Hellooo
Darıxmısız mənimçünn???
Bölümlərin oxunuş sayı 20-30dan qalxmır.Amma mən yenədə yazıram.Bir şeyi qeyd edim ki obrazların iç səsini oxuyanda çox göz yormasın və asandlıqla ayırd etmək olsun deyə tünd şriftlə yazacam.Xoş oxumalarr🐥🫂
Nicholas Bonnin-Shut up and Listen
(Xəstəxana olaraq belə bir yeri təsəvvür edin.Amma təcili xəstələr üçün tək otaq olaraq düşünün.)
Ofeliyanın dilindən.
Gözlərimi yavaş-yavaş açanda ilk qarşılaşdığım bəmbəyaz tavan idi.Ətrafıma baxanda buranın bir xəstəxana olduğunu anladım.Başımı sağa çevirəndə gördüyüm mənzərə ilə gözlərim böyüdü.Duman?Stulda qolları bir-birinə bağlı bir şəkildə yatıb qalmışdı.Tərpənmək istədikdə sol qolumda ağrı hiss elədim.Sol qoluma yenidən tikiş atılmışdı.Bu o demək idi ki,böyük ehtimal həkim Dumana tikişlərin həkim tikişi olmadığını deyib.Bu o demək idi ki, Duman nələr olduğunu öyrənənə qədər başıma bəla olacaqdı...Mən düşünərkən Duman ayılmağa başladı.Gözlərini açdı.Yuxusuzluqdan gözləri şişmiş saçları dağılmışdı.Amma çox təbii görünürdü."Ofeliya?Yaxşısan sən?"deyə yavaşca pıçıldadı.Başımı aşağı yuxarı yelləməklə yetindim.Amma birdən yadına nə düşdüsə qaşları çatıldı."Mənə nəsə açıqlamalı deyilsən?" dedi.Özümü bilməməzliyə vurdum, çünki bu mənə sərf edirdi.
"Yoo...Nə açıqlayım ki?"yavaşca dilləndim.Gözlərini qısıb sanki 'məni uşaq yerinə qoyma' deyirmişcəsinə baxırdı.
Uydurdun elə bil Ofeliya?
Yaxşı..Biraz abartdım deyəsən, amma çox ciddi baxırdı.Bir müddət baxdı sonra məndən səs çıxmadığını görüb stulu düz qarşıma qoyub oturdu.
"Danış eşidirəm"dedi qollarını bir-birinə bağlayıb.
"Nəyi?"dedim gözlərimi qaçıraraq.
"Hamısını.Həkim dediki qolundaki tikişlər həkim tikişi deyil.Qolundaki tikişləri kim atıb?"dedi.Nə deyəcəkdim?Nə cavab verəcəkdim ki?Susdum.Verəcək cavabım yox idi çünki...
"Ofeliya?!"dedi daha yüksək səslə.
"Qışqırma üstümə xəstəxanadayıq fərqindəsənsə.Səsimizi eşidəcəklər"dedim söhbəti dəyişmək üçün.
"Yaxşı."dedi yavaş səslə.Ayağa qalxdı.Mən nə edəcəyini düşünürdüm ki, otağın qapısını kilidlədi."İndi heç kim səsimizi eşidə bilməz.Söhbətimizə mane də olmazlar.Səni eşidirəm Ofeliya.Danışmamış heç yerə gedə bilməzsən."
Əsas indi başına bəla aldın Ofeliya...
"Danışılacaq heçnə yoxdu.Özüdə sənə nə?"dedim yüksək səslə."Mənim işimdən sənə nə?Ölmüşəm ya qalmışam sənə nə?"söhbəti dəyişməyə çalışırdım."Özüm tikmişəm ya başqası sənə nə?dedim.Daha yüksək səslə qışqırdım.
"SƏNƏ NƏ DUMAN?SƏNƏ NƏ?"
ŞİMDİ OKUDUĞUN
İntiqamın soyuq nəfəsi (Tamamlandı)
Fantasyİsti havada belə ruhunuz üşüyəcək...Çünkü duyğularla verdiyiniz savaş,qılınc savaşından daha çətindir.