Tommy-in sərgüzəştləri. (Əlavə hissə)

94 7 0
                                    

Dediklərinə görə atam alman anam isə amerikalı idi.Berlində doğulmuşdum.Uşaqlığımı çoxda xatırlamıram,ancaq 4 yaşım olanda New-york-a köçmüşdük.5 yaşım olduqda isə uşaq parkından məni oğurlamışdılar.Bunları danışanda elə məni oğurlayan insan idi.Gülməli idi.Məni oğurlamaqlarına səbəb isə atamın qumar borcları idi.Cartel adlı bir qruplaşma idi.Ya canını, ya da canından olan birini aradan götürməli idilər.Yaşım az olduğu üçünsə məni öldürməmişdilər.Amma mən məni ailəmdən alan insanı öldürmüşdüm və bunun nəticəsində şefin gözünə girmiş və fədai olmuşdum.Ailəmi axtarmaq istədikdə isə onların bir qəzada həlak olduqlarını öyrənmişdim.Silah təlimləri və döyüş təlimlərini sevirdim.Döyüşçüləri əlimdən ala bilmirdilər.İri-yarı biri idim.Cavanlığda çox yaraşıqlı olmuşam.Xatırladıqca darıxırdım o günlərçün.Saçlarım sarı idi,gözlərim isə qara.New- york qolunda hər kəs mənə hörmət bəsləyir və bir o qədərdə məndən qorxurdular.Hər cür insan görmüşdüm bu yollarda.19 yaşımda isə İraq müharibəsinə muzdurlar dəstəsində getmişdim.Quru qoşunları 141.Ən həyəcanlı günlərim burada keçmişdi.Bir leytinantımız var idi.O öldükdən sonra isə bir nəfəri çavuş təyin etdilər.Chicago qolundan olmalı idi.Məndən 2 yaş böyük idi.Əmr verməyi sevirdi mən isə belə şeyləri sevmirdim.Şəhərə endiyimizin ilk günü gözümə bir qız dəydi çox gözəl idi.Bura gələndən heç belə qız görməmişdim.Tağımdan ayrılıb ardınca getdim.Evin tapdım.İçəridən kimsə çıxdı.O çıxdıqdan sonra içəri daxil oldum.Gözümü şəhvət bürümüşdü.Üzərinə yeridim və ağzını əlimlə tutaraq paltarın cırmaq istəyirdim.Bu vaxt çavuş içəri daxil olaraq mənə yumruq ilə zərbə yetirdi.Ona vurmaq istədikdə isə fəndlə əlimi bükdü.Çox güclü idi.Çavuş Thomas.Bayıra çıxdıqda isə posta qədər məni sürüdülər.Atışmadan şokda idim.Nədə olsa 19 yaşım var idi.Yanımda qopmuş qol görməyə öyrəşməmişdim.Postumuz isə artıq dağılmaq üzrə idi.Artıq qalan darağımı çavuşa uzatdım.Atışmada həyatımı xilas etmişdi.Həmçinin bütün postunda həyatını.Onun köməyi ilə posta helikopter dəstəyi gəlmişdi.Axşam isə şəhərdə baş verəni ştaba bildirməmişdi.Mərd adam idi.Üzr istəmişdim və ona bir can borcum var idi.Və borcumu ona qaytaracaqdımda.Bu hadisələrdən sonra münasibətlərimiz daha da möhkəmləşmişdi.Əsgərlikdən qayıtdıqdan sonra isə əlaqəmiz kəsilməmişdi.Sadəcə işimiz çox olduğundan görüşə bilmirdik.2002-ci ildə əsgərlikdən qayıtmışdım.Sentyabr ayının 10-u idi.Həmin gün axşama qədər şənlikdə olmuşdum.Ancaq səhəri bir bəd xəbərlə açdım.Ekiz Qüllələrə təyyarə dəymişdi.Bir çox can alıcı mənzərələrin şahidi oldum orada.Öz canlarını qurtarmaq üçün binadan tullananlar belə olmuşdu.Bu insanlar günahsız yerə ölməməli idi.Məncə bunlar İraqda olanların əks-görünümü idi.Əl-qaidə adlı terror təşkilatı bunu törətmişdi.Bin Laden.Bəs bu olanları edənlər günahsızmı qalacaqdı ? Məncə yox.

Noyabr ayı idi.Payız yağışı New-york-u bəzəyirdi.Evimə bir zəng gəldi.Carteldən idi.Adres İthaka-da idi.İthaka-da bir ət fabriki var idi.1990-cu illərdə çox gözəl hisə verilmiş ət idxal edirdilər.Amma fabrik 1999-cu ildə isə fəaliyyətini dayandırmışdı.Qurbanlarsa kim idi ? Deyilənə görə,sentyabr hadisələrini törədənlər.Məncə ilk dəfə idiki insan öldürməyə sevinclə gedirdim.
Maşında 4 nəfər idik.Mike və Jake.Digər ikisini tanımırdım.Jake isə maşını idarə edirdi.

-Tom nə düşünürsən ? Dövlətin həll etmədiyi işi bizə nəyə görə tapşırsınlar ? (Jake məni Tom deyə çağırardı.)
-Ya əllərini kirlətmək istəmirlər,ya da buna görə vaxtları yoxdur.Ya da bunun üçün çox bacarıqsızdılar.Hahaha

Maşındakı hər kəs gülürdü.Və birdən atəş açıldı.Jake alnında vurulmuşdu.Bu snayper olmalı idi.Maşın yoldan çıxacaqdı.Sükandan yapışıb maşını idarə etməyə çalışırdım.Maşını yanakı saxlayaraq hər birimiz başqa-başqa tərəflərə qaçdıq.Fabrikin pəncərələrindən atəş açılırdı.Ətraf meşəlik olduğu üçün gizlənmək asan idi,ancaq geriyə bir şey qalırdı:Fabrikə girmək.
Hər birimizin üzərində bir ədəd səs boğuculu pistolet,MP-5 tipli avtomat,partlayıcı və gözyaşardıcı qaz və bir ədəd radio-rabitə telefonu var idi:

-Tommydən hər kəsə,Tommydən hər kəsə məni eşidirsiz ?
-Hər kəs Tommyni eşidir.
-Fabrikin 2 girişi var.Arxa və ön girişlər.Mən arxadan girəcəm.Mike siz ikinizsə öndən.İki tərəfdəndə göz yaşardıcı qumbaraları atacayıq.Hazır olun.İndi.

2 tərəfdəndə içəri daxil olmuşduq.İçəridəkiləri sanki bir göz qırpımında yerə sərmişdik.Gözyaşardıcı həmişə işə yarayırdı.Bura isə müvəqqəti bazaya bənzəyirdi.Divarda ekiz qüllələrin rəsmləri,cızılmış planlar.Bu azda olsa mənə inandırıcı gəlmişdi.Deyəsən, dövlətin intiqamını biz almışdıq.İçimdə bir rahatlıq var idi.Amma Jake-in ölümü məndə yer etmişdi.Onu basdırmışdıq...

Bu illər ərzində isə bir çox qurbanım olmuşdu.2015-ci ildə isə bir xəbər məni narahat etmişdi.Televiziya xəbərlərində Chicagoda bir mənzildə partlayışın olduğu qeyd edilirdi.Bu isə mənim dostum Kurt-un evi idi.Evdə tapılan meyidlər isə qabaqdan gələn müharibənin xəbərçisi idi.Və buna görədə Chicagoya getmişdim.Gizli nömrə ilə Kurt-a bir ismarıc yolladım.Kurt bu nömrəni açdıqda mən onun olduğu yeri biləcəkdim.Həmin günün axşamı tapdığım adresə gedərkən burada bir çaxnaşmanın şahidi oldum.Ancaq hadisəyə uzaqdan baxmaqla yetindim.Kurt-u həbsxanadan məhkəmı salonuna apararkən onları izləmişdim.Və bir neçə böyük dostlarımın araya girməsi ilə edamın yerini və vaxtını öyrənmişdim.Və həbsxanada isə ona rahat bir yer hazırlatdırmışdım.Edamın olduğu gün isə bu gün idi.Mike,Jax və mən katerlə Michigan gölündə yerləşən bu yerə getdik.Gecəni gözləyirdik.Saat 12 idi artıq.Girmək vaxtı idi.Qapıya atəş açaraq onu qırıb içəri daxil olduq və edam otağına isə gözyaşardıcı bir qaz atdıq.Kurt gözlərini açmışdı:

-Səni tapacam demişdim çavuş.Edamı intiqamından sonraya saxla.Hə dostum indi ödəşdik ? Qalx ayağa çavuş gedirik...

Kölgə-bir qatilin manifesti.Donde viven las historias. Descúbrelo ahora