Ömər otağına gedən vaxt arxasında Yararlı cadugərlər qrupunun baş naziri Çağan Güçlü ilə qarşılaşdı.
-Siz burda nə edirsiniz? Nə üçün başqalarının söhbətlərinə qulaq asırsınız?
-Siz axı necə? Siz türk deyilsiniz?
-Türkiyədən gəlmişəm düzdür amma anam Azərbaycanlı atam Türkdü.
-Yarı türk yarı Azərbaycanlı olmağınıza baxmayaraq çox səliz Azərbaycan dilində danışa bilirsiniz!
-Bəli elədir! Amma sizin burda məqsədiniz nədir?
-Mən... mən... Məryəm xanım ilə danışacaqdım! Bu gün olanlar haqqında
-Anladım bunu ən yaxşısı sabah açıq beyinlə danışasınız.
-Məncədə yaxşı fiiirdir! Bu gün güclə keçdi! Gecəniz xeyrə Çağan bəy!
-Sizində!Hamı öz otağıda olanda birdən aşağıdan Yağmurun ağlama səsi gəldi. Normalda balaca qızımıza Həyat xanım baxırdı. O aşağıya düşəndə birdən birə ağlama səsi kəsildi. Bu qəribə idi. Çünki Həyat xanım ancaq Yağmura öfsun oxuyanda ağlaması kəsilirdi. Həyat xanım əvvəlcə duruxdu. Bilmədi neynəsin. Axırda qərar verib Yağmurun otağına girdi. Girəndə birdən birə qarşısında üzü görünməyən bir qadın Yağmuru qaçırdırdı. Həyat xanım üzü görünməyən qadına tərəf gedəndə, onun arxasından vuruldu. Həyat xanım hurşunu itirib yerə yıxıldı. Nə kömək çağıra bilirdi nədə Yağmuru qoruya bilmişdi.
Ertəsi gün
Həyat xanım duranda otağında idi. Nə olduğu yadından çıxmışdı. Başı çox ağrıyırdı. Sadəcə başında Çağan bəy və Mailə xanım var, onun durmasını gözləyirdilər.-İndi yaxşısan?
-Yaxşıyam Mailə xanım amma YAĞMUR. YAĞMUR dünən gecə ağlamağa başladı. Onun yanına gedəndə üzü görünməyən bir qadın Yağmuru götürmüşdü. Mən bu səhvi necə elədim?
-Bəsdir! Daha yorma özünü! Axırda sənə bir şey olacaq. Yağmur yaxşıdır! Artıq biraz sakitləş və dincəl!- dedi Çağan bəy.
-Məncədə özünü yorma. Arxadan başına zərbə endirilib. Gecə çox qan itirmişdin.
-İndi mən Elxan bəyə və Aynur xanıma nə deyəcəm?
-O iş bizdədi! Sən sadəcə dincəl! Yataqdan durmayassan sən mənə söz ver.
-Bəs Yağmur?
-Yağmur tapılıb narahat olma! Gecə Ömər bəy arxa tərəfdən qaçan bir qadın görüb. Yağmuru xilas eliyib. Sən artıq dincəl!- deyib Mailə xanım və Çağan bəy çölə çıxdılar.Amma Ömərin xaincə planından xəbərləri yox idi.......
Əlimdən gəldikcə tez tez yazmağa çalışıram.
Oy versəniz daha çox sevinəcəm😁😃
Bir dəki dostum Gülsümün yazdığı ''üç kalp atışı'' və ''onun gözleri benim ışığım'' adlı hekayəsinidə oxusanız çox sevinərəm