Xoş oxumalar🫂
XxxTentacion-RevengeDənizin dilindən.
Səhər saatları idi.Otağa düşən günəş şüaları içərini aydınlatırdı.Gözümü açanda ilk gördüyüm Qaranın yorğun baxışları idi.Onu görəndə gülümsəməmə əngəl ola bilmədim.Yanımda ki stulda oturub məni izləyirdi."Yaxşı yata bildin?"dedi yorğun baxışlarını üstümdən çəkmədən.Bir tərəfdən də xəfif gülümsəyirdi.
"Uzun müddət sonra rahat yata bildiyim ilk gecə idi.Amma sən heç yatmadın hə?Yorğun görünürsən..."
Oturduğu stulda dikəldi."Mənim yorğunluğum səni gülümsəyərkən görənə qədər idi."
"Sən gündüz dincələrsən.Nə də olsa mən gündüzlər yatmıram.Sabaha hamımız hazır olmalıyıq."
"Düz deyirsən.Sabah böyük gündü.Hər şeyin sonudu.Hər nəysə...Gecə gördüyün kabuslar yadında?Bir neçə dəfə oyandın çünki.Mən qucaqlayandan sonra sakitləşdin..."
Yalnız Qara dedikdən sonra az öncədən bəri xatırlamadığım kabuslar yadımda düşdü.Biri dumanlı idi.Tam xatırlamırdım amma əllərim qan içində idi.Bir digəri...Bir digərində isə Alisanı görmüşdüm.Nə isə deyirdi mənə amma nə dediyini bu dəqiqə xatırlaya bilmədim...Qaranı təlaşlandırmamaq üçün yalana baş vurdum.
"Yox...Sayəndə heç biri yadımda deyil Qara.Unutmuşam.Hər şeyə görə çox sağ ol..."
"Təşəkkür etməyə ehtiyac yoxdu məncə...Səhvlərimi düzəldirəm bu qədər..."
"Nəysə...O qədər çox acımışam ki, birazda söhbət eləməyə davam eləsək yemək əvəzinə səni yeyəcəm Qara."
Qara güldü.Uzun müddət sonra bu qədər içtən gülürdü.
"Onda mən çölə çıxım.Sən də üstünü dəyişib gələrsən.Qapıda gözləyəcəm."Göz qırpıb çölə çıxdı.
Ayağa qalxıb garderobdan özümə bir neçə geyim aldım.Geyindikdən sonra güzgünün önündə saçlarımı daradım.Bir tərəfdən gülümsəyirdim amma səbəbi məlum...
Qapını açıb çölə çıxanda Qaranı qapının önündə gördüm.Kolidorla irəliləmək istəyəndə məni qolumdan tutub saxladı.
"Əlindən tutsam olar?"dedi balaca uşaq kimi.Özümü bilməməzdiyə vurdum çünki Qaranın təəccüblü halları daha gülməli idi.Qollarımı bir-birinə bağladım."Hm...Niyə tutmaq istəyirsən ki əlimi?"
"Biz dünən danışıb həll elədik axı hər şeyi..."
"Yəni?Həll elədik nə olsun?"
"Sevgili sayılmırıq?"
Verdiyi sual utanmağıma səbəb olmuşdu.Qaranı səhərə qədər başının üstünə dikəndə utanmırsan amma bu dediyinə utanırsan Dəniz?
"Sevgili sayılırıq?"
"Əlimi tutsan ürək rahatlığı ilə sevgili olduğumuzu hamıya elan edə bilərəm."cümləsini bitirib əlini uzatdı.Bir neçə saniyə gözləyib əlini tutdum.Əlini tutduğum kimi necə oldusa bir göz qırpımında mətbəxdə, Dumanla Ofeliyanın yanında idim.
Duman həmişəki kimi yemək hazırlayır Ofeliya da yardım edirmiş kimi görünürdü.Amma hamımız bilirdik ki Ofeliya mətbəx işlərində o qədər də yaxşı deyildi.Bizi görən kimi ikisinində baxışları əlimizə ilişdi.Birinci sözə Ofeliya başladı.
ŞİMDİ OKUDUĞUN
İntiqamın soyuq nəfəsi (Tamamlandı)
Fantasíaİsti havada belə ruhunuz üşüyəcək...Çünkü duyğularla verdiyiniz savaş,qılınc savaşından daha çətindir.