Hardasa tam bir həftə keçmişdi. Amma cadugərlər hələ heçnə eləmir, Ömər bəyə bir şey bildirməməyə çalışırdılar. 1 həftədə Ömər bəy hər gün çölə çıxır, Nigar xanımla görüşür söhbət edirdi. Digər cadugərlər fikirləşir nə edə bilərik deyə fikirləşirdilər. Amma artıq vaxtları daralırdı. Yağmur hardasa məktəbə getmək yaşına çatmışdı. Amma onlar hələdə çətiri yox edə bilmirdilər. Fikirləşirdilər, fikirləşirdilər amma bir şey tapa bilmirdilər. Cadugərlər belə olmayacağını başa düştüklərində artıq əldən bir şey gəlmədiyini nə etsələr xeyri olmadığını anladılar. Yenə həmişəki kimi bir gündə bütün cadugərlər iclas zalına yığışdılar.
-Artıq bir şey etməliyik! Günü gündən Yağmur böyüyür! Bir şey etməliyik!
-Nə edə bilərik Elxan bəy? Çətiri yox etmənin sadəcə tək bir yolu var onuda edə bilmərik!
-Bilirəm Həyat xanım! Amma artıq gözləməyəcəyik! Bir neçə gündə belə dəvam etdirib Ömər bəyi izləyəcəyik! Əvvəl axırki Yararsız cadugərlər komitəsinə gedəcək!
-O vaxtda həm Ömər bəydən həmdə Nigar xanımdan intiqamımızı ala bilərik!
-Ala bilərik almasınada, pisdə olsa yaxşı bir insanda olsa birinin canına son qoyacaq qədər qəddar deyilik Mustafa bəy! - dedi Aynur xanım.
-Heyifki bunu edəcəyik Aynur! - dedi Elxan bəy - Yağmurun gələcəyinidə fikirləşməliyik!
-Elxan biz caniyik? Nə demək istəyirsən sən? Bizə məktəbdə bunu öyrətmədilər! Amma görürəmki bəziləriniz qərarınızı vermisiniz! Sizə artıq sözüm yoxdur! - deyib Aynur xanım iclas otağından çıxıb otağına getdi. Bəzi cadugərlər Elxan bəyin, bəzi cadugərlər isə Aynur xanımın yanımda olmaq istəsələrdə Elxan bəyin yanında oldular.Bu bölümlük bu qədər. Əgər hekayəmi sevirsinizsə ⭐ atmağı unutmayın. Özünüzə yaxşı baxın!
Birdəki dostum Gülsümün ''Üç kalp atışı'' və ''Katil'' hekayələrinidə oxusanız məni çox sevindirərsiniz🙂Gələcək bölümdə görüşmək diləyi ilə🙂
🤍🖤☂️