Gözəl bir gün idi.Xəbərlərdə "Böyük mafianın çöküşü" adla xəbər belə yayımlanmışdı.Yuri xəbərdar idi.Ona da sıranın gələcəyini bilməli və sırasını gözləməli idi ! Sıradakı iş Yuri idi,amma onun "yuvasından" çıxmasını gözləməli idik.İçəridə olan adamımızın belə bundan xəbəri yox idi.Deməli,bir çoxundan gizli saxlayırdı.Amma öyrənməkdə fayda vardı.
Bunun üçün köhnə dostun-"Quşbaz"ın yanına getməkdə fayda vardı."Quşbaz" New-york-da olduğum vaxtlardan tanıdığım biridir.Cartelin belə bəzi bilmədiyi məlumatları o bilirdi.Xəbərlər əvvəlcə ona çatardı,o isə lazım olan adamlara satardı.Xəbərləri isə "quşlar"ı sayəsində öyrənərdi.
Kiçik bir karavanı vardı.Onun içində yaşayırdı.Həmçinin quşlarıda onun içindəki qəfəslərdə saxlayardı.Ona görə də karavanın təmiz vaxtı olmazdı.Və həmişə bir yerdə də olmazdı.Zəng edib yerini öyrəndikdən sonra yanına gəlmişdim.İçərisi quş tükü və nəcisdən iyrənc bir hal almışdı:-Bu yerdə necə yaşıyırsan sən?
-Öyrəşmiş cana ölüm yoxdu.Sən məni adi vaxtlarda yada salmazdın.Nə lazımdı ? Ruslarla bağlı bir şeydi ?
-Elə də deyə bilərik.Yurinin gizləndiyi yer lazımdı.Tapa bilərsən ?
-3 saat sonra gəl.Tapılar.
-Nə qədər lazımdı ?
-Bu dəfəlik məndən olsun.Qayıtmağının şərəfinə.
-Çox sağol "quşbaz"
-Nə vaxt istəsən.3 saat sonra axşam düşəcəkdi.Saat 7 idi.Bu ərəfədə Maria və Tommy-i də görmüş olardım.
Evə çatmışdım.Qapını döydükdə isə bu dəfə Tommy açdı:-Xoş gəlmisən çavuş içəri keç.
-Maria hardadı ?
-Xəstəxanada görüləcək bir işi var.Birazdan qayıdar.Mən artıq yaxşıyam sabahdan "meydan"lara qayıdacam.
-Tommy tələsmə.Tam sağal.Bilirsən ki,aldığın zərbə sadə bir şey deyildi.Özünü qorumalısan.Çənən çox ağrıtmır ?
-Yox hər şey qaydasındadır.Artıq özümə gəlirəm.
-Bəs Maria kimdir ? Mənə açıqlamadın heç.(Bəzən ağ yalana ehtiyac vardı)
-Əmimin qızı.Ailəmi axtardığım vaxtlarda qabağıma əmim çıxdı və hər şeyi mənə anlatdı.Məni nəyə görə qaçırdıqlarını,bu yola nə üçün çəkdiklərini hər şeyi.Ölümünə yaxın isə öz qızını mənə tapşırdı.İlk vaxtlar biraz çətin idi,yəni onun tərəfindən amma sonradan bir-birimizə öyrəşmişdik.Bu dünyada öz qanımdan təkcə vardı.Maria.Bircə ona bir şey olmamağını istəyirəm.İşlərimdən xəbəri var, amma mənə güvənir.
-Güvənilir bir insan olmağı məni sevindirdi.Hər kəsin güvənəcəyi bir insan olmalıdı həyatında.
-Samantha deyilən bir qız var idi.Noldu ona ?
-Dean.Öldürdü.
-Tanrı günahlarını bağışlasın.Şərəfsiz...Onu polislərin öldürməyini heç istəməmişdim.Özünü pis etmə.Düzələr əminəm.
Bunu sənə deməyəcəkdim,amma...Maria-ya necə baxdığını gördüm.Məncə məndən gizlətməməlisən.
-Maria sanki çox fərqlidir Tommy.Doğru bilirsən.Ona hər kəsə baxdığım kimi baxmıram.Hətta bu işlər bitdikdən sonra onunla ailə həyatı qurub buralardan uzaqlaşmaq belə fikirləşirəm ...
-Yaxşı bir fikirdi.Amma qarşımızda ruslar var.Kiçik deyillər.Bu müharibənin sonu bizim qələbəmizlə bitməlidi.
-Elə də bitəcək az qalıb.Yurini aradan götürdükdən sonra böyüklər qalan işləri həll edəcəklər.
-Məndə elə olmasını istəyirəm.Yoxsa ruslarla başımız çox böyük bir bəlaya girər.Çox böyük.Birdən qapı açıldı və içəri Maria daxil oldu.Hal-hazırda istədiyim 2 şeydən biri də onun sevgilisinin olmaması idi.2-ci isə Yurinin tapılması.Bu işlər bitdikdən sonra ona fikrimi bildirəcəkdim.Özümdən sonra geridə məni gözləyən birini qoyub gedə bilməzdim:
-Salam cənablar.Gününüz necə gedir ?
-Hər zamankı kimi-qanlı.
-Kurt belə şeylər danışma.Onsuzda hər gün qanlı meyidlərlə işləyirəm.Cərrah olduğum günə lənət olsun.
-Məncə insan işini sevməlidir.
-Siz sevərək adam öldürürsüz ?
-Mən...Quşçu zəng edirdi:
-Alo,Kurt.Verdiyim adresə get orda sadəcə 1 villa var o olacaq.
-Əminsən ki,odur ?
-Əminəm.Şəkilləri indi yollayıram.
Şəkillər gəlmişdi.Həqiqətən Yurinin o evə girərkən şəkilləri var idi.Quşçu yalan deməzdi...-Sizinlə gözəl söhbətlər edə bilərdim,amma getməliyəm.Dostumun qeydinə qal.Xoşladığım insanları öldürməyi sevmirəm.
Tommy ilə gülüşürdük.Maria:
-Onu bilmək olmaz kim kimk öldürəcək.
-Əsəbləşməyin "xanım" Maria.Ölmədən gedim mən.Özüvə yaxşı bax dostum.
-Sağol çavuş.Olanlardan xəbərdar et məni.
-Oldu dostum.Yola düşmüşdüm.
Bu gecə evə girməli idik.Tommy sağalırdı,amma hələ qayıtmaq üçün tez idi.Maria onun lazımınca qeydinə qalırdı.Yuri hücum üçün lazımi vaxtı gözləyirdi.Artıq Rus mafiası ilə müharibə başlamışdı.Narkotraffiki qola keçirmək lazım idi.Hər kəsə zəng edib bazaya gəlmələrini tapşırdım.Bu gecə üçündə bir plan lazım idi.Vaxt əleyhimizə işləyirdi.Bazaya gəlmişdim.Hamımız plan otağına keçdikdən sonra sözə başladım:-Qısa danışacam cənablar.Bu çətin ərəfədə mənə kömək olan hər birinizə təşəkkürümü bildirirəm.Anlayıram sizdə yorğunsuz,lakin gecikdiyimiz hər dəqiqə bizim əleyhimizə işləyir.Beləliklə plan sadədi:Mike sən evin yaxınlığındakı hər hansısa bir yüksəklikdən-sənə rahat və görüş məsafəsi böyük olan yerdən snayperlə bizi qoruyacaqsan.Terry işıqları söndürmək üçün evin yaxınlığındakı transformatordan elektrikləri kəsib sonradan yanımıza gələcəksən.Jax,mən və Garry girişdə səni gözləyəcəyik.Mike sən bacardığın qədər həyətdəki mühavizəçiləri aradan götürərsən biz isə o ərəfədə içəri girəcəyik,sonrası isə bizə qalıb.Tanrı bizi qorusun.
Hər kəs bir ağızdan:
-Tanrı bizi qorusun.Gecə görüşlərini və silahları götürüb çıxdıq.
İçimdə qəribə bir hiss vardı.Anlamağa çalışırdım,amma çətin:-Nə fikirləşirsən Kurt ?
-Ağlımı bir şey didir Mike,ancaq nə olduğunu başa düşə bilmirəm.
-Yurini öldürdükdən sonra düzələr.Narahat olma.
-Təki elə olsun.Evə çatmışdıq.Şəhərə yaxın bir yer idi.Terry yerini aldı,Jax transformatoru tapmışdı:
-Terry,Jax başlayırıq!
Villanın işıqları söndü,Terry mühavizəçiləri bir-bir aradan götürürdü.Sakitcə içəri girdik.Gecə görüşləri açıq idi.İçəri girdik,amma içəridə heç kim yox idi.Mühavizəçilər aradan çıxmışdı,lakin içəri bom-boş idi.Bütün otaqlara baxdıq.Salonda toplaşdıq.Birdən bütün işıqlar yandı.Və televizor yandı.Lənətə gəlsin...Ekrandakı Yuri idi.Yanındakı isə Mike idi.Yuri bura gələcəyimizi bilirdi.Quşçu...
Mike dizi üstə və ağzı burnu dağılmış vəziyyətdə idi:
- Приветь,товаришши (Salam,yoldaşlar) Gördüyünüz kimi dostunuz bizimlədi bağışlayın,amma biraz üzü dağınıqdı.Deməli,dostlar siz məni çox,necə deyərlər,asan bir insan sanmısız.Bəylər mən həmişə çətin şeylər istəmişəm çünki çətin şeyləri qazanmaq kimi itirməkdə çətindi.Və bu mənim mövqeyimdi.Kurt sözüm sənədi.Səni ən sonda öldürəcəm və bu ərəfədə gözünün önündə olan bütün sevdiklərini aradan çıxaracam.Mike kimi,Tommy kimi,Quşçu kimi və o qız adı nə idi ? Hə,Maria.Nəysə cənablar icraata keçək.Bunu dedikdən sonra Mike-in kəlləsinə gülləni çaxmışdı.Mike gözlərimin önündə can verirdi.İçim-içimə sinmirdi.Partlayacaq kimi idim.Bütün darağı televizorun üstünə boşaltdım.Qaçaraq Mike-ın olduğu yerə getdim.Gözümün önündə idi.Yazıq Mike.Belə olmamalı idi. Tommy,Maria...Maşına oturaraq evə doğru sürdüm.Tam sürətlə sürürdüm.Qırmızı işıq və ya başqa bir şey məni dayandıra bilməzdi.Evin işıqları yanmırdı.Maşından düşdüm.Qaçaraq evə yaxınlaşırdım.Və birdən...Ev partladı.Partlamanın təsirindən yerə yıxıldım.Mike,Tommy,Maria.Yox,yox bu gün yox.Özümdə deyildim.Partlayan evə baxaraq kilidlənib qalmışdım.Tommy ilə Maria gözümə görsənirdilər.Deyəsən,artıq yuxu görürdüm:
-Kurt,özüvə gəl,Kurt.
Üzümə sanki bir şimşək endi.Tommy-in şilləsi idi.Ölməmişdilər.Bəs necə ola bilərdi ?
-Özüvə gəl Kurt.Gəl,tez maşına gəl.Tommy və Maria ilə maşına oturduq və oradan uzaqlaşdıq...
ESTÁS LEYENDO
Kölgə-bir qatilin manifesti.
De TodoDİQQƏT ! BU ROMANDA ADLARI KEÇƏN ŞƏXSLƏR, VƏZİFƏLƏR VƏ BAŞ VERƏN HADİSƏLƏR TAMAMİLƏ MƏNİM TƏXƏYYÜLÜMÜN MƏHSULUDUR VƏ REALLIQLA HEÇ BİR ƏLAQƏSİ YOXDUR ! ...1995-ci ilin son günləri.New-york. "Bəlkə də bu il mənə uğur gətirəcəkdi,ancaq artıq əllərim...