Duman Elnur əlini sarımaq üçün əl bezini təzə çıxartmışdıki ,Elnur Dumanın boynuna yapışdı.
-Elə bilirsən ki bilmirəm? Əlbəttəki bilirəm həmdə çox yaxşı bilirəm niyə bizim qrupa qoşulduğunu, bizdən nə istədiyini
Elnur və Duman bəyin səsini eşidən Yarməd bəy və Gülsüm xanım qaça qaça yuxarı mərtəbəyə qalxdılar. Evdə onlardan başqa heç kimsə olmadığı üçün Yarməd bəy onları gücnən ayırdı. Ayrılan kimi qaçmağa başlayan Duman bəy otağına gedib pal paltarını yığışdırmağa başladı. Bu vaxt Aynur xanım gəldi və nə olduğunu soruşdu. Yağmurun otağı ən aşağı mərtəbədə olduğu üçün nə olduğunu bilmirdi. Bu saat çöl qapısının səsi gəldi. Digər cadugərlər kitabxanaya getdikləri üçün hələ təzə evə gəlmişdilər. Duman bəyin qaça qaça pilləkənlərdən düşdüyünü görən cadugərlər nə olduğunu soruşdu. Duman bəy nə olduğunu demədən qapını açıb çıxıb getdi.
Getsin cəhənnəmə qədər yolu var- deyən Elnur bəyi sakitləşdirə bilmirdilər. Aynur xanım belə olmayacağını başa düşüb sakitləşdirici iynə vurdu. Elnur bəy bu vaxt azda olsa yavaş yavaş sakitləşməyə başladı. Bunu fürsət bilən cadugərlər Elnur bəyi yatağa yatızdırdılar və çölə çıxdılar.
Aynur xanım nə olduğunu bilmədiyi üçün Yarməd bəyi öz otağına Gülsüm xanımı isə Yağmur üçün dərman hazırlamağa göndərdi. Bu saat digər cadugərlər Gülsüm xanım ilə mətbəxə getdilər ki, nə olub bitdiyini başa düşsünlər.
Aynur xanım və Yarməd bəyin söhbəti:
-Nə oldu mən aşağıda olanda? Niyə Elnur belə dəlləndi? Hər şeyi nə olub bitdiyini danış!
-Biz aşağıda Yağmurun xəstəliyi üçün dərman kitablarına baxırdıq , bir anda yuxarıda qışqırmalar başladı. Nə olduğunu bizdə bilmədən təlaşla yuxarıya çıxdıq. Onların boğuşduqlarını görən kimi ayırmağa çalışdım və ayırdım. Sadəcə onu gördümki, Duman bəyin üzündə çox pis bir şübhə hissi vardı.
-Başa düşdüm bu məsələni mən Elnur bəylə danışaram. Siz çıxa bilərsiniz.
Yarməd bəy təşəkkürünü bildirib otaqdan çıxdı və aşağıya Yağmuru görməyə getdi. Yağmur yatırdı. Elə bil uşaq başında birinin olduğunu hiss edib durdu. Və Yarməd bəyə baxmağa başladı. Yarməd bəy anlaya bilmirdiki bir dənə balaca uşaq hələ doğulmamışdan necə lənətlənə bilər axı. Bu saat Gülsüm xanım içəriyə girdi. Yarməd bəy Gülsüm xanımın ağladığını görməsin deyənə tez çölə çıxdı. Gülsüm xanım nə olduğunu başa düşdüyü üçün çox üstünə getmədi.Yağmurun dərmanını verib otaqdan çölə çıxdı.
Ən son Yağmurun otağına Elnur bəy gəldi. Yağmura baxdı, onun necə yatdığına baxdı. Bu saat içəriyə Aynur xanım girdi. Elnur bəyin yanına gəlib oda Yağmura seyr etməyə başladı. Axırda ayaq üstündə qalmaqdan yıxılacaqlardı. Amma Yağmuruda tək başına qoymaq istəmirdilər. Buna görədə otağa qoyulmuş oturacaqlarda uzanıb yatdılar.Bu günlük bu qədər
🤍🖤☂️