141.

107 5 1
                                    

Chicago dövlət həbsxanası.Daha yaxşısı ola bilməzdi.Burada olan edam növləri insanı ya da bir canini-siz hansısınızsa rahat bir şəkildə cəhənnəmə yola salırdı.Burada məni nəyin gözlədiyini bilmirdim,ancaq həbsxanadakı muzdurların (onlara polislərdə daxil idi) məni rahat buraxacaqlarına inanmırdım.2-ci gün artıq öz kameramda idim.Səhərlər və axşamlar 2 qara çörəklə su verirdilər.Sifarişlə edilmiş bir şey idi.Yalnızca günortalar yaxşı yeməklər olurdu.Yaxşı dediyim isə qara çörəyə nisbətən yaxşı idi.Günortalar yeməkxanaya getməyə səbəb isə məni daha yaxşı öldürmək üçün planlaşdırılmış bir şey idi.Müvəqqəti bir üsyan və əldə düzəldilmiş bıçaq ilə ölüm.Heç kim belə bir ölüm istəməzdi və artıq günorta idi.Hər kəs polis nəzarəti altında yeməkxanaya enirdi.Pilləkanlarda bir nəfər gözümə sataşdı.Mənə baxırdı.Saçları qısa olduğu üçün əvvəlcə tanımadım,ancaq bu Birkin-dən başqası deyildi.Onun ləqəzi qız idi.Qız Birkin.Saçları uzun və yeriyişi qıza bənzədiyi üçün ona belə səslənirdilər.Psixopat,günahsız insanlara əzab verən biri.Yeraltı dünyasında qatillərin üz qarası.Onu xoşlamırdım,onunda məni bəyəndiyini deyə bilməzdik.Muzdur o ola bilərdi.Ancaq heç bir şeyi bilmədən hərəkətə keçmək üçün tez bir zaman idi.Yeməkxanada hər kəs mənə baxırdı.Və birdən bir nəfər qara dərili birinə zərbə endirdi.Qurma üsyan başlamışdı.Belə hallarda yeganə üsul məcmeyini(podnos) bir əllə arxadan tutub özünü divara qədər qorumaq və arxanı divara verərək hədəfi gözləmək.Düşündüyüm kimi oldu.Birkin əlində əldə düzəldilmiş bir şiş ilə üstümə yeriyirdi arxasındada 1 nəfər.Birkinin boyu mənim boyumla eyni idi.Bıçağla zərbə yetirmək istədikdə özümü zərbənin soluna ataraq qolunu burdum bıçağı isə əlindən almışdım.Birkin yaşlaşmışdı.Arxasındakı adamı isə məni vurmaq istəyəndə bıçağı ayağına batırdım.Ətrafı xaos bürümüşdü.Birkinin boynunu qırmaq istədikdə isə polislər gələrək mənə elektroşok verdilər.Şokun dozasından özümü itirdim.Ayıldıqda isə əllərim divara bağlı halda qaranlıq bir yerdə idim.İçəri axsayaraq biri daxil oldu.Bu bıçağladığım adam idi və əlində bir bıçaq var idi.Üz-üzə dayanmışdıq.Əllərim bağlı olmasaydı mənə belə "qəzəbli" baxa bilməyəcəkdi.İlk zərbə qarnıma gəldi.Ardıcıl yumruqlar.Üzümə və qarnıma.Bir gözüm artıq qan çanağı olmuşdu.Bıçağı açaraq qarnıma yaxınlaşdırdı.Buna icazə verə bilməzdim.Təpiklə bıçağı batırdığım yerə zərbə endirdim.Qışqırtısı hücrəni götürmüşdü.Ayağımı qaldıraraq boynuna saldım.Və fəndlə boynunu sındırdım.Özümü çox rahat hiss edirdim,ancaq üzüm göynəyirdi.Bu hadisədən sonra məni 1 həftə burada ac saxladılar.Suya isə bəzən tüpürürdülər.Susuzluğa öyrəşmişdim,ancaq bədənimin kondisiyası aşağı enməkdə idi.Artıq öz hücrəmə qayıtmışdım.Hər gün günortadan sonra hücrələrə kitab paylanırdı.Burda gün keçmək bilmirdi.Hadisədən 3 gün sonra gecə yatarkən məni hücrədən çıxardılar və qazanxana kimi bir yerə gətirdilər.Ətrafda 4 polis məni çəmbərə almışdı.Birkin çəmbərə daxil oldu.Qaydalar isə sadə idi.Döyüşü qazanan rəqibin canını əlinə alırdı.Döyüş başladı.Ən yaxşı müdafiə hücum idi.Mənə wing-chun öyrədilmişdi.Yaxın döyüşdə rəqib tanımazdım.Ancaq Birkin-də məndən geri qalmazdı.Ardıcıl yumruqları üzərimə yağdırırdı.Və sonda sifətinə yumruqla zərbə yetirdim.Sinəsinə ardıcıl yumruqlar nəfəsini kəsmişdi.Təpiklə ayaqlarına vururdum.Və dizi üstə çökmüşdü.Boynunu əllərimim arasına aldım.Və onun ruhu qazanxananı tərk etmişdi...

Polislər məni yeməkxanaya apardılar.Bütün yeməklərdən önümə düzdülər.Polislər:"Müdürdən hörmətlə" deyərək başımda nöbət çəkirdilər.Gecə isə belə sonlanırdı.

Artıq yeni hücrəyə keçmişdim.Öz ayaqyolusu,çölə açılan nəfəsliyi və hər gün normaı yemək.Deməli hədəf mən yox Birkin idi.Heyif o "qızdan". Bu gün isə məhkəməm idi hökmüm oxunacaqdı.Çünki evimdə tapılan sursatlar,cartelə aid məlumatlarım və rəsmi sənədlərdə 9 ədəd leşim var idi.Chicago qanunlarına görə məni elektrik stulu gözləyirdi.Məndə onu gözləyirdim desəm yalan olardı.Çünki intiqamım hələdə isti idi.Ömrümün son günləri idi artıq.

Kölgə-bir qatilin manifesti.Dove le storie prendono vita. Scoprilo ora