2. bölüm

35 6 8
                                    

Qeyd:hekayənin məzmunu mənə aiddir.

    Ertəsi gün qadın cadugərlər Yağmura geyinə biləcəyi paltarlar almağa getmişdilər erkək cadugərlər isə çay içib çətir haqqında danışmağa başladılar.
-Çətiri bəlkə axşam vaxtı öfsunlarla yandıraq?- deyə Duman bəy təklif sürdü
Elnur bəy bu təklifi bəyəndi. Və eləmə qərarı aldılar.
Axşam vaxtı Aynur xanım Yağmuru yedizdirib yatırdıqdan sonra çətiri asılqandan götürüb çölə çıxdı. Bütün cadugərlər ordaydılar. Od artıq qalanmışdı. Çətiri Elnur bəy Aynur xanımın əlindən aldı və yandırmaq üçün oda atdı. Amma nə oldusa çətir yanmadı ki yanmadı. Bayaq gur yanan od bir anda öz özünə söndü. Təzədən qaladılar amma bu dəfə çətirin üzərinə benzin töküb oda atdılar yenə yanmadı. Axırda Elnur bəy bezib çətiri qırmağa çalışdı amma əli yandı. Çətirdəki lənət o qədər güclüimişki adamın əlini belə yandırıb.
Ertəsi gün Elnur bəyin əlini sarımaq üçün onun sağqolu həmdə nişanlısı  olan Aynur xanım gəldi.
-Elnur belə olmaz. Biz artıq çətiri atmalı və Yağmuru qorumalıyıq əgər belə olsa başımıza daha çox iş gələcək.-dedi Aynur xanım.
-Bilirəm amma Yağmurun qorunması üçündə çölə çıxmaması lazımdır. Amma bu onun ən böyük haqqıdır. Bütün uşaqlar kimi çölə çıxıb oynamalı o yağışın altında islanmalıdır.-dedi Elnur bəy.
-Oda düzdür bütün gün onu burda qapalı yerdə tutmamalıyıq. Vaxtı gələndə məktəbə getməli olacaq. Bunun üçün ən yaxşısı başqa rəngdə bir çətir alıb qoruyucu öfsunlar oxumalıyıq ki, Yağmur yaxşı ola bilsin. Qoruna bilsin.
-Yaxşı fikirdir ən yaxşısı ağ rəngdə bi çətir almaq olacaq. Ağ rəng saflığın,  təmizliyin, qorunmağın rəngidir.
Bu danışmanın ortasında Duman bəy gəldi. Duman bəy Elnur bəyin ölməsini istəyirdi. Çünki o Nigar xanımın nişanlısıydı. Amma bunu heç kim bilmirdi.
-Bağışlayın amma Yağmurun qızdırması var. Uşaq ağlıyır sakitləşdirə bilmirik- deyən Duman bəy Aynur xanımı çağırdı.
Aynur xanım Elnur bəyin əl kremini təzə sürtmüşdü. Bir dənə əlini sarımaq qalmışdı. Aynur xanım Duman bəydən xahiş etdiki Elnur bəyin əlini sarısın. Duman bəy qəbul edib Elnur bəyin əlini sarıma üçün yanına oturdu.

3cü bölüm üçün fikirlər verə bilərsiniz
🖤🤍☂️

LƏNƏTLİ ÇƏTİR ☂️Hikayelerin yaşadığı yer. Şimdi keşfedin