Hellooo...Necəsizz??
Yeni bölümlə yenə burdayam
Xoş oxumalar❤️Elley Duhe-Middle of the night
"Necə yəni bilmirsən?Bilmirəm nə deməkdi Dəniz?"-Ayazın qışqırmağı ilə gözümü yataqda bütün bədəni yara içində yatan Dumandan ayırdım.
"Neçə dəfə deyəcəm?Dumanı bu hala salanı tanımıram.Üzünü görmədim"-deyib hirslə tutduğum nəfəsi verdim.
"O Qara iti sənə məktub göndərib.Səni şantaj eliyib.Sən də mənə heç nə demədən gedib onun çağırdığı duelloda yaralanmısan?...Cavab ver mənə.Başımı itirəcəm yoxsa"
Onun dediklərini vecimə almadan söhbəti dəyişdim.
"Aidanın halı yaxşılaşır.Dərman müsbət təsir eliyib.Bircə Dumanda-"sözümü kəsib tərs-tərs üzümə baxdı.
"Başlatma Dumana...Bəs mən sənin yaxın dostun idim?Bəs səninçün önəmli idim?Dəli olacam mən bu gedişnən.Mənə niyə demədin?"-gözləmədiyi anda mən səsimi yüksəltdim.
"İstəmədim təhlükədə olasan.Başa düşürsən istəmədim.Özün deyirsənki yaxın dostumsan.Dəyər verdiyim birini necə təhlükəyə ata bilərdim?Dumana dediyim üçün də peşmanam.Gör nə haldadı?"-Baxışları bir Duman bir də mənim aramda gəzdi.
"Duman səninçün bu qədər önəmlidi ki?-səsində anlam verə bilmədiyim bir hiss var idi.Duman mənimçün o qədər də önəmli deyildi.Amma bunu Ayaza bildirmək istəmədim.Düşünüdüm ki, bəlkə Dumanın mənimçün önəmli olduğunu bilsə bir də onunla dalaşmaz.Cavab verməməyim xoşuna gəlmədi.
"Mən cavabımı aldım..."-deyib otağdan çıxdı.
İndi otaqda Dumanla mən qalmışdım.Dumanın bədənində yaralar var idi.Vəziyyəti yaxşı görünmürdü.
'Deyəsən sənə olan borcumu ödəmək vaxtı çatıb'-deyə düşündüm.Bilirdim ki,mən Dumanı sağaltmasam onu sağaldacaq heç kim tapılmayacaq.Aida hələ xəstə yatırdı.Dumanın vəziyyəti Ayazın vecinə də deyildi...
Ayağa durub ilk tibbi ləvazimatları götürdüm.Stulu çəkib Dumana yaxın əyləşdim.Qanayan yaralarını təmizləməyə başladım.Yavaş-yavaş özünə gəlirdi.Bədənində ki bütün yaraları təmizləyib sarıdım.Elə bu an gözüm boğazının altında ki yaraya ilişdi.Kölgə adamın xəncəri dirədiyi yerdə iz qalmışdı.Ləvazimatlar arasından bir krem tapdım.Elə kremin qapağının ağzını açırdım ki, Dumanın boğuq səsini eşitdim..."Yaraladın indi də sağaldırsan?
Dediyi cümlə ilə başımı qaldırıb ona baxdım.Nə demək istədiyini anlamışdım əslində.Amma bunu ona bildirmək mənə sərf eləmirdi.Əsəbləşmək əvəzinə söhbəti dəyişdim.
"Yaralı bir adama görə çox enerjilisən"-deyib krem ilə boynuna yaxınlaşmaq istəyirdim ki...
"Yanımda sən olandan sonra hər gün yaralansam qəbulumdu Dəniz..." deməsi ilə geri çəkildim.Kremi ovucuna qoyub ayağa qalxdım.
"Sən düzələn deyilsən Duman.Al kremi də özün vurarsan.Mümkündüsə bu gün gözümə görünmə"-deyib qapını çırpıb otaqdan çıxdım.Etiraf etməliyəm ki, ilk dəfə idi ki kimsə mənə qarşı bu qədər qayğıkeş davranırdı.Amma mənim həyatımda duyğulara yer yox idi...
Kolidorla əsəbi halda irəliləyirdim ki Aidanın otağından Ayazın səsini eşitdim.Nəyəsə qışqırırdı.Maraqlı gəldiyi üçün qapıya yaxınlaşdım.Ayazın sözləri aydın eşidilirdi.
"O Duman birdə Dənizlə mənim arama girməyə çalışsa ona bu dünyanı dar edəcəm."
Ardından Aidanın səsi gəldi.
ŞİMDİ OKUDUĞUN
İntiqamın soyuq nəfəsi (Tamamlandı)
Fantasiİsti havada belə ruhunuz üşüyəcək...Çünkü duyğularla verdiyiniz savaş,qılınc savaşından daha çətindir.