Toy gününün əvvəlki günü cadugərlər yola düzüldülər. Yanlarında qara lənətli çətiridə götürmüşdülər. Hamısı çatışmaya hazırıydı. Axırki gəlib çatdılar. Hamısı ayrı bir yerə keçib silahlarını hazırladılar. Həyat xanım və Elxan bəy düz arxa qapının qabağında dayanırdılar. Aynur xanım və Çağan bəy isə çöl qapısında dayanmışdılar. Cəfər bəy Məryəm xanım və Vüsalə xanım isə, digər cadugərlərin harda duracaqlarını göstərirdilər. Gülsüm xanım və Adriano bəy isə Yağmurla bərabər təcili bir şey olarsa deyənə maşının yanında silahlarla durmuşdular.
-Başlayırıq! Hazır olun! - deyə Elxan bəy bütün cadugərlərə xəbər verdi. - Həyat xanım başlaya bilərsiniz!
Həyat xanım silahını yuxarıya tutduvə sıxmağa başladı. ''ÖMƏR BƏY!'' deyə qışqırdı. Nigar xanım Ömər bəy və digər cadugərlər çölə çıxdılar. Onlarda özlərini qorumaq məqsədi ilə digər cadugərlərə atəş açmağa başladılar. Hamı bir tərəfə dağılmışdı. Bir yandan vuruşur, bir yandanda Nigar xanımı nişan almağa çalışırdılar. Amma heç nə edə bilmirdilər. Bir anda Ömər bəydən gözlənilməyən bir hərəkət oldu. Ömər bəy bir anda yanında atəş açan Nigar xanımın ürəyindən vurdu. Hamı bir anda şok olmuşdu.
-Elxan bəy! Deyəsən Ömər bəylə olan danışmamız üz tutur!
-Bəli Həyat xanım danışdığımız kimi! Planımız işləyir!
-Amma bunu digər cadugərlərədə danışmalıyıq! Bu danışmanı sadəcə 3-müz danışmışdıq!
-Hələ bir çatışmamız qutarsın bütün cadugərlərə danışacayıq!Axırda cadugərlərimiz var gücü ilə çatışdılar. Və qazandılar! Bütün cadugərlər bir araya yığışıb nə olduğunu Elxan bəydən soruşdular.
-Elxan bəy nə olur bitir? Biriniz cavab verin! - deyə Aynur Elxan bəyin üstünə getdi.
-Aynur xanım! Əslində bunların hamısını biz planlamışdıq! Ömər bəy keçmişdə atasından və bacısı Aylin xanımdan intiqam almaq üçün bizə gəlmişdi! Hamımız əslində rol elədik!
-NƏ ÜÇÜN? NƏ ÜÇÜN BİZƏ DEMƏDİNİZ? - Çağan bəy Həyat xanıma qışqırdı.
-Deməmələrini istəyən məniydim! Lap əvvəldən danışmışdıq bunları. Amma Nigar canisinin Elxanı, Həyatı, Cəfəri və səni təhlükəyə atacağını bilmirdim.
-Belə hər şey açıqdır. Əslində hamısı bir intiqam alamaq üçün planlanmışdı.Həyat xanımın sözü təzə qutarmışdıki arxalarından atəş açıldı. Gələn Ömər bəyin bacısı Aylin xanımıydı. Dəstəsini toplayıb gəlmişdi. Cadugərlər belindəki silahları götürüb Aylin xanım və dəstəsinə atəş açdılar. Biraz çatışdıqdan sonra Cəfər bəy, Aynur xanım, Vüqar bəy vuruldu. Adriano bəy isə yaralandı. Bir neçə dəqiqədən sonra hamı yaralılara tərəf qaçdılar. Aylin xanım qaçmışdı Ömər bəy bir neçə nəfə göndərib Aylin xanımı tutmalarını əmr etdi. Cadugərlərin vəziyyətləri ağırıydı. Çox qan itirmişdilər. Axırda bir şəkildə xəstəxanaya gəldilər.
-Rəhman bəy! Xahiş edirəm Aynuru və digər dostlarımızı xilas edin. Yalvarıram sizə.
-Elxan bəy! Əlimizdən gələni edəcəyik! Nolar sakitləşin!Bunu deyib Rəhman bəy əməliyyat otağına getdi. Bir neçə saatdan sonra çıxdı.
-Elxan bəy və digər cadugərlər! İlk öncəliklə əməliyyatları çətin keçdi! Hətta bu saatlar son saatları ola bilərlər. Əgər istəsəniz indi görə bilərsiniz. Çünki sonra vaxtınız olmaya bilər.
-RƏHMAN BƏY SİZ NƏ DEMƏK İSTƏYİRSİNİZ? MƏNİM NİŞANLIM ÖLƏCƏK DEYİRSİNİZ SİZ? - deyərək Aydın bəyin boynuna yapışdı.
-ELXAN BƏY! SAKİTLƏŞİN BURA XƏSTƏXANADIR! - deyərək Çağan bəy Elxan bəyi tutdu.
-NECƏ SAKİT OLUM ÇAĞAN BƏY? SİZ HƏYAT XANIM VURULANDA XƏSTƏXANANI BİR BİRİNƏ QATMADINIZ? İNDİ SİZ MƏNƏ DEYİN MƏN NECƏ SAKİT OLUM?
-YETƏR! Burda bəlkədə son vaxtları olacaq siz nədən danışırsınız? Bura xəstəxanadır! Əgər ikinizdə atılmaq istəmirsinizsə sakit diyanın və girib dostlarımızı görün! Bəlkədə bu onların son vaxtları olacaq! - deyə Məryəm xanım Çağan və Elxan bəyə qışqırdı. - Aydın bəy! Əgər icazəniz varsa biz dostlarımızı görmək istəyirik!
-Yaxşı Məryəm xanım! Ancaq hamınız sadəcə onları 1 dəqiqəliyinə görə bilərsiniz!
-Yaxşı Aydın bəy!1 neçə saat sonra:
Məryəm xanım ən axrıncı Aynur xanımın yanına getdi. Aynur xanımda Həyat xanıma dediyi sözlərin eynisini dedi. Ardından digər cadugərlərdə sırayla bir - bir görüşdülər. Ən axrıncı Elxan bəy və Aynur xanım görüşdü.
-Yaxşısan?
-Birazdan sonsuzluğa yatacam. Amma ən azından Yağmuru xilas olacağı üçün xoşbəxtəm. Ən azından bir can rahatlıqla yaşayacaq. Üstündə bir lənət olmayacaq. Həyatını istədiyi kimi yaşayacaq. İstədiyi insanı sevəcək. Uşaqları olacaq. Amma ən önəmlisi xoşbəxt olacaq. Mənə necə ölmək istədiyimi soruşsalardı sevdiyimin yaşadığını sevdiklərimin dəyər verdiklərimin yaşadığını bilə - bilə ölmək istəyərdim deyərdim.
-Səndən çox üzr istəyirəm. Sənə bunları yaşaddığım üçün. Kaş ki, mənə görə ailəndən qaçmasaydın. Bəlkədə indi sənin yerində başqa biri olardı.
-Əvvəl axır öləcəkdim onsuzda. Əgər burda deyilsə belə başqa bir yerdə. Ən azından siz yaşayırsınız. Mən ona çox xoşbəxtəm. Amma səndən getmədən əvvəl bir şey istəyəcəm. Digər cadugərlərə yaxşı bax! Sevəni sevdiyi ilə qovuşdur. Biz qovuşa bilməsək bilə başqaları qovuşsun.
-SƏNİ HƏMİŞƏ ÇOX SEVƏCƏM! Dediyinidə edəcəm. Amma nolar getmə! Nolar! Yalvarıram sənə!
-Məndə səni, sizi, Yağmuru burda qoyub getmək istəməzdim....... HAQQIMI SƏNƏ HALAL EDİRƏM! Səndə et!
-HALAL OLSUN!Ən son bunları deyib Aynur xanım və digər cadugərlər sonsuzluğa gözlərini yumdular....
Həkimlər Elxan bəyi gücnən otaqdan çölə çıxartmışdılar. Hər cadugər otaqların pəncərələrindən baxırdı. Amma həkimlərin artıq edəbiləcəyi bir şey yoxuydu. Onlar artıq ölmüşdülər. Son vaxtlarını xəstəxanada sevdiklərindən sağollaşdıqdan sonra sonsuzluğa yatdılar.
Ertəsi gün CƏFƏR DİYANMAZ, AYNUR SÖZLÜ, VÜQAR ƏSƏDZADƏ dəfn edildi...
Hamı artıq evə gəlmişdi. Yağmur evdə tək başınaydı cadugərlər evə gələndə zil qara rəngində onları görəndə donub qalmışdı.
-Siz niyə qara rəng paltarlar geyinmisiniz?
-Yağmur bu gün qəribə gündür. Ona görə biz hamımız qara rəngdə geyinmişik. Sən otağına çıx oyun oyna çölədə çıxma! Yaxşı?
-Yaxşı Çağan bəy!Yağmur otağına qalxdı. Digər cadugərlər isə çölə çıxdılar. QARA LƏNƏTLİ ÇƏTİRİ bu dəfə yox edə biləcəkdilər. Bir ocaq qalayıb çətiri ocağın içinə atdılar. Artıq lənət yox olmuşdu. Amma onların ən yaxın dostlarıda getmişdilər.
Axşam olanda Çağan bəy və Həyat xanım qarşılaşdı.
-Çağan bəy Aylin deyilən canidən xəbər var?
-Var Həyat xanım. Qaçdıqları vaxt maşının altında qalıb.
-ÖLÜB?
-Bəli.
-Ən azından dostlarımızın qanı yerdə qalmadı.. O canidə dostlarımız kimi sonsuzluğa getdi...20 il sonra.....
Artıq Yağmur 20 yaşındaydı. Vəkillik oxumuş bitirmişdi. Gülsüm xanım və Adriano evlənib uşaqları olmuşdu. Eyni şəkildə Çağan bəy və Həyat xanımında. Məryəm xanım Cihan adında biriylə evlənmişdi və xoşbəxt olmuşdular. Uşaqlarının adlarını isə Cəfər, Aynur, Vüqar, Elxan və Vüsalə qoymuşdular. Vüsalə xanım və Elxan bəy o hadisənin üstündən 5 il sonra intahar etdilər. Onlar başqalarına görə həyatları məhv olan insanlarıydı. Artıq onlarında həyatı bitmişdi. Amma ən azından sevdiklərinə qovuşa bilmişdilər.........Bunu unutmayınki bir insan belə başqa bir insanın ölümünə səbəb ola bilər. İstəsədə istəməsədə.......
Qeyd:Hekayə tamam mənə aiddir.
Sonunda ilk hekayəm bitdi. Sabah yeni bir hekayəyə başlayacam. Əgər hekayəmi sevdinizsə ⭐ atmağı unudmayın. Dostlarım Ömərin ''Ölüler gölü'' Gülsümün ''Üç kalp atışı'' və ''Lanet'' adlı hikayelerini okumayı unutmayın. 🙂
Bir devir biter amma sonsuzluk bitmez.....
🖤🤍☂️
⬛⬜☂️💝💖💗❤🧡💛💚💙💜🤎🖤🤍☂️
🖐🖐🖐. ƏLVİDA LƏNƏTLİ ÇƏTİR .
. İLK ƏMƏYİM . İLK İŞİM .SAAT 00:00