Yığıncaq başlamışdı.Şəhərin bütün qurdları burada idi.Böyük və kiçik bütün qolların üzvləri.Alfierisindən tutmuş Eddy-ə qədər.Və təbii ki Cənab Dean.Həzin musiqinin səsini Cənab Deanın açılış nitqi pozdu:
-Bəli cənablar bu gün sizinlə artıq son görüşümdü.Məncə təqaüdə çıxmağın tam vaxtıdır.Və bildiyiniz kimi bu görüşümüzü də buna həsr etmişik,ancaq bir məsələ də var ki,vəliəhdimin kim olduğunu bilməlisiz.Oğlum Jason yanıma yaxınlaş.Bundan sonra mənim davamçım Jason olacaqdır.Mənə olan rəftarınızı ona da sərgiləməyinizi xahiş edirəm.Paylar əvvəlki kimi bölünəcək.Ancaq ilk ay işin 45%-in biz götürəcəyik yeni ailənin qurulması şərəfinə.Razısız cənablar ?
Sözünü bitirdikdən sonra isə masanın qoca qurdları əsəbi və təmkinsiz görünürdülər,ancaq hər kəs bir ağızdan razı olduqdan sonra onlarda kütləyə uyğun hərəkət etməli idilər.İnanıram ki,Jason işin öhdəsindən gələ biləcəkdi.Əhdə sadiq qalana qədər əlbəttə ki.
Evə gecə çatdım.Gözəl bir duşdan sonra isə yatağıma uzandım.Nədənsə ağlımda qarışıq fikirlər var idi.
Bura bağçaya bənzəyirdi.Yellənçəklər,sürüşkənlər və oyun parkı.Gözəl günəşin altında çəmənlikdə 2 uşaq var idi.Önümdə isə başqa bir adam.Deyəsən məni görmürdü.Qara bir maşın yaxınlaşaraq uşaqlardan birini apardı o biri uşaq isə nə qədər etdisə də ona çata bilmədi.Naməlum adam o uşağın arxasıyca addımlayırdı,mən isə uzaqdan seyr edirdim.Uşaq yol ayrıcına çatdığında isə bir yük maşını...
Yuxudan dik atıldım.Ürəyim sanki yerindən çıxacaq kimi idi.Yuxum sanki mənə bir şeyi xatırladırdı.Bir kofe məni özümə gətirərdi.Artıq xatırlamağa başlamışdım.Təbii ki uşaq evində olan həyatımı.
Dean məni oradan tapmışdı.Daha doğrusu mən onu tapmışdım.Gözümüzü açandan bəri qardaşımla uşaq evində idik.Məndən 4 yaş kiçik qardaşım var idi.Michael.Çox sakit uşaq olduğu üçün müəllimlər onu çox istəyirdi.Mən isə hər axşam oradan qaçaraq uşaq evinin yaxınlığındakı luna parkda uşaqları seyr edərdim.Bir-birimizdən ayrılmayacağımıza söz vermişdik.Əgər mən Michael-i itirsəydim onu boynundakı doğum ləkəsindən tanıyacaqdım.O isə məni itirməzdi,çünki ona söz vermişdim taki o lənətli günə qədər.Michaelin 7 yaşı var idi.Uşaqlar evinə varlı bir ailə uşaq seçmək üçün gəlmişdilər.Bir-birimizin əlindən möhkəm yapışmışdıq.Maşından orta yaşlı bir kişi endi bahalı kostyum,daranmış saç.Bir-bir uşaqlara baxaraq bizə yaxınlaşırdı.Qardaşıma diqqətlə baxdı.Kişinin gözlərində qardaşıma qarşı qayğı,mənim gözlərimdə isə kişiyə qarşı qorxu və nifrət hiss olunurdu.Müəllim ilə biraz söhbətdən sonra qardaşımı seçmişdi.Yox onu buraxa bilməzdim.Söz vermişdim.Onu tutmağa çalışırdım,ancaq müəllimim şilləsi məni yerə yapışdırdı.Qalxmağa çalışırdım,qardaşım isə gözü yaşlı maşına otuzduruldu.Ayağa qalxdığımda maşının arxasıyca qaçdım,ancaq çata bilmədim...
Həmin günün gecəsi ac qalmışdım.Uşaq evinin bütün giriş çıxışların bilirdim və həmişəki kimi lunaparka gedəcəkdim.Divarın o biri tərəfində idim.Sanki azadlığımı geri vermişdilər.Luna park-a doğru addımlayırdım küçə qaranlıq və boş idi.Oraya çatdıqda isə mənzərə mənim üçün ürək açıcı deyildi.Çünki Luna Park bağlı idi.İşıqsız,səssiz bir Luna Park.Yol ayrıcına gəlmişdim.Tərpənmədən dayanmışdım.Qulağım sanki kar olmuşdu,ancaq gözlərimə işıq görsənirdi.Əyləcin səsi ilə özümə gəldim.Sürücü maşından düşərək:
-Maşını görmürsən balaca çəkil yoldan!
Onun gözlərinə nifrətlə baxırdım.Məndə sanki bir şey hiss etmişdi.Gülərək məni maşınına otuzdurdu.Heç bir qorxum yox idi çünki o bataqlıqdan uzaqlaşmaq istəyirdim:
STAI LEGGENDO
Kölgə-bir qatilin manifesti.
CasualeDİQQƏT ! BU ROMANDA ADLARI KEÇƏN ŞƏXSLƏR, VƏZİFƏLƏR VƏ BAŞ VERƏN HADİSƏLƏR TAMAMİLƏ MƏNİM TƏXƏYYÜLÜMÜN MƏHSULUDUR VƏ REALLIQLA HEÇ BİR ƏLAQƏSİ YOXDUR ! ...1995-ci ilin son günləri.New-york. "Bəlkə də bu il mənə uğur gətirəcəkdi,ancaq artıq əllərim...