Ave Maria (Final)

121 7 6
                                    

Böyük gün gəlmişdi.Mariaya evlənmə təklifi edəcəkdim.Səhər yolum bir başa Maria-nın evinə oldu.Qapını döydüm.Maria açdı:

-Nə olub? Səhər-səhər qapını nəyə görə belə döyürsən.Qorxdum ki başqasıdır.
-Səninlə işim var.
-Məni də öldürməyə gəlməmisən ki ? İçəri keç.
-Maria gəl otur.
-Tələsirsən nə olub belə ?
-Maria artıq bu işlərə son verdim.Daha yaxşı bir həyata qədəm qoymağa başlayıram.Heç bir qətl və ya qanlı iş heç biri olmayacaq.
-Sənin adına sevindim,amma bunu mənə nəyə görə deyirsən ?
-Maria yeni həyatıma səninlə davam etmək istəyirəm.Mənimlə evlənərsən ?
-Zarafat edirsən ?
-Səncə ?
-Etmirsən.Bu biraz,necə deyim,gözlənilməz oldu.Açığı içimdə sən barədə hisslərim fərqli idi amma...Səndən zaman istəyirəm.Axşama qədər mənə vaxt ver.
-Zəngini gözləyəcəm...
-Çox sağol...

Evdən çıxmışdım.Axşamı gözləyə bilmirdim,səbrim daralırdı...Bir zəng gəldi.Nömrəni tanımırdım:

-Alo ?
-Sizi narahat edən Bishopdur. Cənab Kurt bu gün saat 19:00-da verdiyim adresdə olarsız.Hələlik...

Qısa və dəqiq...Ətrafa səssizlik çökmüşdü.Ölüm səssizliyi...Məni nəyin gözlədiyini bilmirdim...

6 saat sonra.

Dedikləri adresdə idim.Bura bir maşın satışı mərkəzi idi.Yəni adı elə idi.Amma əslində Cartelin böyüklərinin görüşdüyü yer idi.Bu yaxşı bir şeyə işarə deyildi.İçəri girdikdə isə ətraf səssiz idi.Əlim silahımda içəri daxil olurdum.Qapını açdıqda isə böyüklərin hamısı içəridə idi.Bishop nəyəsə işarə etdi.Dizimdən təpik vurub diziüstə çökdürdülər və iplə boğazımı qavradılar:

-Qanunlara qarşı gəldiniz Cənab Kurt.İcazəsiz olaraq bizimlə ortaq olan bir mafia qolunun bütün adamlarını öldürdünüz.Siz nə cürətlə bunu etdiniz ? Özünüzü müdafiə edin Cənab Kurt.

(Satılmışdım.Rus mafiasının payı New-york qoluna keçmişdi,amma olacaqlar haqda böyüklərə məlumat verilməmişdi.Bishop.Qoca tülkü.Mənim əlimlə özünə kar payı bağlamışdı.Bəs Tommy ? Jax ?)

-Deyiləcək bir söz yoxdur (öskürür).Qanun nədirsə o olsun.
Amma bunu bilinki mən öz 26 ilimi bu yolda fəda etdim.Və anladım ki,heç kimə görə qan axıtmağa dəyməzmiş.Son bir arzum var.Tommy-i çağırın.

Məni tutan adama məni qabağa itələdi.Arxamı çöndükdə isə məni tutan Tommy idi...Bir əlində isə silahım var idi.Yazıq Kurt...Bütün qalaları alınmış sığınacağı qalmayan Kurt.Artıq yolun sonu idi.

-Tommy işini həll et o satqının.

Tommy silahı mənə doğrultdu.Edəcəyim bir şey yox idi...Jax və Terry qapını təpiklə açaraq içəri daxil oldular.Tommy silahı mənə atdı:

-Qaç Kurt,qaç!

Jax və Terry əlindəki avtomatlarla otaqda olan hər kəsi qanına qəltan etmişdi.
Tommy ilə çıxışa yaxınlaşırdıq.Əlimizdəki silahlarla mühavizəçiləri bir-bir "həll edirdik".Qaçaraq kiçik avtobusa oturduq.Jax və Terry-də gəldilər.Tommy qazı tam sıxmışdı.Oradan bacardığımız qədər tez uzaqlaşmalı idik.Tommy maşını bir zavoda sürdü.Heç bir şey demədən zavoda daxil oldu.5 dəqiqə sonra yenidən gəldi:

-Bu saxta vəsiqələri özünüzdə saxlayın.Tətilə çıxırıq bəylər!

Evə gedərək Marianıda götürdük.Və limana doğru yola düşdük:

-Maria cavabın nədir ?
-Bunun nə olduğunu açıqlayacaqsan ?!
-Sən cavabını de hər şeyi Tommy açıqlayacaq.
-Məncə bir "hə" cavabına görə bu qədər şeyə ehtiyac yox idi...
-Səni sevirəm Maria.

Terry və Jax bunun şərəfinə sevinclə qışqırırdılar.Limana çatmışdıq.Qaçaq bir gəmi bizi gözləyirdi.Gəmiyə minən kimi yola düşdük:

-Tommy bunun nə olduğunu açıqlayacaqsan ?
-Kurt,hamısı Bishopun işləridir.Bunlardan mənim belə xəbərim yox idi.Bishop böyüklərə xəbər verməmişdi,bunu mənə dedikdə isə uşaqlarla ona və həmçinin sənə də kiçik bir sürpriz hazırlamağı fikirləşdik.Səni sata bilməzdim çavuş...İndi isə gedirik...Havana adalarına!
Anladığım qədərilə Maria ilə gözlədiyimiz şeyi etdiniz hə ? Hahaha bu iş lap ela oldu.Hər şey bitdi bəylər qanlı işlərdən uzaq bir həyat bizi gözləyir...

1 il sonra.

Kurt və Tommy Havanada-sahildə bir restoran açaraq orada öz sakit həyatlarına başladılar.Kurt və Marianın rəsmi nikahı burada baş tutdu və onların Mike adında bir övladları belə oldu.Jax öz vətəni olan Canadaya,Terry isə muzdurlara qatılaraq Vietnama yola düşdü.Keçmişin qanlı xatirələrini xoşbəxtliyin gözəl günləri yuyub aparırdı...

Kölgə-bir qatilin manifesti.Où les histoires vivent. Découvrez maintenant