Salam oxuyucularr...Hadisələr daha maraqlı davam etdiyi üçün hər gün yeni bölüm atıram.Həftə sonu atmaya bilərəm.Çünkü öz hekayəmi yazmaqdan kitab oxumağa vaxt qalmırrr😅
Xoş oxumalar💚Neoni-Alive
Dənizin dilindən.
Aradan keçən 2 gün mənə 2 əsr kimi gəlmişdi.Bilmirdim Bəyazın dərdini çəkim ya özümü toparlayım...Axırıncı xatırladığım çətinliklə də olsa Dumanın məni içəri aparması,Ayazın da Aidanın qolundan tutub içəri salmasıydı.Sonra Duman Ayaza nə isə işarə elədi.Ayaz bizi otaqda qoyub çölə çıxdı.Anladığım qədəri ilə Bəyazın cəsədini ortadan qaldırmağı tapşırmışdı.Aida yanıma gəlib məni qucaqladı.Bu dəfə ağladığımı hiss eləmirdim.Çünkü hıçqırıqlarım dayanmış yorğun və boş baxan gözlərimdən yalnızca yaşlar axırdı.O günü necə keçirdiyimi belə xatırlamıram.İki gün boyunca gah Duman gah da Ayaz yanımda olub məni tək qoymamağa çalışırdı.Aida isə özünü bir otağa qapatmışdı.Arada bir mən də yanına gedirdim.Saatlarca qucaqlaşıb səssizcə otururduq.Son dəfə yenə özümüzü otağa qapadanda Duman qapıya gəldi.Bizi səslədi.Bizim isə cavab verməyə halımız yox idi.Axırda narahat olub qapını qırmalı oldu.Əsəbindən qışqıra qışqıra danışmağa başladı."Özünüzü bura bağlamaqla əlinizə nə keçəcək?Dəniz, Bəyaz geri qayıdacaq?"
Boş boş üzünə baxdım.Qolumdan tutub qışqırmağa davam elədi.
"Səninləyəm...Deyirəm ki özünə gəl ağlamaqla heç nə düzəlməyəcək.Başa düşürsən məni?"
Qolumdan tutması xoşuma gəlməmişdi.Bəyazın qatilinə qarşı qəlbimdə yığılan bütün nifrəti Dumanın üstünə tökdüm.Birinci qolumu tutan əlini itələdim.Qışqıra qışqıra ona tərəf bir addım atdım.
"Sən kimsən ki mənim qolumdan tutub mənə əmr verirsən?Sən heç məni tanıyırsan?Nə qədər müddətdi tanıyırsan məni?Bəs Bəyazı heç tanıyırdın?Bura gəlməsək məndən xəbərin olacaqdı?Bəsdi özünü mənimçün narahat olmuş kimi apardın.Bir də belə bir səhv eləsən Qaranı çiynindən yaraladığım xəncəri sənin boğazına dirəyəcəm.Son nəfəsin mənim əlimdən olacaq"
Birinci səsini çıxarmadı.Üzündəki əsəbi ifadə yavaş yavaş yumşalmağa başladı.Güclə təbəssüm elədi.Və dedi.
"Daha öncə sənə heç bu əsəbi halının yaraşdığını deyən olub?"
Əllərimi saçlarıma keçirib dedim.
"Yox yox...Sən konkret xəstəsən.Normal deyilsən.Öldürəcəm səni baxarsan."
Güldü sonra yenidən susdu.Baxışlarını gözlərimə kilidlədi.Baxdı...Baxdı...O kövrək mən isə tərs baxışlarımla baxdım...Sonra sözə başladı.
"Sən onsuzda məni öldürmüsən..."
Anlatmağa çalışdığı şeyi başa düşmədim.
"Yenə nə danışırsan özünçün?"
"Viktor Hugonun bir sözü var...Başlanğıcını mən gətirim.Davamını bilməsən söz verirəm ki susacam...
'Öldürmək üçün silah ya da xəncər olmalıdı?'..."Susdu.Davamını gətirməyimi gözlədi.Çünkü düşünmüşdü ki çox kitab oxuduğum üçün bu cümləni tamamlaya biləcəm.Bilirdim...Cümlənin davamını bilirdim...
'Saçlar bağ,gözlər silah,gülüş xəncər ola bilməzdi?'....Amma danışmadım.Səsimi çıxarmadım.Susmasını istədim.Ümid dolu baxışlar ilə nə dediyini anlamağımı istədi.Amma mən boş baxışlarla üzünə baxandan sonra üzü soldu.
ŞİMDİ OKUDUĞUN
İntiqamın soyuq nəfəsi (Tamamlandı)
Fantasyİsti havada belə ruhunuz üşüyəcək...Çünkü duyğularla verdiyiniz savaş,qılınc savaşından daha çətindir.