Salammm
Hər vaxtınız xeyir çocuklarımm)))
Gün keçdikcə artırıq 550+ oxuma filan gəlib.Özümü dəhşət yaxşı hiss edirəmm)))
Bircə bu şərh söhbətin həll edə bilmədikdə...
İnadla oxuyub şərh yazmırsız;(
Bəs mən hardan bilim sizin düşüncələrinizi?Aşk olsun hamnıza🥲Nəysəə xoş oxumalar🫂
Chris Brown-Under The İnfluenceDənizin dilindən.
Sui-qəsdə son 10 gün.Günü-gündən krallıqdaki vəziyyət gərginləşirdi.Florensiya Kraliçası çətin vəziyyətdə idi və heç bir krallıq köməyə gəlmirdi.Xalq sanki uzun müddətdir qiyamlar üçün ayaqlanmağı gözləyirdi.İki elandan sonra heç bir iddiaya ehtiyac qalmadan əhali özü krallığa qarşı mübarizə aparmağa başlamışdı.Öz iddialarını özləri irəli atırdılar.Səbəbsiz yerə öldürülən insanlar, krallıqdaki özbaşınalıqlar,rüşvət bağlantıları,və bunların bütün səbəbkarı Meri.Ona hər qarşı çıxanı edam etdirib ortadan qaldıran Meri artıq bunu edə bilmirdi.Çünki o tək idi və minlərlə insana qarşı çıxa bilməzdi.Çöldə bir oyanış yaratmamışıq kimi sakitcə evimizdə oturub Merinin necə də pis günə düşdüyünü izləyirdik.Arada-bir sui-qəsd haqqında danışır plan üzərində özümüzü möhkəmlədirdik.Səhər yeməyinin dərhal ardından isə Dəmir gəldi."Sizə təzə vacib bir xəbərim var" başımla içəri keçməsini işarə elədim.Divanda əyləşdi.Ofeliya Qara və Dumanı çağırandan sonra hamımız onun verəcəyi xəbəri gözləyirdik.
"Meri Uşaq evinin açılışını bir həftəlik irəli saldı.Yəni ki tam üç gün sonra o açılış olacaq.Düşünüb ki nə qədər tez əhalinin gözünə yaxşı görünsə o qədər yaxşıdı.Birdə daha pis bir şey var ki, Meri ona qarşı baş qaldıran ailələrin uşaqlarını toplayıb zindanda saxlayır.Və həmin ailələri övladlarıyla təhdid edir."
"Necə yəni zindanda saxlayır?"dedi Ofeliya.
"Bildiyimiz zindan...Əgər qısa müddətdə qiyamlar və üsyanlar susdurulmasa əbədi susan o uşaqlar olacaq..."
"Mənliyini itirib..."deyə sakitcə pıçıldadım.Sonra isə yüksək səslə davam etdim.
"Onları xilas etməliyik!" Bir plan qurub onları xilas etməliydik."Dəmir yerlərini de.Harda olduqlarını de!"
"Axı bu çox təhlükəlidi!"
"Yerlərini de Dəmir!Qalanına qarışma!"
"Krallığın birinci mərtəbəsində sonu boş divarla kəsişən kolidor var.O kolidorun ən axırında yerdə qırmızı xalça sərilib.O xalçanı qaldıranda qapı kimi bir şeylə qarşılaşacaqsınız.Oradan pilləkənlə aşağı ensəniz zirzəmi kimi bir yerə düşəcəksiniz.Orda saysız hesabsız zindan var.Uşaqlar da orada olmalıdı."
"Çox sağ ol.Başqa heçnə yoxdusa gedə bilərsən.Meri şübhələnməsin".Ayağa qalxıb çıxıb getdi.
"Bir yolunu tapıb uşaqları xilas etməliyik.Amma necə?"
"Məncə birinci gizlincə saraya girib uşaqların sayına baxaq.Sonra ona uyğun bir plan quraq.Belə daha yaxşı olar."dedi Qara.
"Vaxtımız azdı.3 günümüz qalıb.Necə həll edəcəyik?"
"Sən mənimlə biryerdə gəl.Saraya gizlincə girərik.Sonrası mənlikdi."üzündə bir təbəssüm var idi.
"Səninlə gələrəm amma sənə görə yox.O günahsız uşaqların xatirinə."
Üzündəki təbəssüm soldu."Təbii ki, haqlısan.Mən kiməm ki, mənə görə nəsə eliyəsən?"
Göz süzdürüb tərs-tərs üzünə baxdım.
"Nə vaxt gedirik?"
ŞİMDİ OKUDUĞUN
İntiqamın soyuq nəfəsi (Tamamlandı)
Fantasyİsti havada belə ruhunuz üşüyəcək...Çünkü duyğularla verdiyiniz savaş,qılınc savaşından daha çətindir.