Gerçəklər.

99 7 2
                                    

Məni izləyirdi.Artıq son addımları idi.Binaya daxil olub zirzəminin ağzında gizləndim.İçəri girmişdi.Yuxarı qalxmaq istədikdə silahı başına dirəmişdim.Tətiyi çəkərkən isə başını yana çevirdikdə...Yox bu ola bilməzdi.Bu qədər ildən sonra...Mənə bunu yaşatma tanrım xeyir.Əlim boşalırdı.Ürəyim yerindən çıxacaq kimi idi.Vurmaqdan başqa çarəm yox idi.Ancaq silahın arxası ilə vurub oradan uzaqlaşdım.Maşını isə nömrələrin çıxararaq dəmir zavodunun önünə park etdim.Evə taksi ilə qayıtmalı oldum.Nə olursa olsun fikirləşməli idim bu haqda.


Evə çatdıqda isə soyuq bir duş aldım,ancaq yenə də özümə gələ bilmirdim.Bu yuxumda gördüyüm adam idi.Boynunda isə ləkə var idi.Bəlkə də qardaşım Michael idi.Bəlkə də taleh bizi yenidən qarşılaşdırmışdı,ancaq yanlış yer və zamanda.Əgər o tətiyi çəksəydim güllənin birində özümə çaxmalı olacaqdım.Qardaş qatili ola bilməzdim.Ancaq hisslərimə hakim olmalı idim.Qardaşım olmayada bilərdi.Bu işin izini buraxmamalı idim.Uşaqlar evindən bir şey çıxmayacaqdı.Cartelin informasiya bazasından nömrəsin tapmalı idim.Çoxda çətin olmayacaqdı,çünki Cartelin info bazası bir çamaşırxana idi.Bəli çamaşırxana.Bunu isə Chicago qolunda olan üzvlərdən ancaq mən,Dean,Jason və onların köməkçiləri bilirdi.İnfo baza adi çamaşırxana olaraqda fəaliyyət göstərirdi.Bir pulyığan və 2 müştəri şəklində olan qoruyucu var idi.Gecə isə ancaq bu 3 nəfər olurdu.Gecəni gözləmək lazım idi.İndi isə Samanthanın yanına getmək vaxtı idi.O partlayışdan sonra onunla görüşməmişdim.Həmin məhəlləyə gəldikdə isə restoran bağlı idi.Bu vaxt bağlı olmazdı.Bir şeylər tərs gedirdi.Evinin önünə gəldikdə isə ətraf çox sakit idi.Əlim silahımda qapıya yaxınlaşırdım.Qapının qabağı dağınıq,qapı isə azca açıq idi.Qapını açaraq içəri daxil oldum.Böyük otağa keçdikdə isə hər tərəf dağınıq idi.Cəld o biri otaqlara baxdım olarda dağınıq idi.Yatağ otağında olan çarpayının üstündə bir kağızda yazı var idi:Qızı yenidən görmək istəyirsənsə Edgebrook küçəsində olan 33 nömrəli binaya gəl.17 iyul 00:00-da.

Tarix sabahı göstərirdi.Bu gün Bernard-ı tapmalı və onun kim olduğunu bilməliydim.Samantha isə onun üçün gəldiyimdə mənim kim olduğumu biləcəkdi.


Gecə düşmüşdü.Biraz təmizlik vaxtı idi.Susduruculu silahım və alışqanımla yola çıxmışdım.Yoldan benzin almışdım.Çamaşırxananı mikroblardan təmizləmək lazım idi nədə olsa.Çamaşırxananın önündə dayandım.İçəridəkilərdən yalnız biri məni tanıyırdı.Birdən-birə içəri girərək səs boğuculu silahımla 2-də yerə sərdim.Biri ortalarda görsənmirdi.Ayaqyolundan su səsi gəldi.Silahımı qapıya tuşladım.Qapı açıldıqda iki əl atəş açdım.Bağışla Cloon bunu etməliydim.Koridorun sonunda yekə bir paltaryuyan maşını var idi.Həmin maşını 180 dərəcə və ağ paltarlara tənzimlədikdə paltaryuyanın arxasından bir keçid açılırdı.Gizli keçidə keçdim.Bütün Cartel işçilərinin informasiyaları burada idi.Bernard harada idi Bernard.Aha telefon nömrəsi və adresi burada idi.Adres yox,ancaq nömrə ilə işi həll etmək olardı.Artıq işim bitmişdi.İndi isə çamaşırxananın işini görmək vaxtı idi.Hər tərəfi benzinlə "bəzədikdə"n sonra alışqanı ataraq oradan çıxdım.Bernardı tapmaq vaxtı idi.


Nömrəyə zəng etdim.Telefonu açan Bernard idi:


Bu gecə saat 23:00.Neft buruqlarının yanında ol.Gəlməsən evinə qədər gələcəm.Ya ailən,ya da sən...


Bəzən aldatmaca işə yarayırdı.İşə yaramalı idi.Günahsız insanları öldürmək işim deyildi.Neft buruqları-tək görüş üçün ideal bir yerdir.Yola çıxmaq vaxtı idi.Motosikletimlə buruqlara doğru yola düşdüm.Saat 23:00-a yaxınlaşırdı.Buruqlara çatdıqda isə Bernard orada məni gözləyirdi.Motosikletimi maşının yanında saxlayaraq:


Ailəni düşünürmüşsən.İndi isə gerçəkləri ortaya çıxarmaq vaxtıdır.


Bernard mənə yaxınlaşaraq üzümə baxırdı.Və birdən sifətimə bir yumruq atdı.Yumruq təsir etməmişdi:


Michael...


Bernard sanki daşa dönmüşdü.Mənə doğru yaxınlaşaraq:


-Thomas ?

-Michael bu..Bu sənsən ? Qardaşım ?

-Thomas.


Bir-birimizi qucaqladıq.Onu sonunda tapmışdım.Qardaşım.26 ildən sonra yenidən onu tapmışdım.Amma onun belə işlərə girməsini heç istəməzdim.Onu tapmışdım.Söz verdiyim kimi tapmışdım:


-Sən bu işlərə necə qoşuldun.Axı sən varlı bir ailəyə övladlıq verilmişdin.

-Hər şeyi sənə danışacam qardaşım...


Lenny.

Telefonuma gizli bir nömrədən zəng gəlirdi:


Bu gecə saat 23:00.Neft buruqlarının yanında ol.Gəlməsən evinə qədər gələcəm.Ya ailən,ya da sən...


Bu Kurt idi.Işini bitirməkçün harasa çağırmazdı.Tapardı,gələrdi və öldürərdi.Nə isə öyrənmək istəyəcəkdi.Yarım saat tez getmişdim ora.Və sonunda gəldi:


Ailəni düşünürmüşsən.İndi isə gerçəkləri ortaya çıxarmaq vaxtıdır.


Ailəmi bu işə qarışdıra bilməzdim.Yaxınıma gəldikdə isə yumruqla ona zərbə yetirdim.Təsir etməmişdi.


Michael...


Nə ? Mənim gerçək adımı ailəm və qardaşımdan başqa heç kəs bilmirdi.Boynumdakı ləkə.Məni oradan tanıyacaqdı qardaşım.Thomas... Ancaq mənim qardaşım bir cani ola bilməzdi.O mənim qardaşım deyildi.İllərlə insan öldürən bir şəxsin şizofreniya olması təəccüblü deyildi.Bundan istifadə edib onu sonsuzadək həbs edə bilərdim:


Thomas ?

-Michael bu..Bu sənsən ? Qardaşım ?

-Thomas.


Məni qucaqladı.Yalan danışmalı idim.


-Sən bu işlərə necə qoşuldun.Axı sən varlı bir ailəyə övladlıq verilmişdin?

-Hər şeyi sənə danışacam qardaşım.Varlı bir ailə məni övladlığa götürdükdən sonra bütün sərvətlərini önümə sərmişdilər.Ancaq illegal yolla qazandığı pullar önlərini kəsmişdi.16 yaşım olduqda ailəmi öldürdülər.Mən isə intiqama and içdim.2 il küçələrdə dolandım onları axtardım.Və bir gecə kabus kimi başlarına çökdüm.Və artıq burdayam haqq etdiyim yerdəyəm.

-Tərəfində olduğun adamlar məni satdılar.Mənim tərəfimdə olmalısan Michael.

-Onları necə ata bilərəm axı ?

-O işi mən həll etmişəm.Sənin infoların,artıq onlarda yoxdu.Mənimləsən ?

-Səninləyəm qardaşım.


Məni qucaqlayırdı.Hər şey yeni başlamışdı.Ovucumun içində idi artıq.Kölgəyə gecə kimi çökmüşdüm.Və birlikdə şəhəri seyr edirdik...


Kölgə-bir qatilin manifesti.Donde viven las historias. Descúbrelo ahora