3-cü bölüm.Solan duyğular

45 6 4
                                    

Hellooo kitab sevərlərr
3-cü bölümlə yenə burdayam.Hadisələr daha da güclü hal alır.Düşüncələrinizi və iradlarınızı paylaşmağı unutmayın.Xoş oxumalar💙

Neoni-Royality

Gözlərim bağlanmadan öncə isə gözümün önündəki tək görüntü Qaranın nifrət dolu baxışları idi....

Dumanın dilindən.
Eşitdiyim səs ilə gözlərimi açdım.İçdiyim içkinin dozası az olsa da başım hələ də ağrayırdı.Çətinliklə ayağa qalxdım.Qapını açıb çölə çıxdım.Kolidorla irəlilədikdə Dənizin otağının qapısını aralı gördüm.Qapıya yaxınlaşıb yavaşca açdım.İçəridə Dəniz yox idi.Bu daha da narahat olmağıma səbəb oldu.Elə bu an yenidən çöldən şiddətli bir səs yüksəldi.İçkinin təsiri ilə gec də olsa bu səsin Bəyaza aid olduğunu anladım.Sürətli addımlarla evdən çölə çıxdım.Bəyaz məni görüb daha çox kişnəməyə başladı.Sanki mənə haranısa işarə eləməyə çalışırdı.Sanki...Sanki məni özüylə aparmaq istəyirdi.Bir neçə dəqiqə onu sakitləşdirməyə çalışdım.Lakin sonra Dənizin başına bir iş gələcəyindən şübhələnib, atı Bəyazın üstünə mindim.Mindiyim anda sürətlə hərəkətə keçdi.Bütün hakimiyyəti Bəyaza verdim.Bir neçə dəqiqə sonra addımları yavaşladı.Ətrafa göz gəzdirdim və uzaqda bir yerdə qaraltı gördüm.Yerdə uzanan bu kölgənin Dənizə aid olması düşüncəsi ilə sanki bütün bədənim üşütməyə başladı.Atdan yerə enib kölgəyə yaxınlaşdım.Qaranlıqda çətin seçilən simasından yerdə uzananın Dəniz olduğunu anladım.Dodaqlarımdan çox güclüklə "Dəniz..." deyə bir fısıltı çıxdı.Yanına yaxınlaşdım.Boynuna toxunaraq nəbzini yoxladım.Nəfəs alırdı.Yaşadığını anlamağımla öz-özümə dedim...'Səni xilas eliyəcəm.Hara ölürsən?Hələ səni istədiyim qədər əsəbləşdirmədim axı...'
Başımın dönməsini vecimə almayıb Dənizi qucağıma aldım.Sol çiyninə toxunanda Dənizin inilti səsini eşitdim.Əlimə toxunan ox ilə vurulduğunu anladım.Oxun uzunluğu mane olmasın deyə bir hissəsin qırdım.Amma qırdığım hissəni özümlə almağı unutmadım.Dənizin sol çiynindən əlimə bulaşan qan bir daha bədənimin üşüməsinə səbəb oldu.Lakin tələsirdim.Qucağımda Dənizlə Bəyaza yaxınlaşdım.Birinci Dənizi mindirib ardınca özüm mindim.İndi Dəniz mənim qabağımda oturmuş məndən dəstək alırdı.Sanki Bəyaz nə etməli olduğunu anlayıb sürətlə evin yolunu tutdu.Bir neçə dəqiqəyə evə çatdıq.Özüm atdan enəndən sonra Dənizi də yerə endirdim.Dəniz sayıqlamağa başlamışdı.Ona dəstək olaraq evə daxil oldum.Öz otağıma gətirib yatağa üzüstə uzatdım ki çiynindəki yara çox ağrıtmasın.Tez çəkməcəyə yaxınlaşıb tibbi ləvazımatları aldım.Tez-tez yaralandığım üçün ilk yardım işini az çox bilirdim.Dənizin yarası dərin görünmürdü.Sanki onu yaralayan bilərəkdən belə etmişdi ki, Dəniz qan itirdiyi üçün ölməsin.Əlimdəki qayçı ilə köynəyinin sol çiyni olan tərəfi kəsdim.Onu incitməməyə diqqət edərək oxun ucunu yavaş yavaş çıxardım.Hər nə qədər yavaş olsamda Dəniz arada ah çəkib ağrısını bildirirdi.Yarasını təmizləməyə başladım.Tikiş atmağı ehtiyac görmədim.Bir neçə dəqiqə sonra bint ilə yarasını sarıyıb yavaş yavaş kürəyi üstə uzatdım.Sayıqlıyırdı.Özüdə 'Atlas' adında birinin adını...Əlimi alnına toxunduranda qızdırması olduğunu gördüm.Böyük ehtimal çöldə uzun müddət uzandığından qızıdırması olduğunu düşündüm.Onu otaqda tək qoyub mətbəxə keçib bir qabda soyuq su götürdüm.Qab və dəsmalla yanına qayıtdım.Dəsmalı soyuq suya batırıb alnına qoydum.Dərman içirtməyi düşündüm.Lakin sonra bu düşüncəmdən daşındım.Bəlkə də dərmanlara allergiyası var idi...Onu nə qədər tanıyırdım ki?Beş on dəqiqə arayla alnındakı dəsmalı isladaraq yenidən alnına qoydum.Yavaş yavaş səhər açılırdı.Sayıqlamaları dayanmışdı.Yenidən alnına toxunanda qızdırmasının düşdüyünün fərqinə vardım.Otaqdaki stulu yatağın kənarına çəkib oturdum.Dənizi izləməyə başladım.
Düşüncələrim ilə yuxuya getdiyimi hiss elədim...

İntiqamın soyuq nəfəsi (Tamamlandı)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin