13-cü bölüm.Gözlənilməz qonaq

27 6 18
                                    

Salammmunnnn Aleykummm
Necəsiz???Mən çox yaxşıyam)
Yeni bölümlə yenə burdayammm

Xoş oxumalarrrr 🖤

Neoni-Soldiers

Dənizin dilindən.
Əlimi geri çəkib Dumanı itələdim.Məndən 3 yaş böyük və daha heybətli olmasına baxmayaraq bir neçə addım gerilədi.Bilirdim ki, güclü olduğuma görə yox, Duman özü istədi deyə geri çəkilmişdi.Yoxsa mənim bir itələməyimlə geri çəkiləcək biri deyildi.Deyinə-deyinə qapıya üz tutdum.

"Birdə əlin mənə dəyməsin eşitdin?" Tam qapıdan çıxacaqkən arxaya dönüb son dəfə Dumanın üzünə baxdım.Kinayəli səslə dedim."Özüdə ucuz romantizm sevmirəm.Birdə olmasın".Təbii ki ciddi deyildim.Ümumən romantizm sevmirdim.Sadəcə bəzi insanlara sadaşıb əsəbləriylə oynamaq xoşuma gəlirdi.Duman da onlardan biri idi.
Aida ilə Cəsurun olduğu otağa girmək istəyirdim ki qapının ağzında gördüyüm mənzərə ilə dayanmalı oldum.Aida ilə Cəsur çox yaxın idilər.Həddən artıq yaxın idilər.Mən bunları qoyub çıxanda bunlar ayrı-ayrı yerlərdə oturmuşdular axı?İndi necə yan-yana oturublar?Cəsur niyə Aidanı qucaqlayırdı?Ayaz görsə nə olacaqdı?
"Məncə bir saat düşünməkdənsə müdaxilə elə" dedi içimdəki səs.Öskürə-öskürə içəri girəndə Cəsur tez ayağa durub yerini dəyişdi.Aida isə kəkəliyə-kəkəliyə dedi.

"Dəniz..Şey..biz əslində..."Cəsur sözünü kəsdi."Biz əslində bir-birmizi çoxdan tanıyırıq"

"Hə çoxdan tanıyırıq ona görə belə.."dedi Aida.

"Belə deyəndə yaxın idik.Səhv anlama... Belədə ki səhv anlasan da olar.Mənimçün fərqi yoxdu."dedi Cəsur.Aida Cəsurun qoluna vurdu.

"Yox mən niyə səhv başa düşüm ki?Sadəcə rəfiqəm Aida 2 saat əvvəl tanıdığı Cəsuru qucaqlayırdı."dedim kinayəylə.Sonra birdən-birə qışqırdım"SİZİN BAŞINIZ XARAB OLUB?AYAZ GÖRSƏ HEÇ BİLİRSİZ NƏ OLAR?"

Amma Cəsur çox rahat görünürdü.Məni heç vecinə də almadı.Sakitcə Aidaya dönüb dedi."Sənə demişdimdə Dənizə başdan hər şeyi de..."

Aidaya döndüm."Nəyi bilmirəm Aida?"

Aida çəkinə-çəkinə yanımda oturdu.Və sözə başladı.

"Bilirsən əslində bizim Cəsurla çoxdan münasibətimiz var"Qaşlarımı çatıb tərs-tərs Aidaya baxanda sözünə tez davam elədi."Ayazla heç vaxt münasibətim olmayıb.Mən sadəcə Ayazın istəyiylə oyun oynayırdım."

"Necə oyun?Nəyi nəzərdə tutursan?Başdan danış..."deyib Aidanın cavab verməyini gözlədim.

"Ən başdan danışıram.Mən Ayaza Dumanın sənə qarşı hisləri olduğundan şübhələndiyimi dedim.O gün qışqır-bağır saldı.Sonra səhəri günü gəlib mənə dedi ki, onun da sənə qarşı hisləri var.Və səni qısqandırmaq məqsədilə mənimlə münasibəti varmış kimi göstərməliyik.Yəni mən ona kömək edəcəkdim.Səndə guya qısqanacaqdın"güldü və sonra sözünə davam elədi."Əlbəttə ki mən ona dedim ki, Dəniz heç vaxt səni qısqanmayacaq.Amma o elə bil ağlını itirmişdi.Elə öz dediyinin üstündə durdu..."Aidanın səsi titrəməyə başladı."Məndə məcbur sənə yalan danışdım...Amma çox peşmanam...Kaş eləməzdim..."Gözləri doldu.Başını aşağı əydi.Aidanın bu hallarına qətiyyən dözə bilmirdim.Hər nə qədər böyüsəkdə Aida elə bil heç böyümürdü.

"Allahım 4 krallıq orda camaatın başına oyun açır.Mən də burda bunların oyunlarıyla əlləşirəm"deyib alnımı ovuşdurdum."İncidin məndən?"dedi Aida dolu gözlərlə.Heçnə demədən onu qucaqladım.Cəsur isə çox rahat bir şəkildə divanda oturmuş ayağını yelləyirdi.

İntiqamın soyuq nəfəsi (Tamamlandı)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin