Tommy-i görmək sevindirici idi.Bu lənətə qalmış zindandan tezliklə çıxmalı idik:
-Çavuş,bunlar Mike və Jax-di.New-york qolundan.Həmçinin dostlarımdı.Burdan Traverse şəhərinə oradan isə hava yolu ilə New-york-a gedəcəyik.Əlavə olaraqda bossun əmri var.Gəl katerə,çavuş.
Artıq zindandan uzaqlaşmışdıq.Polislər artıq oraya çatmışdı belə.Traverse şəhərinə çatdıqda isə artıq sahil təhlükəsizliyi Michigan gölündə nəzarəti ələ almışdılar.Traverse şəhərindən isə helikopter ilə New-york-a yola düşdük.Artıq özümü azadlıqda hiss edirim.New-york-gözəlliklər şəhəri,çox dəyişməli idi,çünki oraya 20 il idiki getmirdim.Xatirə rəfimdən tozlar silinirdi.İlk qurbanımıda burada qətl etmişdim.Çox gözəl xatirələrim olmasada mənim üçün dəyərli olmağı bacarırdılar.Yorğunluq və stressdən olmalı idiki yuxuya getmişdim.Səhəri isə New-york-da açmışdım.Şəhər çox gözəlləşmişdi.Ancaq bəzi işlərim üçün Chicagoya yenidən qayıtmalı idim.İntiqam məsəlçün.Helikopter bir binanın helikopter üçün ayrılmış ərazisinə park etdi.Bu binadan bütün şəhər görsənirdi.Gecə bura daha cazibədar görsənirdi nəinki səhərlər.Üstümdə hələdə məhbus paltarı var idi.Şübhə çəkə bilərdim:
-Tommy bu paltarla hara gedirik ?
-Narahat olma çavuş.Bu bina bizə aiddir.Paltar,ev və silahla təmin olunacaqsan.Və qayıtmağının şərəfinə bir şənlikdə buna daxildir.
-Təşəkkürlər Tommy.Bu yaxşılığını unutmayacam.
-Bu mənim borcumdur çavuş.
-Və birdə mənə çavuş demə Tommy.
-Oldu çavuş.
İraqda olanları unutmamışdı.Sadiq bir dosta hər zaman ehtiyac vardır.Paltarlarımı dəyişmişdim.Qara bir kostyum hər zaman seçimim idi.New-york qolunun şefi Abel Bishop idi.Abel hər zaman öz ağlı və taktiki seçimləri ilə fərqlənirdi.Təmkinli və səbrli bir insan idi.Tələsərək və fikirləşməyərək qərar verməzdi.Orta boy və orta yaşlarında,seyrək saçlı bir insan idi.Məni xoş qarşıladı.Əlimi sıxaraq:
-Cənab Kurt sizi görməyimə şadam .16 ildir ki sizlə görüşmürəm.Chicago-da olanlardan xəbərim var.Əslinə qalsa bunların hamısı Deanın acgöz oğlunun qəbahətləridir.Polis Chicago qolunu çökürtmək üzrədi.Ancaq dəlilləri yox etmək üçün adam yollamışıq...
-Bağışlayın Cənab Bishop,ancaq o dəlillər mənə lazımdır.Həmin o polis mənı lazımdır.Bildiyiniz kimi satqınlara qarşı mərhəmətim yoxdur.
-Yorulmadan çalışırsız Cənab Kurt.İstəyiniz yerinə yetiriləcək və ehtiyacınız olan hər şey.Bəs siz Cənab,bizimlə çalışmağa razısız ?
-Bildiyiniz kimi mən illərdir Chicago qoluna xidmət edirəm,ancaq bu xidmətlərim təkcə Chicagoya deyil Cartelədə mənsubdur.Razıyam Cənab Bishop.
-Çox gözəl Cənab Kurt.Tommy,artıq yeni üzvümüz və köhnə dostumuzu dincəlməyə apar və yeni "ləvazimatları" ilə tanış et.New-york öz gözəllikləri ilə gözümü bəzəyirdi.Çox acımışdım.Evə çatmışdıq.Evim New-york-dan biraz kənarda bir villa idi.Hətta hovuzu belə var idi.Evə ilk girdikdə isə qaraja baxdım.Qarşımda gözəl bir mənzərə var idi:2014 buraxılışlı bir Camaro və Harley Davidson İron 883 tipli motosiklet.Bundan gözəl nə ola bilərdi ? Təbii ki silahlar.İçəri girdikdə isə Tommy mənə bir çanta təqdim etdi.Çantanın içində isə iki ədəd Colt 1911 tipli tapanca,bir ədəd Kukri tipli bıcaq,gülləkeçirməz jilet və silahlar üçün qobur var idi. Tommy ilə sağollaşdıqdan sonra isə yemək yeyib yatağıma uzandım.Hər şey yolunda gedirdi amma onu tapmalıydım."Qardaşımı".Mənə belə zərbə vuran heç bir zaman olmamışdı və olmayacaqdıda.Nəysə bunları düşünmək üçün artıq gec idi,çünki hamısı mənim səhvim idi.Və bu birdə olmayacaqdı.Biraz yuxu məni özümə gətirərdi.
Axşam saat 8 idi.Tommy-in zənginə oyandım:
-Mən səni belə çox yatan bilməzdim çavuş.Hahaha.
-Elektrik stulunda olan mən idim sən yox.
-Haqlısız çavuş.1 saatdan sonra Allen küçəsində yerləşən Upside adlı barda olun.Əylənməyə bizimdə haqqımız var ele deyil ?
-Bəlkə bu gün olmasın Tommy ?
-Bu gün olmasa heç bir zaman olmayacaq çavuş.Bu gün bizim günümüzdü.Qayıdışının şərəfinə çavuş...Telefonu söndürərək sözümü ağzımda qoymuşdu.Bəzilərinin bir çox həssas yeri vardır.Ailəsi,sevdikləri və ya silahı kimi.Tommy-in isə "həssas yeri" əyləncə idi.Bir gün bu "həssaalığı" başına bəla açacaqdı.Hazırlaşmaq vaxtı idi.Qarderobdan sadə bir geyim seçdim.Qara şalvar,səma mavisi köynək və jilet.Və hər ehtimala qarşı bir silah.İron 883-ün səsi küçələri məst edirdi.Qulağımıda həmçinin.Harley Davidson hər zaman seçimim idi.Upside çatdıqda isə Tommy orada məni gözləyirdi:
-Səni heç belə görməmişdim çavuş,gecənin qəhrəmanı siz olacaqsız əmin olun.
-Sadəcə biraz içki içib qayıdacayıq əlavə şeylərə ehtiyac yoxdu və içəridə mənə çavuş demə.Tommy gülərək:
-Oldu Cənab Kurt.İçəridə musiqidən bir-birimizi eşidə bilmirdik.Bu qədər səsə və işıqlara ehtiyac yox idi məncə.Tequila hər zaman seçimim idi.Əyləncə mənə görə deyildi,ancaq Tommy rəqs etməkdən özünü itirə bilərdi.Rəqs,qızlar və pul onun üçün önəmli şeylər idi.Amma onlardanda önəmlisi onun sadiq olması idi.Mənə və özünü mənəvi cəhətdən borclu hiss etdiyi bir çox adama.Yəni Tommy duyğusuz bir əzələ yığını deyildi.Amma bəzi şeylər sanki yolunda getmirdi.Sol tərəfdən 2 nəfər Tommy-ə baxaraq telefonla danışırdılar.Səsdən nə danışdıqlarını eşidə bilmirdim.Və oynayan qızlardan biri isə Tommy-in üzərində gözləri ilə sanki nəsə axtarırdı.Bəlkə də zərbə yetirmək üçün bir yer.
Əlim silahıma doğru gedirdi.İnsanların çoxluğundan nişan ala bilməzdim.Yerimdən qalxaraq Tommy-ə tərəf getdim.Bəlkə də mənə elə gəlirdi tələsmək lazım deyildi.Ancaq lazım imiş.Qız cibindən bir bıçaq çıxardı.Vurmaq istədikdə isə qızı yerə sərmişdim.Silah səsi hər kəsi qorxutmuşdu.Dəli kimi qaçırdılar.Tommy silahını çıxarmışdı.Bəlkə də elə bunu gözləyirdi.Ətrafa baxdıqda isə telefonla danışanları görmədim.Qız yatalı idi:-Əmri kim verib ?! Cavab ver əmri kim verib ?!
-Boris.Boris İvanoviç.Tommy əsəbi idi.Qızı əlləri ilə boğmaq istədikdə isə onu ayırdım.Polislər gəlməmiş buradan getməli idik.O,maşınla mən isə motosikletlə oranı tərk etdik.Yolda isə işıqla saxlamağına işarə etdim:
-Bunlar kim idi Tommy ?
-Uzun hekayədi.
-Vaxtdan bol hələki əlimizdə heçnə yoxdu.Danış.
-6 ay bundan qabaq Jax və bir neçə adam ilə qumarxanaya getmişdik.Həmin dedikləri Borisdə ordaydı.Rus mafiasından Boris.Yurinin sağ qolu və bacısı oğlu.Aramız yaxşı deyildi amma pisdə deyildi.Sadəcə mən içkili idim.Və birazda əylənmək istəyirdim.Borislə eyni masaya əyləşdim.Yarım saata 130.000 dollar ziyana salmışdım onları.Oyun 1 saat 30 dəqiqədə əlavə davam etdi.Mən 54.000 tək Boris isə 340.000 uduzmuşdu.Mənə hiyləgər dedi.Mən isə bu sözə görə qumarxanada,hər kəsin gözü qarşısında adam zoru ilə qumar fişini ona zorla yedizdirdim.Təbii ki orada başqa böyüklərdə mövcud idi.Boss bundan xəbər tutduqda isə mənə heç nə deməmişdi çünki ruslarla silah alış-verişin dayandırmışdı.Yuri aranın qarışmasına icazə vermədi və Boris-ə heç ne etməməyi əmr etdi.Məncə bunları Yuridən xəbərsiz edir.Dünənki uşaq böyüyüb.
-Məncə Yuri-ə bunu deyək cəzasını özü versin.Əgər öz başımıza nəsə etsək müharibə başlaya bilər.Bishopda bunu bilməlidi.
-Məndə bunu fikirləşirdim.Tommy-ə zəng gəldi.Kimdən olduğun bilmirdim amma mənə baxaraq gülümsəyirdi:
-Hazırlaş çavuş bu gecə polis ovuna çıxırıq.Satqının yeri tapılıb.Ruslar gözləyə bilər...
İntiqamım soyumadan təqdim edilmişdi.Gecikmək olmazdı...
ESTÁS LEYENDO
Kölgə-bir qatilin manifesti.
De TodoDİQQƏT ! BU ROMANDA ADLARI KEÇƏN ŞƏXSLƏR, VƏZİFƏLƏR VƏ BAŞ VERƏN HADİSƏLƏR TAMAMİLƏ MƏNİM TƏXƏYYÜLÜMÜN MƏHSULUDUR VƏ REALLIQLA HEÇ BİR ƏLAQƏSİ YOXDUR ! ...1995-ci ilin son günləri.New-york. "Bəlkə də bu il mənə uğur gətirəcəkdi,ancaq artıq əllərim...