1ci bölüm

41 5 9
                                    

Bir krallıqda hər gün yağış yağırdı. Əllərində rəngli rəngli çətirlər tutmuş insanlar çöldə bayırda gəzirdilər. Bu saat onlara baxan göy gözlü qızımız Yağmur çöldəki insanları seyr edirdi. Amma onun çölə çıxması qadağan idi.
Yağmura cadugərlər baxırdılar. Çünki onun lənətli bir qara çətiri var idi. Yağmur nə qədərdə sakit bir qız olsada oda digər uşaqlar kimi çölə çıxmaq, oynamaq istəyirdi. Bu onun ən böyük haqqıydı. Amma anasının və atasının elədiyi bir səhvə görə həyatı məhv olmuşdu.
Yağmur hələ doğulmamışdan əvvəl anası və atsının maddi vəziyyətləri çox çətin idi. Özlərinə baxacaq vəziyyətdə deyildilər. Buna görədə başqasından borc alıb başqa bir qara çətir alıb başqa bir cadugərə apardılar. Cadugər öfsunu oxuduqdan sonra Yağmura çətir bağışlandı.
-Bundan sonra qızınız yağmur hər dəfə bu çətirlə çölə çıxanda ölümünə səbəb ola bilər- dedi.
Yağmur doğulanda atası iş yerində anası isə xəstəxanada vəfat etmişdi.
Yağmur artıq yetim qalmışdı ona baxacaq nə bir qohumu nədə anası və atası qalmışdı. Bu xəbəri öyrənən Nigar cadugər Yağmura bağışlanan çətiri götürüb xəstəxanaya gəldi. O tək başına Yağmura baxa bilməyəcəyini başa düşüb '' XEYİRLİ CADUGƏRLƏR'' komitəsinə üz tutub Yağmuru ora apardı. Xeyirli cadugərlər komitəsini baş naziri Elnur bəy Nigar xanımla çətir haqqında söhbət etdilər. Elnur bəy eşitdiklərinə inana bilmirdi. Bir dənə balaca qız uşağının ölümünə səbəb olabiləcək bir öfsunu necə oxutdurmuşdular axı? Neyniyəcəyini bilməyən Elnur bəy Yağmuru baxmağa qəbul etdi və Səadət xanımı çağırdı. Yağmuru ona verib uşağa qoruyucu öfunlar oxumasını istədi. Səadət xanım uşağı götürüb yataq otaqlarından birinə qoydu və bildiyi bütün qoruyucu öfsunları oxudu. Yağmurun həyatı artıq cadugərlərə bağlı qalmışdı

Hekayəni tamam mən yazmışam. Vaxtım olduqca yazmağa dəvam edəcəm.
🤍🖤

LƏNƏTLİ ÇƏTİR ☂️Hikayelerin yaşadığı yer. Şimdi keşfedin