Hellooo necəsizz?
Yeni bölüm biraz gec gəldi fasilə vermişdim çünkü...
Yoruluram çox yazanda..Amma əgər çox oxunacaqsa yorulmağa razıyam.Paylaşmağı unutmayunn.
Xoş oxumalar🤍NEFFEX and Neoni-Pinky Promise
Qaranın dilindən.
Təxminən 1 saat boyunca Dumanı səslədim.Axtardım...Amma ondan heç bir səs-səmir yox idi.Bir tərəfdəndə Dənizi düşünürdüm ki görəsən başına bir iş gəlməyibki?
1 saatın sonunda artıq axtaracaq yer qalmadığı üçün geri qayıtmaq fikrinə düşdüm.Geri qayıdıb Dənizə kömək edəcəkdim.Daha sürətli addımlarla geri-başlanğıc nöqtəsinə döndüm.Sonra isə Dənizin getdiyi tərəfə doğru addımladım.Bu dəfə Dumanı yox Dənizi səsləyirdim.Çünki Dumandan ümidimi üzmüşdüm.Bəlkə də çoxdan ölüb.Əsas Dənizi tapmalı idi.Bir müddət axtardıqdan sonra böyük,hündür ağacların daha çox olduğu əraziyə gəldim.Ağacların ətrafı ilə dolanaraq Dənizin adını çağırırdım.Birdən bir ağacın yanındaki boşluq diqqətimi cəlb elədi.Ağaca yaxınlaşanda həmin boşluğun içində gördüyüm tabut ürək döyüntülərimin çoxalmasına səbəb oldu.Yerə əyilib lampanı tabuta yaxınlaşdıranda gördüyüm mənzərə isə qanımı dondurdu..
'Dəniz?...' deyə bir pıçıltı çıxdı dodaqlarımdan.
Tabut da Dumana aid olduğunu düşündüyüm bədənlə yanaşı Dənizin soyuqdan donmuş bədəni uzanmışdı...
Tez Dənizi tabutdan çıxardım.Dənizi çıxardanda bütün bədəninin buz kimi olmasından bildimki onu bu hala soyuq salıb.Amma nəbzi atırdı.'Çox şükür...' deyib sevinəcəkdim ki Dumanı xatırlamağımla dodaqlarımdaki gülüş silindi.Dumanın nəbzini yoxladım.Zəif atırdı.Amma zəif atmasının səbəbinin döyülməsi olduğunu düşünürdüm.Öncəliyim Dəniz idi.Buna görə də Dənizi yolda gələrkən gördüyüm,çoxda uzaqda yerləşməyən evimə aparmağı düşündürdüm.Elə belə də edəcəkdim.Dənizi qucağıma alıb həmin evə doğru istiqamət götürdüm.Təxmini 10 dəqiqə sonra evimə çatdım.Qapını açıb içəri girdim.Evdə heç kimin olmadığından əmin olduqdan sonra Dənizi divana uzatdım.Divanın yanındaki sobanı yandırıb otağı qızdırdım.Amma Dumanı yadımdan çıxarmadım.Dənizi orada qoyub Aidanın yanına geri döndüm.Ona vəziyyəti açıqladım.Dənizin mənimlə olduğunu və bu gecə evə gəlməyəcəyini dedim.Dumanın isə sağ qaldığını amma xilas eləmək lazım olduğunu dedim.Aida birinci tərəddüd elədi."Bəlkə mən Dənizlə qalım sən Dumanı xilas eliyəsən" çəkinə-çəkinə dedi.
Bilirdim ki Dənizi Aidaya tapşırsaydım Aidanın yanında olmaq bəhanəsi ilə Ayaz da gələcəkdi.Ayazı görən gözüm yox idi.Ona görə də etiraz elədim.
"Nə deyirəm onu edin.Ayaza xəbər ver Dumanla maraqlansın"sözümü bitirib Dənizin yanına geri dönmək üçün Dumanın atına minib Dənizin yanına geri döndüm.Təxmini 5 dəqiqə sonra evimin yanında idim.İçəri girmək üçün qapıya yaxınlaşanda qapının aralığından çölə sızan qan izlərini gördüm.Ürək döyüntülərimin artması ilə qapını açıb içəri girdim.Dənizin uzandığı divanın yanında yerə qanlı bir xəncərlə vərəq sancılmışdı.Evin döşəməsi qan izləriylə dolu idi.Vərəqi oxumadan öncə Dənizin bədəninə göz gəzdirdim.Onun yaralanmadığından əmin olmalı idim.Asta-asta xəncərə yaxınlaşıb vərəqi çıxardım və oxumağa başladım.
Bu dəfə yaxşı qurtardınız Qara.Gələn səfər bu qədər insaflı davranmaya bilərəm...Bilirsən...Hər sənin kimi soyuqqanlı insanın bir zəif nöqtəsi olur.Məncə sənin zəif nöqtən Dənizdi.Etiraz edirsənsə mən bunu yoxlamağa razıyam.Gözüm üstünüzdədi Qara.Ehtiyatlı olun...
Dənizə yaxın olduğun müddətcə onun keçmişi sənin əcəlin olacaq...
Çünkü keçmişi unuda bilərsiniz amma onun kölgəsini öz üstünüzdən ata bilməzsiniz.
ŞİMDİ OKUDUĞUN
İntiqamın soyuq nəfəsi (Tamamlandı)
Fantasíaİsti havada belə ruhunuz üşüyəcək...Çünkü duyğularla verdiyiniz savaş,qılınc savaşından daha çətindir.