Salamm.
Necəsiz?Yaxşı olun.Az öncə Dorian Grayin portreti kitabını oxuya oxuya "Uzaklara savrulalım" mahnısına qulaq asırdım.Kitab zatən depresif bir kitabdı.+mahnı da depresifdi.Və mən mahnıya qulaq asa-asa kitaba diqqətimi verməkdənsə Qara və Dənizi düşünməyə başladım.Məncə onların hisləri o qədər də anlaşıqlı deyil.Ona görə də bu bölümü sadəcə onlara həsr etmək istəyirəm.Onların duyğularına həsr etmək istəyirəm.İkisiylə də empatiya qurub bacardığım qədər nə hiss etdiklərini sizə də yansıtmağa çalışacam.Xoş oxumalar♡
Perdenin ardındakiler-Beni kendinden kurtar.
Dənizin dilindən.
Sui-qəsdə son bir gecə qalmışdı.Hamımızın üstündə gərginlik hökm sürürdü.Qaranın üzərində isə sanki əlavədən bir bədbəxtlik var idi.Danışmırdı.Bütün günü ruh kimi gəzirdi.Dumanla Ofeliya yatmağa hazırlaşırdılar.Hətta böyük ehtimal artıq yetmiş ikinci yuxularını görürdülər.Qara divanda oturub fikirləşir mən isə mətbəxdə sağa-sola var gəl edirdim.Qara olduğu üçün otağa girmək istəmirdim amma divanda oturub biraz dincəlməyə ehtiyacım var idi.Ona görə də heçnə demədən içəri girib divanın digər ucunda əyləşdim.Qara mənim otağa girdiyimi hiss edib arxaya yasladığı boynunu qaldırdı.Bir neçə saniyə mənə baxdı.Amma mən ona baxmadım.Hərəmiz divanın bir küncündə səssiz səssiz oturub gözləyirdik.Qara məni izləyirdi.Bunu bildiyim üçün ona tərəf baxmamaq üçün dirənirdim.Nəhayət istiqamətini mənə tərəf döndərdi.
"Dəniz?"
Dəniz olduğumu bildirən baxışlarla üzünə baxdım.
"Sən həqiqətən görmürsən?"
"Nəyi?"
"Sənə nə qədər dəyər verdiyim..."
"Görməyim nəyi dəyişdirər ki,inanmadıqdan sonra?"
"Açıq danışacam Dəniz.Çünki belə olmur.Mən bu səssizliyə dözə bilmirəm.Məni həqiqətən sevmədiyinə əmin olsam səni narahat etməzdim.Amma bilirəm...Qəlbindən hardasa bir yerlərdə mənə qarşı hələ də nəsə hiss edirsən.Mənə görə ölümü belə gözə alan biri bu qədər tez vaz keçə bilməz axı...Bilirəm səhv eləmişəm.Peşmanam.O qədər peşmanam ki, səni qoyub getdiyim üçün.Kaş başqa yolunu tapardım.Amma səni qoyub getməzdim.Sənin gözü bağlı mənə əmanət elədiyin güvənini qırdığım üçün o qədər peşmanam ki...Dəli olmağıma səbəb olacaq qədər özümdən çıxarır məni bu peşmançılıq.Çünki bilirəm səni qoyub getməsəydim indi belə olmazdı.Hislərimizə gecikməzdik.Dəfələrlə üzr istəsəm belə düzəlməyəcəkmiş kimi görünür amma əvvəlki kimi olmağımız üçün hər şeyimi verərdim.Ömrümü verərdim...Sadəcə mənə yenə güvənməyini istəyirəm.Güvənini boşa çıxarmayacam...Bəzən özümü ağır melodiyanın təsiri altındaymışam kimi hiss edirəm.Boşluqda kimi...Sənə nifrət eləmək üçün dəfələrlə çabaladım.Uzaq durmaq üçün çabaladım.Hər dəfəsində daha çox bağlandım.Səndən uzaq dura bilmirəm.Uzaq durmaq belə məni sənə daha çox bağlayır.Nifrət edə bilmirəm.Səni məndən uzaq tutacaq tək şey nifrətdi amma ürəyimə söz keçirə bilmirəm.Ayrı da alınmır, bir yerdə də ola bilmirik...Nə edəcəyik biz Dəniz?Mənə kömək elə çünki ağlımı itirmək üzərəyəm..."
Dərin nəfəs alıb dolan gözlərimi vecimə almadan sözə başladım.
"Mənə xoşdu səncə?Bu qədər güvənsiz biri olmaq , hər şeydən şübhə duymaq səncə məni xoşbəxt edir?Qürurum məni xoşbəxt edir?Yox...Amma mənə xoşbəxtlik lazım deyil Qara.Onsuzda onu çoxdan itirmişəm.Mənə güclü olmaq lazımdır.Və şübhələrim qürurum mənə güc verir.Sən ən azından duyğularına görə əziyyət çəkirsən.Mən olmayan şeyin əziyyətini çəkirəm.Duyğularım varmı bilmirəm.Hamısını itirmiş vəziyyətdəyəm.Necəyəm bilmirəm.Çünki heçnəyi hiss eləmirəm.Özümü günahkar saymaqdan bezmişəm Qara.Amma necə olursa həmişə günahkar mən oluram.Sən məni qoyub getməmişdən əvvəlki Dəniz sənin Atlas olduğunu bilsəydi dünyanın ən xoşbəxt insanı olardı.Boynuna sarılıb səni qucaqlıyardı.Amma indi nəinki səni qucaqlamaq üzünə baxanda belə əzab çəkirəm.Günlərcə, həftələrcə Dariusun itkin varisin axtardın mənimlə.Bircə dəfə də olsun demədin ki 'Dəniz özünü yorma.Varis mənəm'.Dəfələrlə kabus görüb oyandım.Hamıdan şübhə elədim.Uzaqlaşdım.İndi torpağın altında yatan yaxın dostumu,Aidanı belə son dəfə normal görə bilmədim.Eyni evin içində insanlarla gizlənqaç oynamaqdan başqa heçnə eləmədim.Deyim niyə?Çünki sən məni qoyub gedəndən sonra bütün həyatım alt-üst oldu.Sən qoyub getdin.Mən də tək qaldım.'Gedənəmi yoxsa qalanamı çətindi?' demə Qara.Sevənə çətindi.Güvənənə çətindi...Heç biriniz mənim qədər çətinlikdə ola bilməzsiniz.Bilirsən niyə?Çünki siz sakitcə gecələr yatanda mənim beynimdəki səslər susmadı.Səni hər görəndə ağlıma elədiklərini saldı Qara.Sən heç bilirsən heç kimə,öz kölgənə belə güvənmədən yaşamq nə deməkdi?Güvən bütün duyğuların təməlidi.Sən mənim güvənimi zədələyib məni bütün duyğularımdan məhrum elədin."axan gözyaşlarımın artıq fərqində belə deyildim.Mən sadəcə damışırdım.Göz yaşlarım isə özümdən ixtiyarsız gözlərimdən boşalırdı.Səsimi yüksəltməyim isə məndən asılı deyildi.
ŞİMDİ OKUDUĞUN
İntiqamın soyuq nəfəsi (Tamamlandı)
Fantasiİsti havada belə ruhunuz üşüyəcək...Çünkü duyğularla verdiyiniz savaş,qılınc savaşından daha çətindir.