi.

Kiçik Samantha.Balaca qız böyümüşdü.Artıq 25 yaşı var idi.Ailəsinin miras qoyduğu restoranda gününü keçirərək dolanışığını təmin edirdi.Boş axşamlarımda oranın yeməyi ilə özüm özümü valeh edirdim.Ora yeməyi və canlı musiqisi ilə tanınırdı.Və bu axşam gitara ifaçıları orada olacaqdı məndə həmçinin.17 il idiki onu qoruyurdum,ancaq bu məni yormurdu.Özümü ona borclu hiss edirdim,ancaq bilmədiyim bir hiss içimi sarmalamışdı.Onu hər gördüyümdə bir şeylər hiss edirdim.İşimə mane olmasına icazə verə bilməzdim...

İsti axşamın sərin yeməkləri.İsti yeməkləri çox sevməzdim.Rejimimə diqqət yetirməli idim.Gitaranın akkordları ruhuma can verirdi.Samantha isə kassanın önündə idi.İçkimi içərək onu seyr edirdim.Hündür boylu,sarışın,yaşıl gözlü bir qız.Ona qız demək günah olardı.Sanki düz yola qayıtmaq üçün mənə bəxş edilən hədiyyə idi.Ancaq bu yoldan geriyə addım atmaq sonsuzluq çuxuruna düşmək kimi idi.Nə izin tapılardı,nə də sorağın.Telefonda Jasonun zəngini gözləyirdim.Başımı qaldırdıqda isə Samantha önümdə idi.Qatil ola bilərsiz,ancaq hisslərinizin əsla.

Samantha:
-Rahatsız cənab ? Yeni musiqi qrupumuzdan razısız ?

Kurt:
-Təbii ki xanım.Sizin restoranın heyranıyam.Yeməkləriniz ilə insanı heyran etməyi bacarırsız.

Samantha gülərək:
-Buyurun cənab həzz alın.

Kurt:
-Təşəkkürlər xanım.Adınızı öyrənmək olar ? (Artıq tanınmaq vaxtı idi.)

Samantha:
-Samantha McKinze.Bu restoranın sahibiyəm.Sizi buralarda demək olar ki hər axşam görürəm.Siz kimsiz ?

Atanızın qatili...Bu sözü deməyə insanın böyük cəsarəti və ürəyi olmalı idi.Çünki atası ilə olan rəsmini divardan asmışdı.Deməli unutmamışdı...

Kurt:
-Daniel o'Neil.Sadəcə Daniel deyə bilərsiz.

Samantha masaya əyləşərək:
-Tanış olduğuma şadam Daniel.Neçə ildi Chicagodasız ?

Bu gözəl söhbəti davam etdirmək istərdim ancaq Jason zəng edirdi.

Kurt:
-Məni bağışlayın işdə mühüm bir yığıncaq var oraya çağırılıram.Bir dahakı səfərə qalsın.Hesabı ala bilərəm ?

Samantha hesabı gətirən oğlanın qulağına bir şey deyərək yenidən Kurt-a tərəf çöndü:
-Bu dəfə ki hesab bizdən olsun Daniel.

Kurt:
-Amma mən...

Samantha onun sözünü gülərəkdən kəsərək:
-Sizi bir daha burada görmək xoş olardı.

Kurt bunun altında qalmaq istəmirdi ancaq vaxtı yox idi.Masadan gülümsəyərək qalxdı.Öz təşəkkürünü bildirib ofisə doğru yol aldı...

Günorta 14:36.Özəl şöbə.

Edvard ağlında tutduğu planı gerçəkləşdirmək istəyirdi.Artıq Cənab Dean təqaüdə çıxacağını qazet və bəzi radiolarda açıqlamışdı.Artıq qolu çökərtməyin vaxtı idi.Jason işi Dean kimi bilmirdi,başına buyruq biri idi və Edvard bundan istifadə edəcəkdi.Oraya Lenny-i göndərmək istəyirdi,ancaq onun bir ailəsi var idi.Burdan sonrası Lenny-ə qalırdı.

Lenny:
-Bəli Cənab Edvard planınız nədir ?

Edvard:
-Lenny bilmirəm sözümə necə başlayım,ancaq planım budur ki Dean təqaüdə çıxmışkən səni oraya yeni təhlükəsizlik şefi olaraq göndərim.Bu son şansımız ola bilər Lenny.Sənə 12 saat müddət verirəm yaxşı fikirləş və cavabını mənə söylə.

Lenny heç bir söz demədən pərişan halda otaqdan çıxdı.Edvardın onu çağırmasına əhəmiyyət verməyərək maşınına irəlilədi.Sanki kar olmuşdu.Əgər təklifi qəbul etsəydi risk almış olardı həm özü,həm də ailəsi üçün.Əgər polis olduğu bilinsə idi nə onu,nə də ailəsini yaşatmazdılar.Gərgin bir 12 saat...

Ancaq kiçik Sherry-ə hədiyyə almağı unutmamışdı.Sherry artıq ata və ana sözlərin deyə bilirdi.Vaxtına 5 saat qalmışdı,artıq həyat yoldaşı Avril ilə danışmalı idi.Şənlik bitdikdən sonra Lenny yatağa uzanmadı və bir dəfəlik sözə başladı:

Lenny:
-Avril 3 gündür mən özəl şöbəyə transfer olmuşam bunu səndən gizlətdiyim üçün üzr istəyirəm ancaq məni bir işə yollamaq istəyirlər.Bu işdən geri dönməmək riski var.Mən ömrümün azda olsa bir hissəsin zəhərin qabağın almaqla keçirmişəm.Artıq zəhərin yuvası tapılıb Avril.Ancaq bu şəhərdən bir müddətliyinə də olsa getməlisiz.Sherry və sən.Mən oraya getməliyəm.

Avrilin ağlamağını eşitmişdi.Onun üzünü qaldırıb yanağından öpdü və otağı tərk etdi.Getməzdən əvvəl Sherry-in qoxusun doyunca içinə çəkdi və evdən çıxdı.Bu son gediş ola bilərdi ancaq yuva tapılmışdı.

Və şöbəyə çatdıqda isə hər şey hazır idi...

Kölgə-bir qatilin manifesti.Où les histoires vivent. Découvrez maintenant