15-ci bölüm.Yarım qaldıq

42 6 12
                                    

Salammm
Necəsizz??
Arada bölümlər gecikir çünki mənim də şəxsi həyatım var.Bir iki məsələni həll eləməliydim.Və sonra da boş verdimm.Ona görə bölüm birazcıq gecikdi.Çoxx çoxxx sorry.Buna görə də bölüm biraz uzun olacaq.Digərlərinə nisbətən.
Xoş oxumalarr💙

Ruelle-Empires

Ofeliyanın dilindən.
Eşitdiyim son cümlə ilə bir müddət olduğum yerdə qaldım."Allahın bəlası...Soruşsam ad günümü bilməz.Pijamamın rənginə kimi əzbərləyib manyak" deyib qışqırdım.Sonra əsəblə arxamı dönəndə əlimi səhvən divara vurdum."Bir bu əksik idi" deyib səssiz bir təhqir sovurdum.Baş dönməm və əlimdəki ağrını vecimə almadan işıqları söndürüb otağa irəliləməyə başladım.Amma otağa yaxınlaşanda otağın qapısının açıq olduğunu və içəridən iki başın kolidora boylandığını gördüm.Təbii ki, bunlar Aida və Dəniz idi...Düz qapının önündə duranda ikisidə başını qaldırıb mənə baxdı.Tam qapını bağlayıb içəri keçəcəkkən bir-birlərinə ilişib üst-üstə yıxıldılar."Ahh Dəniz üstümdən qalx"deyib Aida qışqırdı."Elə bil mənim üstümdə olan sənsən axı?" Dedi Dəniz.İçəri girib qapını bağladım.İkisidə ayağa qalxıb heçnə olmamış kimi yatağa oturdular.Tərs-tərs üzlərinə baxdım.İkisidə başını aşağı salıb oturmuşdu.Əgər bayaq yaşananları görmüşdülərsə vay halıma,çünki onların dilindən düşə bilməyəcəkdim.

"Ayy yox...mən dözə bilməyəcəm"deyib Aida sözə başladı."Ofeliya sizin münasibətiniz olub?Mənimkidə sualdır guya...Olub ki, elə danışdınızda..." sonra maraqlı gözlərlər mənə baxdı.Amma mənim baxışlarım onu qorxutmuşdu ki, susdu.Sözə Dəniz başladı.Ayağa qalxıb otağda gəzməyə başladı."Hər şeyi keçdim"dedi yavaş-yavaş.Lakin birdən gülərək danışmağa başladı."Sənin pijamalarının rəngini hardan bilir??"Sonra ağlına gəldisə ağzını tutdu."Yoxsa.."Artıq dözə bilməyib yerimdən durdum."Yox artıq Dəniz.Sən də getdikcə Aidaya oxşuyursan"

"Nə olub ki, mənə?"dedi Aida.O da ayağa qalxdı.İndi ikisidə qollarını bir-birinə bağlamış qarşımda durmuşdular."Özüdə ki, yalan demirik ki...Bəlkə də hələ də bir-birinizə qarşı hisləriniz var..."dedi Aida.

"Yoxdu."dedim."Yoxdu, olmayacaq.Olmamalıydı heç.Biz doğru zamanın səhv insanları idik.Ona qarşı sadəcə nifrət hiss edirəm."

"Ən böyük sevgilər nifrətlə başlayır"dedi Dəniz.

"Axı sən bilirsən onun sənə qarşı hisləri var Dəniz?"

"Axı sən də yaxşı bilirsən mən ona qarşı heçnə hiss eləmirəm?Özüdə ki, bəlkə Duman səni unutmaq üçün özünü nəyəsə məcbur edir.Normal bir şeydi.Psixologiyası ona oyun oynayır."

"Yenə də bizim bir daha birlikdə olmağımız mümkün deyil Dəniz"dedim.Amma bu deyəsən onun çox da vecinə olmadı.Aramıza səssizlik çökdü.Dənizlə uzun müddət baxışandan sonra Aida sözə başladı.

"O pozisiya nəydi elə...Kaş heç Dumanı itələməsəydin"əllərini bir-birinə bağlayıb gözlərini yumdu.Sanki nəyisə xəyal edirdi.Qaşlarım çatıldı."Sənin beynini səhvən romantizmlə yumuyublar?"deyə soruşdum.Aida heç nə cavab vermədən ağlı beş qarış havada kimi gedib yatağa uzandı.Sonra da yorğanını qucaqladı.

Mən də yerimə uzanacaqdım ki,Dəniz gəlib yanımda oturdu."Bax Ofeliya.Başa düşürəm.Bəlkə də Dumanla yaxşı şeylər yaşamamısınız.Amma bu o demək deyil ki, mənə görə onu silməlisən."

"O məni çoxdan silib Dəniz.Dediyim cümlələrin hamısını acığa dedim.Ciddi deyildim.O keçmişdə məni bir gecədə silib.O gündən sonra da ilk qarşılaşmağımız burada oldu.Əmin ol ki,mən bir daha ona geri dönməyəcəm..."

İntiqamın soyuq nəfəsi (Tamamlandı)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin