Vodka.

95 5 5
                                    

Dünəndən bəri özümdə deyildim.Səhərə qədər içki içmişdim,amma unuda bilmirdim.Özümü bu qədər aciz hissetdiyim yalnız uşaq vaxtı olmuşdu.Canilərə qənim kəsilən öz hisslərinin qarşısında diz çökürdü.Hər bir insanın çətin anında dostlarına ehtiyacı vardır...
Qapı döyülürdü amma qapını açmağa belə həvəsim yox idi.Amma qapı açıldı.Gözlərim zəifləmişdi,deyəsən,gələn Tommy idi.Sadiq dostum.Məni qaldıraraq hamama apardı soyuq duş ilə başımı yudu.Həmiçinin quruladı da.Və isti bir kofe verdi.Artıq özümə gəlirdim:

-Tommy nə istəyirsən ?

Tommy sifətimə yumruq vuraraq:
-Sən bir satqını öldürmüsən qardaşını yox! Özünü depressiyaya girmiş qızlar kimi aparma! Özüvə gəl,görüləsi işimiz çoxdu.
-Anlamırsan Tommy.
-Çox yaxşı anlayıram.1 saat içində hazırlaş gələcəm.

Heçnə demədim.Özümə gəlmişdim amma heç bir şeyə həvəsim yox idi.Bunu mən etmişdim.Özümdə cəzasını çəkməli idim.Ən yaxşısı biraz baş qatmaq idi ona görə də Tommy ilə getməli idim.Kostyum,jilet və silah.Tommy-də gəlmişdi.Əlini çiynimə ataraq:

-Yaxşısan çavuş ?
-Narahat olma Tommy özümdəyəm.Gedək rusları ziyarət edək.Ən azından vodka içmiş olarıq.

İkimizdə gülürdük.Mike maşında gözləyirdi.Maşına əyləşən kimi isə Yuri-in evinə doğru yola düşdük:

-Tommy,Bishopla danışmısan ?

-Narahat olma Kurt.Hər şey hazırdı.

Evə çatmışdıq.Buraya ev demək olmazdı.Bura başqa bir şeydir.Qəsr və ya qala demək olardı.Qapıda mühavizəçilər var idi.Mike mühavizəçilərə:

-Cenab Yurinin gələcəyimizdən xəbəri var.

Mühavizəçilər rusca bir şeylər danışırdılar:

-Keçin Cənab Yuri sizi gözləyir.

Maşını içəri sürdük.Mühavizəçilər silahları axtararaq bizdən aldılar.Sadəcə söhbət üçün gələn birilərinin üstünü axtarmaq yaxşıya əlamət deyildi.Amma hər zaman köynəyin biləkliyində bir bıçaq gəzdirərdim.İçəri girdikdə isə bizi qulluqçular Yurinin yanına apardılar.Otağının bir hissəsində rus vodkaları,bir hissəsində isə ağ-qara şəkillər var idi.Şəkillərdə bığlı,ağzında qəlyan olan biri var idi.Və Borisdə otaqda idi,Yurinin sağında dayanmışdı.Kresloda əyləşdik Mike isə ayaqüstə idi:

-Cənab Yuri.

-Cənab Kurt buyurun oturun.İvan qonaqlarımıza vodka süz.

-Cənab Yuri sizi narahat etməyimizi məğrur görün,ancaq yəqinki olanlardan xəbəriniz var.

-Bəli Господин (cənab) Kurt.Amma ilk öncə gəlməyinizin şərəfinə bir vodka içək.

Vodkalar süzülmüşdü.Yuri ayağa qalxdı.Həmçinin bizdə:

-Sizin sağlığınıza Cənablar.На здорове(sağlığa).

İçib oturduqda isə Mike özündən gedərək yerə yıxıldı.Ayağa qalxmaq istədikdə isə adamlar arxadan kəndirlə boğazımızdan yapışdılar.Çıxa bilmirdik.Bu tələ idi:

-Mənim yaxınımı insanların arasında alçaldacaqsız və sonrada utanmadan evimə gəlib onu mənə şikayət edəcəksiz ? Придурки (axmaqlar).İlxıya aparın bunları davamın Boris həll edəcək.

Tommydə özündə deyildi.Mənə isə silahla vuraraq huşumu itirtdilər.Üzümə su tökdülər.Gözümü açdıqda ilxı kimi bir yerdə idim.Üfunət bir iy var idi.Ağzıma isə qan yığılmışdı.Yumruqla ayıltmaq alınmamışdı deməli.Məni Mike ilə çiyin-çiyinə oturtmuşdular.Tommy isə qarşımda idi.Boris içəri girdi əlində beyzbol sopası və fişkalar var idi.Nə olacağını azda olsa anlamışdım:

Kölgə-bir qatilin manifesti.Where stories live. Discover now