Salammm kitab sevərlərr🫂🤍
Yenə mən gəldim...
Şərh yazmağı və paylaşmağı unutmayınUNDREAM and Neoni-Nightmare
"Sənə görə Dənizin başına gəlməyən qalmadı.Get Merinin itliyini elə.Burda nə işin var"
Qara yaxasına yapışan Ayazı itələdi.İstəsə Ayazı elə burdaca öldürə bilərdi.Amma baxışları mənimlə kəsişəndə sanki nə demək istədiyimi anladı.Ona inanmırdım amma bilirdim ki, mənə görə Ayaza toxunmayacaq.
Kürəyinin divara dəyməsi ilə Ayaz sanki biraz sakitləşdi.Qara əsəbini basdırmaq üçün dodaqlarını bir birinə sıxıb sözə başladı.
"Mənim səninlə problemim yoxdu Ayaz.Dənizlə aramdaki məsələyə də qarışma"
Ayaz sözə qulaq asacaqmış kimi deyildi.Onu təkcə mən sakitləşdirə bilərdim.Ayaz yenidən Qara tərəfə addım atanda keçib önündə durdum.Qaranın baxışlarını üstümdə hiss edirdim.Sanki nə etmək istədiyimi anlamağa çalışırdı.Dərin baxışlarımı Ayazın üzünə çevirdim.
"Məni düşünürsənsə Qarayla məni tək qoyub otaqdan çıx.Sənə hər şeyi danışacam.Amma indi mənə qulaq as"
Ayaz birinci dirənmək istədi.Amma nə oldusa mənə qarşı gələ bilmədi.Baxışlarını məndən çəkib Qaraya baxdı.
"Səninlə işim bitmədi amma.Xəbərin olsun"deyib üzünü çevirib otaqdan çıxdı.Qapının çırpılma səsi ilə diksindim.Üzümü yenidən Qaraya çevirəndə bu dəfə fərqli bir şey nəzərimə dəydi.Qaranın duruşunda fərqlilik var idi.Dik dura bilmirdi sanki.Ağlıma çəkdiyi işgəncələr gəldi.Ona yaxınlaşıb aramızdaki məsafəni azaltdım.Tez təəccüblə soruşdum.
"Mən gedəndən sonra sənə yenə işgəncə elədilər?Ona görə dik durmaqda çətinlik çəkirsən"
Birinci gözlərini qaçırdı.Əlimi çənəsinə toxundurub üzünü çevirdim.
"Gözlərini qaçırtma.Sadəcə sualıma cavab ver.Mənə görə eləyiblər?"
Elədiyim hərəkət qarşısındı udqunduğunu hiss elədim.Əlimi çənəsindən çəkəndən sonra baxışlarını gözlərimə kilidlədi.
"Mənə yazığın gəlsin istəmirəm Dəniz.Mən bu yola çıxanda başıma hər cür hadisənin gələ biləcəyini bilirdim.Sən mənə hələ də güvənirsənsə..."
"Kürəyini aç!"anidən dediyim cümlə qarşısında nə edəcəyini bilmədi.
"Bunu görməyini istəmirəm Dəniz.Dedim axı mənə yazığın gəlməsin..."
Daha qətiyyətli səs ilə dilləndim.
"Sənə güvənməyimi istəyirsənsə kürəyini aç.O yaraları görmədən sənə güvənə bilmərəm."
23 yaşında ki Qara kimi birinə sözümü keçirə bilməyim yaxşı bir şey idi?Yoxsa alova qarşı addımlayırdım?Bildiyim tək şey var idi.Yanacaq idimsə də bu yolda tək olmayacaqdım.
Dediyimi eləmədən öncə dərin nəfəs aldı.Önümdə arxasını çevirib köynəyini qaldırdı.Sözün doğrusu belə olacağını düşünməmişdim...Bu qədər yara ilə gəzə bilməsi belə nə qədər güclü olduğunu göstərirdi.Yaralarını görər görməz əlim özümdən ixtiyarsız o yaralara toxunmaq istədi...
'Dəniz məncə sən alova addımlamırsan.Alova qarşı qaçırsan' dedi iç səsim.Əlimi önə atdım amma sanki Qara nə etmək istədiyimi anlayıb köynəyini yenidən aşağı çəkib mənə döndü.Havada qalan əlimi aşağı salmaq məcburiyyətində oldum.
ŞİMDİ OKUDUĞUN
İntiqamın soyuq nəfəsi (Tamamlandı)
Fantasíaİsti havada belə ruhunuz üşüyəcək...Çünkü duyğularla verdiyiniz savaş,qılınc savaşından daha çətindir.