Mərmilərlə rəqs.

102 7 0
                                    

Uşaq olarkən bəzi filmlərdə yaxşı adamlar pis adamlardan seçilmək üçün ağ şlyapa taxardılar,pislər isə qara şlyapa.Ancaq indiki dövrlərdə yaxşılar və pislərin rəngi olmur.Mənim dünyamda pislər də,yaxşılar da bahalı və rəngli geyinirlər.Ancaq ağ və qara seçiminə qalsaydı...Mən boz idim.Ortalıqda bir yerdə.Artıq qardaşımı tapmışdım və onu öz tərəfimə çəkməli və birlikdə Chicago qolun çökərtməli idik.Bu asan olmayacaqdı,çünki ortada böyük bir 26 il var idi.Dean isə ortalıqda yox idi.Bəlkə də oğlunun ölümü ilə razılaşmışdı,amma mənim tanıdığım Dean "sevimli" oğlunun intiqamını alacaqdı.Samanthanı xilas etmək vaxtı idi.Mənim kim olduğumu bilə bilərdi,ancaq özümü polis kimi təqdim edəcəkdim.Gecəyə hazır idim.Səs boğuculu silahım,güllə keçirməz jilet və əlavə 2 bıçaq.Bıçağımın birin mənə Ramiro hədiyyə etmişdi.Ballistik tipli olan bu bıçağ düymə ilə 8 metrlik bir məsafəyə atıla bilirdi.

Ay yolumu işıqlandırırdı.Mustangın səsi küçələri öz ağuşuna almışdı.Dedikləri ünvanda idim.Tərk edilmiş köhnə bir binanın sarı işığı küçəni boyayırdı.İşığı yanan təkcə bina bu idi.İçəridə neçə nəfərin olduğu naməlum idi.Ancaq içəridəki səs-küyə qulaq asdıqda gələcəyimdən çoxu xəbərsiz idi.Son dəqiqələrini əylənərək keçirsinlər...

Binanın girişinə yaxınlaşdım ehmalca qapını açaraq içəri daxil oldum.4-cü mərtəbənin önündə bir mühavizəçi var idi.3-cü mərtəbədən atəş açaraq onu yerə sərdim.Qapıya yaxınlaşdıqda isə ikinci silahımı əlimə aldım.Qapını ehmalca aralayaraq içəri göz gəzdirdim.Öndəki otaqda qızğın bir qumar gedirdi.Yemək otağında isə bir nəfər özünə eroin injektə edirdi.İçəri addım ataraq və masada olan 4 nəfəridə cəhənnəmin qapısına yola saldım.Eroin injekte edən isə artıq dozdan çoxdan ölmüşdü.Soldakı otağın qapısını yavaşca açdıqda isə içəridən atəş səsin eşitdim.Yox tanrım bunu mənə yaşatma.İçəri cəld daxil olduqda Samantha...Qanı yerləri "bəzəmişdi".Başımı qaldırdıqda isə önümdə Dean mənə gülümsəyirdi.Atəş açmaq istədikdə isə başıma ağır bir zərbə dəydi.Yox yıxılmayacaqdım! Cəld arxaya çönərək ballistik bıçağımla adama zərbə yetirdim.Bıçaq boğazına girmişdi! Çönmək istədikdə isə Dean məni vurdu.Bir darağı üzərimə boşaltdı.3 gülləni jilet saxlasada 2 güllə bədənimdə idi.Nəfəs ala bilmirdim.Güllənin biri qabırğamda idi.Gözlərim yumulurdu.Yəqin ki buraya qədər imiş.Dean önümə gəldi və silahı alnıma gətirdi:"Bağışla övl..." Sözünü bitirmək istəyərkən polis sirenalarını eşitdim.Dean üzümə baxdı və oradan qaçdı.Polislərin gəldiyinə sevinməli idim yoxsa kədərlənməli ? Məncə sevinməli idim,çünki gələn qardaşım idi.Balaca Michael...Qardaşıma can borcum oldu.Polis sirenası yaxşı bir taktika idi.Artıq gözlərim yumulurdu.Bir qatil ölərkən onun bədəni isti olmalı idi çünki onu cəhənnəm gözləyirdi.Bibliyadan bir hissə yadımda idi:"Oğlunu atəşə qurban verərək falçılıq və sehirə başladı.Və bu tanrını çox qəzəbləndirmişdi."

Ancaq bədənim soyuyurdu.Gözlərim yumuldu...

İşıq gözümə düşürdü.Xəstəxana otağında idim.Güllələri bədənimdən çıxarmışdılar.Rahat nəfəs ala bilirdim.Ancaq əlimdə qandal yox idi.Bəlkə də yenə şans üzümə gülmüşdü,ancaq Samantha üçün bunu deyə bilməzdim.Mənim üzümdən günahsız insanların ölməsinə göz yuma bilməzdim.Onun intiqamını alacaqdım...Qardaşım cəld içəri daxil olaraq:"Birazdan polislər gələcək.Burdan çıxmalıyıq" deyərək üzümü parça ilə örtdü.Sistemi qolumdan çıxardı və artıq heçnə görmürdüm.Yuxuya getmişdim.Qardaşım maşında hara getməli olduğumuzu soruşduqda isə istəmədəndə olsa evimin adresini ona verdim.Maşında yuxuya getmişdim.Gözümü açdıqda isə otağımda həkim nəzarəti altında idim.Tibb bacısını kiməsə oxşadırdım.Saçları isə sarı idi.Üzünü çöndərdikdə isə...Samantha...Göz yaşları üzünün qanlarını yuyurdu və mənə baxırdı.Yuxudan dik atıldım.Bədənimin ağrısı ayağa qalxmağa imkan vermirdi.İdmanında köməyi insana bir yerə qədər idi.Yaş özünü hiss etdirirdi.Sarsılmanın nəticəsində bandajda olan yaram qanamışdı.Gecə düşmüşdü.Mənim həyatım gecələr idi.Səhərlər isə sadəcə əlavə vaxt itkisi idi.Qardaşım otağımdakı divanda yuxuya getmişdi.Sonunda mənim qeydimə qalan biri tapılmışdı.Birlikdə bir çox şeyi bacara bilərik.Qardaşım və mən.Artıq bizim qarşımızı heç kim ala bilməz.Özümüzdən başqa...

Lenny

Kurt-un Samantha üçün gedəcəyini bilirdim,çünki Samantha-ı ora mən aparmışdım.Bunu sadəcə Dean və ordakı adamlar bilirdilər.Planım bununla bitmirdi.Dean ondan intiqam aldığını sanıb onu vuracaqdı və mən gəldikdə isə polislərin gəldiyini hesab edib ordan qaçacaqdı.Kurt yaralanacaq və huşsuzluğun verdiyi hiss ilə və mənə güvəni ilə bir çox şeyi deyəcəkdi buna öz gizli evidə daxil idi.Və bununla Kurtun evinin yerini öyrənmiş olacaqdım.Deanı oraya apardıqda isə həm Deanı,həm də Kurt-u həbsxanaya yollayacam.Hamısı planın bir parçası idi.

Kurtu yaralı halda oradan çıxardım.Onu xəstəxanaya gətirmək asan olmayacaqdı,çünki polislər nə olduğunu öyrənməli idilər.Cərrah dostumdan xahiş edərək onu sağaltdırdım.Və sonunda planın son həmləsi evi öyrənmək idiki onuda özü mənə dedi.Evində sarğılarını sarıyıb divanda yuxuya getmişdim.Səhər oyandığımda isə hələ də yatırdı.Telefonuma 16 zəng gəlmişdi.Deanın yanına getməli idim yoxsa məni satqın zənn edə bilərdi.Ofisə çatdıqda isə Deanın otağına qalxdım.İçəri girdikdə isə üzərimə 3 silah doğrultuldu:

Lenny:

-Hər şeyi açıqlaya bilərəm.

Dean:

-10 saniyən var!

Lenny:

-Kurtun yerini bilirəm.

Dean əli ilə işarə edərək silahları endirtdi:

-Yerin de axşama şənlik var! Hər kəsə xəbər ver Alvarez, tam tərkib gedirik.

-Yaralıdı.O halda nə edə bilərki ?

-Sən onu tanımırsan Bernard.Neçə-neçə yerlərdən canlı çıxıb o.Dediyim kimi hər kəs gələcək və cəsədi hər kəs öz gözləri ilə görəcək!

Ofisdən hiddətlə çıxdı.

"Siqaret" çəkmək üçün küçəyə çıxdım.Ofisdən biraz uzaqlaşaraq Edvard-a zəng etdim və Kurtun adresinin yaxınlığına bütün SWAT komandasını yığmasını söylədim.Ona həm Dean-ı,həm də Kurtu ələ keçirdiyimi söyləmişdim.Hər şey yeni başlayırdı...

Kölgə-bir qatilin manifesti.Donde viven las historias. Descúbrelo ahora