Iraq xatirələri.

110 2 0
                                    

Səhər açılmışdı.Oyandıqda özümü morfinin təsirindən azda olsa gümrah hiss edirdim.Qardaşım getmişdi.2 tərəfli işləmək çətin idi.Tünd bir kofe məni özümə gətirdi.Bu halda heç bir iş görə bilməzdim.Cismi və mənəvi yaralarım məni yerlə bir etmişdi.Dediyim kimi günahsız biri mənim üzümdən ölməməli idi.Bu həyatımda ikinci etdiyim səhv idi.Polis və Samantha...Nədənsə Alfieri və Ramiro öz kəllə ovçularını ardımca yollamırdı.Vaxtında onlar üçün çox iş görmüşdüm.Birdən telefonuma bir ismarıc gəldi:"Gəlib və səni tapacam"

Gizli nömrə idi.Xüsusi komputerimlə nömrəni açdım.Axtarışa verdikdə isə...Bu çoxdandır görmədiyim dostum-Tommy Gunn idi.Zarafatcıl və bir o qədərdə psixopat biri idi.Onunla İraq müharibəsində tanış olmuşdum.New-york qolunda olan qatillərdən idi.Məndən 2 yaş kiçik olduğu və mənədə can borcu olduğu üçün hər sözümə əhəmiyyət verərdi...


İraq 2000-ci il.


İraqda iç müharibənin əsiri olmuşdu.Amerika ordusu demokratiya paylamaq üçün İraq-a daxil olmuşdu.Qüdrətli Amerika.Demokratiyanın beşiyi.Mən və mənim olduğum tağım isə muzdurlardan ibarət bir tağım idi.141 nömrəli quru qoşunları.Burada tam 2 il xidmət göstərmişdim.Özümü burada daha çox təkmilləşdirdim.Üstündə bomba ilə partlayan kim,qumbara ilə üzərimizə qaçan kim.İraq çölləri qan dəryası idi.Günahsız sivil xalqda bunun qurbanı idi.Tanklar üzərində buraya gəldikdə ilk öncə tanınaq deyə qolumuza "Quru Qoşunları 141" şəklində döymə vuruldu.Bundan sonra isə ön cəbhəyə yollandıq.

6 aydan sonra,artıq çavuş idim və tağıma mən əmr verirdim.Leytinant isə ölmüşdü.9-cu ayda tağımla şəhərə endik.Ətraf sakit idi amma insanların bizə necə bir qorxu ilə baxdığının şahidi idim.Heç bir sivil insana silah çəkməmişdim.Ancaq tağımda təkcə Tommy və Jax yox idi.Və Jax qaçaraq mənə tərəf gəldi və:"Cənab çavuş Tommy..." Məni onun yanına apardı.Tommy bir qıza təcavüz etməyə çalışırdı.Tommy-in 19 yaşı olmasına baxmayaraq iri-yarı biri idi.Onu orasan çəkib çıxardım.Və çöldə mücahidlər bizi gözləyirdi.Bizə Kalaşnikov tipli avtomatlardan "xoş gəlmisiz" şənliyi verəcəkdilər.Əlimdəki M-4 mənim kimi hazır idi!Gəncliyimin verdiyi həvəslə birlikdə:"Tağım dağıl!" Əmri verdim. Hər kəs bir tərəfə dağıldığı üçün çaşmışdılar və ətrafa atəş açırdılar.Tommy-ə atəş açdıqda isə onu qırağa itələyərək atəş açdım və atəş açanı yerə sərmişdim.Onları dairəyə almışdıq.Çarpaz atəş ilə çəmbərdən çıxmışdıq.Tommy müharibə şokunda idi.Sürüyərək onu oradan çıxardıq.Post olan təpəyə qalxdıqda isə mücahidlər hücuma keçmişdilər.Bütün ağır tipli silahlardan atəş açılırdı.Bu müvəqqəti bir post olduğu üçün sursat burada az idi,mücahid isə çox.İki darağım qalmışdı birini isə dostuma atdım.Dayanmadan atəş açırdıq.Mərmim bitdikdə isə Tommy birdən yanımda peyda oldu.Mənə daraq uzatdı.İkimizdə birlikdə atəş açırdıq.Artıq mərmilər bitməkdə idi.Pulemyotlarda isə artıq bitmişdi.Radiorabitələrlə dəstək istəyirdik.Dəstək minimum 15 dəqiqəyə gələ bilərdi və bu zaman ərəfəsində bütün post yerlə-yeksan ola bilərdi.Artıq qumbara və gözyaşardıcı bombalardan başqa çarəmiz qalmamışdı.Artıq əlimizdə hər şey bitdi.Mücahidin biri posta yaxınlaşdı və silahını bizə doğrultdu.Və geridə qalanlarda yüksəklikdəki postumuza qalxdılar.Hamımız bıçağlarımızı çıxarmışdıq.Mücahidlər isə gülürdülər.Silahlarını bizə doğru çevirdilər.Mən isə:"Uzanın!" əmri verdikdən sonra təpənin arxasından çıxan 2 "Apaçi" tipli helikopter bütün mücahidləri yerə sərdi.Son anda xilas olmuşduq.Helikopterlər ilə ştaba qayıtdıq.Tommy-in qüsurunu ştaba bildirmədim.Otağımda dincəldikdə isə qapı döyüldü.Tommy içəri daxil oldu:


-Olar gəlim Cənab çavuş?

-Gəl.

-Bu günkü hərəkətim yanlış idi bilirəm,ancaq məni töhmət altında qoymadız Cənab çavuş.Sizə təşəkkürümü bildirirəm.

-Bir daha belə hal baş versə səni mücahidlərə saxlamayacam özüm səni öldürəcəm.

-Sizə bir can borcum var çavuş.

-Bu vətən üçün idi sənin üçün yox...


Tommy ilə tanışlığımız buradan başlamışdı.Müharibədən qayıtdığımızda isə o New-york-a mən isə Chicagoya geri döndüm.Aramızda əlaqə olmasada bir-birimizi itirmirdik.Bu gün isə mənə ismarıc yollamışdı.Zəng etdikdə isə telefona zəng çatmırdı.Maraqlıdır...

Həyətdə biraz gəzdikdən sonra birdən maşınımı xatırladım.Qaraja endikdə isə Mustangım məni gözləyirdi.Qardaşım məni bununla gətirmişdi.Qardaşıma zəng etdim,ancaq onunda telefonu sönlü idi.Dean ona bir şey etsəydi onu parçalarına ayıracaqdım.Yaralanmağım intiqam almağımın önünü kəsmirdi sadəcə biraz geciktirirdi.Yaralarım açıla bilərdi ona görədə biraz daha yatsaydım yaxşı olardı.Çox yatmağı sevən deyiləm,ancaq gücüm qalmamışdı.Yuxuya getmişdim.Və birdən evimin həyəcan siqnalı işə düşdü.Evimin 1 kilometr yaxınlığına detektəedici sensorlar və kameralar yerləşdirmişdim.Gələnlər Dean-ın adamları idi bəs yerimi haradan öyrənmişdilər ? Yox qardaşım ola bilməzdi.Yaralı halda bu qədər insanla döyüşə bilməzdim.Artıq yaxınlaşırdılar başqa çarəm yox idi.Bu aralar hər şey üst-üstə gəlirdi nədənsə.Ciplərlə darvazanı qıraraq həyətə daxil oldular.6 maşın adam var idi.Hər birinin əlində avtomatlar və 3 nəfərin əlində roket atan.Məncə 1 nəfər üçün bu qədər silah sursatla gəlmək dəlilik idi.Həmdə yaralı biri üçün.Dean səsucaldıcıdan qışqıraraq dedi:


-Hə övlad bura qədər imiş.Ya öz ayaqlarınla aşağı düş,ya da ki ordan səni biz düşürdək seçim sənindi.


Geriyə yol qalmırdı.Özüm öz ayaqlarımla təslim olmalı idim.Ancaq hər zaman bir çıxış yolu var...Evimin dəhlizindən yerin altına gizli keçid var idi.Ordan isə 2 yol-biri qarajıma biri isə magistral yola çıxırdı.Magistral yola çıxmalı idim.Yerinaltıynan irəliləyirdim.Artıq atəş açmağa başlamışdılar.Evimə heyfim gəlirdi.Magistral yola çıxdıqda isə onlardan qaçdığımı hesab etmişdim amma yanılmışdım.Daha pisi nə ola bilərdi ? Polislər və SWAT komandası.Magistral yolu bağlayıb taktiki düşərgə qurmuşdulat deməli mənim burada olduğumu çoxdan bilirdilər.Məni qandallayaraq maşına mindirdilər.Bütün komanda evimə doğru yola düşdü.Evimin önünə çatdıqda isə güclü atışma başlamışdı.SWAT komandası ordakı bir çoxunu öldürmüşdü.Qalanları isə təslim olmuşdu.Məni maşından düşürtdülər və Dean-ın cəsədinin yanında dizimin üzərinə çökdürdülər.Dean ölmüşdü.Onun ölümü mənim əlimdən olmamışdı,amma nəticədə ölmüşdü.Maşından 2 nəfər endi.Birini tanımırdım o biri isə...Bu.Bu qardaşım idi! Amma bu necə ola bilərdi?! Məni satmışdı.Həm Dean-a,həm də polislərə.O polis idi.Önümdə nəsə danışırdılar amma onları eşitmirdim sanki qulaqlarım kar olmuşdu.Cismi yox mənəvi yaralarım qanayırdı.Balaca Michael belə etməməli idin! Son gücümü yığaraq cəldliklə ayağa qalxdım və kəllə zərbəsi ilə ona zərbə yetirdim.Burnu sınmışdı.Əsgərlərdən biri qundaqla boynuma vurdu.Gözlərim qaralırdı.Zərbənin təsirindən yerə uzandım."Qardaşımın" yanında yerə sərildim.Buraya qədər imiş.Biraz tətilə ehtiyac var idi.Gözümü açdıqda isə həbsxananın hospitalında idim...

Kölgə-bir qatilin manifesti.Where stories live. Discover now