Həyat xanım və Çağan bəy bu məsələni Elxan bəy və digər cadugərlərlə məsləhətləşmə qərarı aldılar. Və bütün cadugərləri məsləhətləşmə otağına yığdılar.
-İlk öncəliklə bizi dinləmək və anlamaq üçün gəldiyiniz üçün çox sağolun! Amma məcbur olmasaq sizi bura toplamazdıq.
-Çağan bəy məsələ nədir?
-Sizə mən danışım Aynur xanım! Bu gün Gülsüm xanım nişanlısı ilə görüşməyə getdiyində orda Ömər bəy və Nigar xanımı görüb. Şəkillərini çəkib mənə atdı!
-Sizcə bu sübutdur? - Məryəm xanım dedi.
-Əlimizdə başqa sübutlarda var Məryəm xanım!
-Necə yəni?
-Həyat xanım komada olan vaxtlar Ömər bəydə qəribəliklər varıydı. Sanki Elxan bəy Cəfər bəy və Həyat xanımın vurulduğu üçün sevinirdi. Əvvəlcədən bilirmiş kimi üstündə bir rahatçılıq hissi varıydı.
-Bununla başqa bəzən qapıları dinləyir kimin nə haqqında danışdığınıda qulaq asırdı.
-Həyat xanım düz deyir! Bir neçə vaxtdırki hər dəfə otağımdan çıxan vaxtlarda qapının qarşısında Ömər bəyi görürdüm - dedi Mailə xanım.
-Bununla yanaşı bəzi şeylərdə var!
-Nədir Çağan bəy?
-Mən Ömər bəy haqqında araşdırma aparması üçün Fərid bəydən kömək istədim. Bir neçə gün sonra mənim yanıma gəlib bəzi məlumatlar verdi. Ömər bəyin Cəfər bəyin əvvəlki nişanlısı Aylin xanımın qardaşıymış!
-NƏ?! - deyə hamı bir anda şok oldu.
-Onda deməli bizdən bir intiqam almaq istəyir. Amma nə?
-Mən deyəsən bilirəm! - Elxan bəy dilləndi. - Ömər bilirsinizki hamımızın bir vaxt sinif yoldaşımız olmuşdu. Bu vaxt müddətində Nil adlı bir qızı sevirdi. Amma o qız Ömərdən nifrət edirdi. Məni sevirdi amma mən o dövrlərdə ailəmi itirdiyim üçün güvən problemim varıydı. Bir gün Ömər bu qıza hisslərini demək qərarı aldı. Dedidə amma qızın istədiyi məniydim. O vaxtdan sonra Ömər həmişə məni günahlandırdı. Və aramızda mübahisələr başladı. Sonra o atasının bir qatil olduğunu öyrənəndə dəli oldu.
-Onun atası amma mənim ailəmi öldürdü.
-Nə deyə bilərəmki, o atasına görə Nil adlı qıza görə bu hala gəldi.
-Bəs necə olduki ilk öncə bizdən xəbərsiz Yararsız cadugərlər qrupuna daxil oldu?
-O qızın dostu Nigar xanımın bacısıydı. O qız öldükdən sonra Nigar xanımla bir komitə qurdular. Bu komitənin baş naziri isə Ömər bəy olmuşdu.
-Elxan bəy bəs bunları bizə ilk öncə niyə demədinizki? Niyə bu vaxta qədər gizlətdiniz?
-Vaxtı gəlmədən sizi təhlükəyə atmaq istəmədik Vüsalə xanım! - dedi Həyat xanım. - Əslində məndə əvvəlcədən bilirdim. Bu qrupa təzə daxil olanda hamıdan gizli bir şəkildə Elxan bəy mənə və Gülsüm xanıma danışmışdı!
-Bəs bizdən niyə bildiyiniz gizlədiniz. Bilsəydik daha tez bir şəkildə müdaxilə edə bilərdik. - dedi Çağan bəy.
-Əslində hamınıza yazdığımız məktubları oxusaydınız Ömər bəyin bir seri qatil olduğunu öyrənərdiniz! Amma Ömər bəy yazdığımız məktubları hamınızdan gizlin bir şəkildə yandırdığınızdan xəbəriniz yoxuydu.Bu günlük bu qədər. Əlim qırıldı yazana qədər.
Əgər hekayəmi sevdinizsə ⭐ atmağı unutmayın.🙂
17. Bölümdə görüşmək diləyi ilə.