Hellooo beybilərrrr
Mən gəldimmmmmm.Heç nə yolunda getmir amma mənim həmişəki kimi çoxx gərəksiz bir enerjim və ümidim varr sjsjssk
Nəysəə...Arada bir kitabımın çap olunmasını,imza günlərimin olmasını,fanatlarımın və oxuyucularımın olmasını düşünüb özüm özümü güldürməyə çalışıram.İnşAllah inanıram ki bir gün olacaqqq.Oldiracam yəni.OLMALIDI)))Xoş oxumalarrr🖤
Aaryan Shah-Renegade
Dənizin dilindən.
Ofeliya yaramı təmizləməyə yardım etdikdən sonra ondan çölə çıxmasını istədim.Ofeliya otağı tərk elədikdən sonra güzgünün önünə keçdim.Köynəyimi çıxarıb bədənimdəki yaralara baxdım.Belimdəki və qarnımdakı yaralar istədiyim kimi hərəkət etməyə imkan vermirdi.Tibbi ləvazımatlar çantasından sarğı tapıb belimə sarıdım.Bir tərəfdən də güzgüdən özümü izləyirdim.Məhv olmuş vəziyyətdə idim.Aylar öncə sarayımda rahat həyat yaşayarkən indi o həyatdan çox uzaqda idim.Yox...darıxdığım saray geyimləri deyildi.Darıxdığım möhtəşəm otaqlar deyildi.Mənim darıxdığım bir daha geri qazana bilməyəcəyimi bildiyim məsumluğum idi.Gülən gözlərim idi...İndi güzgüdə gördüyüm isə bunlara çox uzaq idi.Gözlərimdə nəinki gülmək,canlılığa aid heç bir ifadə yox idi.Soyuq baxışlar,çökmüş gözaltları,solğun sima,yara içində dodaqlar,bir-birinə qarışan saçlar...Özümə gəlib hər şeyi yoluna qoymalıydım.Ağlımdaki bütün suallara cavab tapmalıydım.Məsələn Qara niyə geri dönmüşdü?Mənim balacalıq şəklim niyə onda idi?Oxlarının üzərində niyə "Darius" yazılıb?Bütün bunlara cavab tapmaq üçün isə səbr eləməyə vaxtım yox idi.Üstəlik ona bir duello sözüm də var idi.Çox keçmədən döyüş geyimimi geyindim.Və qolumdaki oxun açdığı yaraya fikir vermədən silahlanıb çölə çıxdım.Qara divanda oturub nə isə haqqında dərin-dərin düşünürdü.Əlimdəki iki qılıncdan birini ona tərəf tulladım.Qılıncı havada tutub sual dolu nəzərlərlə gözlərimə baxdı."Götür...Duello sözümü tuturam!".Tutduğu qılıncı yerə qoydu."Mən səninlə duelloya razılaşmadım."dedi qalın səsiylə.
"Mən isə səndən fikrini soruşmadım!"
"Dəniz oxla vurulmağının üstündən yarım saat keçdi-"
"Gəzintiyə çıxmırıq Qara!Duelloya hazırlaşırıq.Yaralı olub olmamağım səni maraqlandırmır.Üstəlik sənində məndən geri qalan yerin yoxdu"gözlərimlə xəncərlə atdığım cızığı işarə elədim.
"Sözümün qabağına söz gətirməyə də haqqın yoxdu!"deyib səsimi yüksəldəndə qılıncını yenidən əlinə aldı.Heç nə demədən məni təqib etməyə başladı.Evdən biraz uzaqlaşandan sonra boş bir ərazi tapıb qarşı-qarşıya gəldik.Birinci addımı ondan gözləyirdim amma o heçnə etmədi.Boş-boş durduğunu görüb mən ona tərəf bir addım atıb qılıncımı sovurdum.Zərbəmə qılıncla qarşılıq verdi.Sonra daha bir həmlə elədim.Yenə qarşılıq verdi.Üçüncü həmlədə vurduğum güclü zərbə ilə qılıncı özündən uzağa düşdü."Sən qılıncsız mən isə qılınclı.Qaçışın yoxdu Qara!"deyəndə "Qaçmaq istəyən kimdi?"dedi.Qılıncı ona doğruldub ətrafında dairələr çəkərək dönməyə başladım."Niyə geri döndün?"
"Bunun cavabını heç vaxt öyrənə bilməyəcəksən!"üstümə qışqıranda qılıncı tullayıb anidən üzünə yumruq keçirdim.Gözləmirdi.Gözləmədiyi üçün də zərbəmdən qaça bilmədi.Yenidən qılıncı əlimə alanda Qara əsəbi bir nəfəs verdi.Qılıncı qoluna saplamaq istəyəndə qaçmağı bacardı."Məni çox pis vəziyyətdə qoyursan Dəniz..."dedi yavaş səslə."Mənə qarşı heç bir həmlə eləmirsən!"dedim bu dəfə.Cümləmi bitirməmiş arxama keçib dirsəyimdən vurdu.Aldığım zərbə nəticəsində əlimdəki qılınc yerə düşdü.Əyilib almaq istəyəndə ayağı ilə uzağa tulladı.
ŞİMDİ OKUDUĞUN
İntiqamın soyuq nəfəsi (Tamamlandı)
Fantasiaİsti havada belə ruhunuz üşüyəcək...Çünkü duyğularla verdiyiniz savaş,qılınc savaşından daha çətindir.