30-cu bölüm.Son addımlar

23 7 7
                                    

Çocuklarımmmmm
Xoş oxumalarrr💗

Hadise-Stir me up

Dənizin dilindən.
Son dediyi cümləni anlamağım uzun çəkdi.İçkinin təsiri idi yoxsa nə idi anlamadım amma Qaradan belə bir şey gözləmirdim.Ya da ki, özümü hazır hiss etmədiyim üçün yadırğamışdım dediyini.Təbii ki, söhbəti dəyişəcəkdim.

"Mənim də ürəyim çox şey istəyir Qara.Yatmaq istəyirəm məsələn.Gecən xeyrə."deyib ayağa qalxanda Qara qolumdan tutub saxladı.

"Bir gün sən özün məni öpmək istəyəcəksən.Amma onda mən icazə verərəmmi bilmirəm...".O da mənimlə eyni ölçüdə içmişdi.Amma daha çox sərxoş idi.

"İçkilisən Qara.Sərxoşsan.Özündə deyilsən.Sabah ayıq başla danışarıq."Ayağa qalxıb qapıya doğru addımladım.Arxamdan Qaranın qışqırığını eşitdim.

"Sərxoşluğumun səbəbi içki deyildi.Səni gördüyüm andan bəri sərxoşam."

Güldüm.Amma gülümsədiyimi bildirmədən otaqdan çıxıb öz otağıma doğru getdim.Otağa girəndə Ofeliyanı çoxdan yataqda yatmış vəziyyətdə gördüm.Məndə yarı ayıq yarı yuxulu şəkildə gecə geyimimi geyinib yatağa girdim...

☆☆☆☆☆☆☆☆

Qapı döyülmə səsi ilə gözlərimi açdım.Tam da qapını döyəni,məni yuxumdan yarımçıq oyadanı söyəcəkdim ki,Qaranın səsini eşitməyimlə ağzımı bağladım.

"Dəniz xanım bəlkə oyanasınız?Dəniz xanım???"

Qapını yenidən döyəndə gözlərimi belə tam açmadan ayaqlarımı sürüyə sürüyə qapını açdım.Qara qapının ağzından məni görüb birinci güldü.Sonra isə üzünə tərs-tərs baxdığım üçün onun da üzündəki ifadə dəyişdi.

"Dəniz?"

"Hı..Nədi?"dedim boğazımdan çıxan səslə.Yarımçıq oyanmağı sevmirəm və o bunu bilirdi.

"Deyəsən sizi əsəbləşdirdim.Çox üzürlü sayın xanım.Amma əminəm ki sucuklu yumurtanın da daxil olduğu möhtəşəm səhər yeməyi sizin əhvalınızı düz-"

"Qısa kəs!"dedim.

"Səni səhər yeməyinə gözləyirəm."dedi.Gülümsədi.Qapını bağladı və yoxa çıxdı.

Gözlərimdən yuxu axırdı.Özümü çox narahat hiss edirdim.Çünki deyəsən gecə biraz çox içmişdim.Garderoba yaxınlaşıb əynimi dəyişdim.Güzgünün önünə keçib saçlarımı daramağa başlayanda dünən olanlar yavaş-yavaş yadıma düşürdü.Qaranın axırıncı dedikləri yadıma düşəndə isə onun xatırlamaması üçün dua eləməyə başlamışdım artıq...

Saçlarımı darayıb otaqdan çıxdım.Mətbəxə keçəndə Qaranın süfrə başında oturub məni gözlədiyini gördüm.Amma Dumanla Ofeliya yenə gözə dəymirdilər.Ətrafı biraz süzüb yerimə əyləşəndə Qara sanki nə axtardığımı bilirmiş kimi sözə başladı.

"Ofeliya ilə Dumanı axtarırsansa onlar tez oyanmışdılar.Yemək yeyib çıxdılar.Hara çıxdılar bilmirəm.Şəxsi işləri varmış deyəsən Duman elə dedi."cümləsini bitirib göz qırpdı.

Başım ağradığı üçün başımı tutdum.Və Qara həmişəki kimi bunun da fərqinə vardı.

"Başının ağraması içkidəndir böyük ehtimal amma bir dəfə öpsəm keçəcəkmiş kimi görünür."

"Öpməsən də bir yolla keçirdərəm mən narahat olma."dedim.

"Həə...öpmək demişkən...Dünən gecə dediklərim indi də keçərlidi."gülürdü amma mən utancımdan gülə bilmirdim.

İntiqamın soyuq nəfəsi (Tamamlandı)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin