Plan

70 5 2
                                    

Evimdə oyanmışdım.Bunların hamısı mənə sanki yuxu kimi gəlirdi,amma olana çarə yoxdur.Son vaxtlar çox səhvlər edirdim.Bu səhvlər üzündən ətrafımdakı bir çox insan zərər görürdü.Hətta canlarından belə olurdular.Buna son vermək lazım idi.Əgər biz Yuri-ə gedə bilmirdiksə,onda Yuri bizə gələcəkdi...

Tommy kresloda yuxuya getmişdi.Səhər açılmışdı.Dikələrək yatağımda oturdum.Olanları necə açıqlayacağımı hələ də fikirləşməmişdim.Planlardan əlavə öz yaxınımda olan insanları da düşünməli idim.Bura onlar üçün təhlükəsiz idi.Tommydə oyanmışdı:

-Kurt ? Yaxşısan ? Dünən nə olmuşdu ?
-Dünən gecə Yurinin evinə girəcəkdik,amma quşbaz bizi satdı.Mike öldü...
-Zibilə qalsın Kurt! Nəyə görə o yalançıdan məlumat alırsan ? Cartelə nə gəlib ? Bu işlər artıq böyüməyə başlayıb.Bir şey fikirləşməliyik.
-Quşbaz məni satmaz.Kimdisə başqa biridir.Quşbazın yanına gedəcəm əgər orda deyilsə,deməli,satqın odur.
-Özün bilə-bilə özünü tələyə atırsan.Ya Yurinin adamları orada olsa ?
-Orasın getdikdən sonra görəcəyik.
-Məndə səninlə gəlirəm.
-Yox,sən Maria ilə qal.Onu təhlükəyə ata bilmərəm.
-Sən onu təhlükəyə ata bilmirsənsə məndə səni ata bilmərəm.Dedim gedirik.
-Pəncərə və qapı kilidlərin bağla gedək.

Yola çıxmışdıq.Quşbaz əgər məni satmışdısa o quşlar ilə ona məzar düzəldəcəkdim.Gəlib çatdıqda karavan orada idi.İçəri girdikdə isə bütün quşlar ölmüşdü,quşbaz isə ağlayırdı:

-Məni sən satmısan,əclaf ?!
-Kurt,hamısın öldürdülər, görürsən öldürdülər.Sənin üzündən əclaf!

Üstümə tullanıb boğmaq istədikdə isə Tommy ayağına atəş açdı:

-Yurinin oğlunun yerini de canını bağışlayım.
(Kağıza adres yazıb verdi)
-Hər gün axşam saat 11-də burda olur.Adı İvandı.Başqa əlacım yox idi Kurt.Bağışla mə...

Güllə çoxdan beynində yer eləmişdi.Satqınları yalnız Tanrı bağışlaya bilərdi mən yox.Dediyi yer bir tavern idi.Hər gün rus gecələri keçirilərdi.Gənc bir nəfərə görə bura biraz geridə qalırdı.Fikrimcə ölkəsinə bağlə biridir.Əgər oğlunu tapsaydım Yuri özü ayağıma gələcəkdi.
Mike-ı isə yandırıb külünü dənizə atmışdılar.Sülh içində yatsın.İntiqamını almışdım...Amma bu işlərə artıq son vermək lazım idi.Yuri son işim olacaqdı.Özümə söz vermişdim...

6 saat sonra.

Tavern-ə getçmişdik.İçəri daxil olduq.Həm ziyarət,həm ticarət deyə də bilərdik.Yurinin oğlunu tanıyırdım.Tapmaq asan olacaqdı olacaqdı.Saat 11-ə yaxınlaşırdı.Budur içəri daxil oldu.Rusca nəsə qışqırırdı.Qışqırıb qurtarandan sonra isə Rus xalq mahnısı səsləndi və hər kəs oynamağa başladı.Vodka içib oynayan kim,qırmızı rəngdə kələmli sup içib oynayan kim.Yurinin oğluda içirdi,içərək oynayırdı.İçəridə kondisioner də olmasa idi tər iyindən oturmaq olmazdı.Qıraqda oturmuş düzgün zamanı gözləyirdim.İvan birdən qarnını tutaraq harasa getdi.Ayaqyolu olmalı idi.Bu qədər içib oynamağa heç kim dözməzdi.Arxasıyca getdik.Ayaqyolunda heç kim yox idi.Arxadan yaxınlaşıb silahın tutacağı ilə zərbə yetirdim.Yerə sərilmişdi:

-Deməli,Tommy içəridə yanğın alarmı var gedib ona basacaqsan və mühavizəçilərə "dostum yanmaq üzrədi gəlin kömək edin" deyəcəksən.Qəbul etməsələr zorla kömək istə.Uzağı 2 nəfəri içəri-İvanı axtarmağa yollayacaqlar.İnsanlar o panika ilə qaçanda İvanı qapıdan çıxaracam və maşında səni gözləyəcəm.İşlərin həll edib gələrsən.Get.

Tommy getdi.Və birdən siqnal səsi ətrafı bürümüşdü.Qapıdan gizlicə baxırdım.Əla adamlar köməyə gəlmişdilər.Amma...Zibil axtarmaqçün gələn iki nəfər bura gəlirdi.Tanrı günahlarımı bağışlasın.Başqa əlacım yox idi.Qapını açaraq içəri girdilər.Kabindən çıxaraq 2 əl atəş açdım.Siqnalın səsindən heçnə eşidilmirdi.Tələsmək lazım idi.İvanı maşına doğru apardım.Maşına oturan kimi isə Tommy gəldi və oradan işıq sürətilə uzaqlaşdıq.Sırada İvanı ayıltmaq var idi.Bazaya aparıb soyuq duşun altına tutduq və bir fincan kofedən sonra özünə gəlmişdi:

-Кто ты такой ? (Siz kimsiz belə ?) Burda nə işim var ?
-Bunların günahkarı atandı övlad.İndi isə atana zəng elə.
-Heç kimə zəng etməyəcəm.Придурки(Axmaqlar).

Silahı üstünə doğrultaraq:
-Nə dedin birdə təkrarla ?
-Dedim ki,heç ki...

Başının sol və sağ tərəflərindən qıraqlara atəş açdım və silahı başına dirədim:
-3-cü güllə beynində olacaq.

Telefonu uzatdım.Zəng edirdi.Rusca danışa bilməməsi üçün telefonu əlindən aldım:

-Alo,Yuri ilə danışıram ?
-Kimin soruşduğuna bağlıdı.
-Gör kim soruşur.
Telefonu İvana uzatdım.
-Ata,məni tutublar kömək elə,ata.Они...(Onlar...)
-Rusca olmaz İvan,rusca olmaz.Yuri oğlunu görmək istəyirsənsə bu gecə saat 1-də mesajla yazdığım adresə gələcəksən.
-Kurt...Səni amerikan donuzu! Sizi doğulduğunuza peşman edə...!

Məncə bu qədər bəsdir.Jax,Terry və Garry-ə zəng etdim onlarda bazaya gəldilər.Bu son olanlarda məni günahkar kimi görməmələri məni daha da ruhlandırmışdı:

-Mike-ın ölümü hər birimizin itkisidir.Bizi satan adamın bu gün işini həll etdim və sonda "ilan"ın başını əzməyimizə az qalıb.Planı yolda danışacam.Tanrı bizi qorusun.

Plan üçün lazımi "ləvazimat"ları və əlavə 3 nəfər adam götürərək yola düşdük.Adresə çatmağa yaxın hər kəs maşından düşdü və Tommy ilə biz davam etdik.Gəlib çatmışdıq.Biz maşından düşən kimi Yuri də göründü.Qulaqcıqdan:
-Hər kəs hazır olsun.Jax yerini almısan ?
-Jax hazır.
-Terry adamlarınla yerini almısan ?
-Terry hazır.
-İşarəmi gözləyərsiz.Uğur olsun.

Yuri cəld maşından düşərək:

-Oğlum hardadı ?!
-Sakit ol qoca,sakit ol.Tommy.

Tommy oğlunu maşından çıxardı:

-Sən mənim gözümün qarşısında dostumu öldürdün.(Silahı İvanın başına dirəyərək) Bəs mən sənin öz oğlunu gözlərin önündə öldürsəm necə ?
-Sən günahsız insanları öldürmərsən,Kurt.Edə bilmərsən.
-Düzdü edə bilmərəm.Get atanın yanına.
İvan yeriyərək Yurinin yanına getdi.Yuri onu qucaqlayırdı.Əli ilə nəsə işarə etdi.Tommy və mənim üzərimdə lazer nişanları görsənirdi:

-Sizə oğluma görə minnətdarlığımı bildirirəm,ancaq iş ayrı,mərhəmət ayrı.
-Düz deyirsiz...(Sakit səslə:-Jax İvanı tuşla,Terry sıra sizdədi)

İvanın üstündə Jaxın lazer nişanı peyda oldu,Terry və adamları isə qaranlıqdan çıxaraq Yuri və adamlarının ətrafını sardılar:

-Günahsızlara mənim mərhəmətim var,amma Jaxin yox.Jax...

Jax atəş açdı və Yurinin oğlu yerə sərilmişdi.Terry və adamları isə hər kəsi öldürərək Yuri-i qabağımda diz çöktürtdülər:

-Nə olar yalvarıram öldürmə məni,bax hər şeyim sənin olsun hə ? Умаляю (Xahiş edirəm)
-Səninlə mənim aramda fərq bilirsən nədi Yuri ? Sən özün üçün yalvararsan,mən isə sevdiklərim üçün.Mike üçün...

Güllə ilə beynini yerə dağıtmışdım şərəfsizin.Özümü daha yaxşı hiss edirdim.Mike-ın intiqamını almışdım...

2 həftə sonra...

Artıq hər şey yoluna girməyə başlamışdı.Narkotraffik New-york qoluna keçmişdi.Böyüklər araya girərək bütün işləri həll etmişdilər və bunun şərəfinə Bishop ziyafət belə vermişdi.Geriyə son bir iş qalırdı.Maria-ya evlənmə təklifi...


Kölgə-bir qatilin manifesti.Where stories live. Discover now