5ci bölüm

24 5 8
                                    

Elnur bəy nömrəni aldıqdan sonra tez bir şəkildə xeyirxah qrupunun baş naziri Məryəm xanıma zəng etdi
Məryəm xanım ilk öncə açmaq istəmədi amma nömrə tanış gəldiyi üçün açdı.
-Alo salam kimiydi?
-Alo salam Məryəm xanım! Necəsiniz?
-Yaxşıyam amma kim olduğunuzu desəniz daha çox yaxşı olacam!
-Xeyirli cadugərlər komitəsinin baş naziri Elnur Məlikzadə!
-Tanıdım! Məni nə üçün narahat eləmişdiniz?
-Sizi narahat elədiyim üçün məni bağışlayın! Amma özümüz üçün yox balaca qızımız Yağmur üçün sizdən kömək istəyəcəkdik!
-Yağmur?
-Bəli Yağmur! Hələ doğulmamışdan qara bir çətirlə lənətlənmiş olan balaca qızımız Yağmur.
-Kim lənətliyibki o balaca uşağı?
-Anası və atası! Yağmur doğulanda anası xəstəxanada atası isə iş yerində vəfat etdilər.
-Anladım! O balaca qızımıza Yağmurumuza kömək edəcəm! Otaqlarımızı hazır tutun hardasa 2günə orda olacayıq bu axşam yola çıxırıq. Vaxt yoxdur!
-Lap yaxşı! Xoş gəlirsiniz!
-Sağolun Elnur bəy! 2gün sonra görüşərik inşallah!
-Sağolun Məryəm xanım.!

-Məleykə!
-Bəli Məryəm xanım!
-Bütün cadugərlərə xəbər sal! Bu axşam Yağışlı qəsəbəsinə Xeyirli cadugərlər komitəsinə gedirik! Bundan sonra orda qalacayıq!
-Lap yaxşı Məryəm xanım indi bütün hamıya xəbər salaram!
-Çıxa bilərsən!

Məleykə Məryəm xanımın otağından çıxan kimi bütün cadugərlərə xəbər saldı. Hamı axşam vaxtı hazır oldu. Və beləcə Yağışlı qəsəbəyə yola düzüldülər!

2 gün sonra.........
Məryəm xanımın maşından düşməsi ilə digər cadugərlərdə düşdülər. Onları qarşılamağa Aynur xanım və Elnur bəy gəlmişdi
-Yağışlı qəsəbəyə Xeyirli cadugərlər komitəsinə xoş gəldiniz!
-Xoş gördük Elnur bəy!
Məryəm xanım sözünü təzə bitirmişdiki Elnur bəy qarşısında onda intiqam almaq istəyən Duman'ı gördü. İlk öncə donub qaldı. Nə olduğunu anlamadı! Özünə gələndən sonra Aynurun tutduğu əlini itələyib Dumanın yaxasından yapışdı! Bütün bəy cadugərlər araya girib bir şəkildə ayırdılar. Yarməd bəy Elnur bəyi güclə tuturdu! Bu saat Məryəm xanımın səsi gur bir şəkildə çıxdı!
-Siz kimsinizki mənim tələbəmə əl qaldırırsınız?!
Eşitdikləri qarşısında şok olan Elnur bəy özünü itirdi. Heç deyilsə Yarməd bəy onu tutduğu üçün başı yerə dəymədi.

Onalar orda təlaşa düşmüşdülər amma bilmirdilərki Ömər Xeyirsiz cadugərlər qrupunun baş naziri idi. Və Elnur bəydən İNTİQAMINI almağa gəlmişdi......

5. Bölüm sonu
🖤🤍☂️

LƏNƏTLİ ÇƏTİR ☂️Hikayelerin yaşadığı yer. Şimdi keşfedin